Məhkəmə qərarları › İş №2(021)-1875/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1875/2022

22.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1875/2022 22.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10, Ərizəçi X7 iştirakları ilə, Ərizəçi X7 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X12 ərizə ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN- 0014 KOD 61016038 olan dövlət aktının X4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X12 ərizəsini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarına əsasən onlara ailə üzvüləri ilə birlikdə Bərdə rayon Yerli Ağalı kəndində yerləşən 1,55 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair JN-0014 KOD 61016038 olan Dövlət aktı da almışlar. Həmin torpaq sahəsi Yerli Ağalı kəndində yerləşir, anası X8 02 iyul 1999-cu ildə vəfat etmişdir. Dövlət aktında anasının ata adı texniki səhv olaraq “Məhəmməd” kimi yazılmışdır. Dövlət aktında olan səhvin düzəldilməsi üçün maraqlı şəxsə müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Odur ki, JN- 0014 KOD 61016038 olan Dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X12 ərizəsini müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X16 izahatında göstərdi ki, X12 ilə eyni kənddə yaşamaqla qonşudurlar. Ramizin anası Səkinə vəfat etmişdir, Səkinənin atasının adı Xurşuddur. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X13 izahatında göstərdi ki, X12 ilə qohumdur. Ramizin anasını yaxşı tanıyırdı, Ramizin anası Səkinənin atasının adı Xurşuddur. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-0014 KOD 61016038 olan Dövlət aktı saylı dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarına əsasən Bərdə rayonu Yerli Ağalı kənd sakinləri X2, X7 mülkiyyətinə 1.55 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına olan Mollalı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 135 nömrəli, 09 aprel 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X1 Ağalı kəndində yaşayıb. Dövlət aktında yanlış yazılmış X6 ilə eyni şəxsdir. İş materiallarına olan Mollalı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 134 nömrəli, 09 aprel 2022-ci il tarixli arayışdan görünür ki, X3 Ağalı kəndində yaşayır. İş materiallarına olan AZE 01518025 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X12 11 fevral 1953-cü il tarixdə Bərdə rayonunun Ağalı kəndində doğulmuş, Bərdə rayonu, Yerli Ağalı kəndində qeydiyyatdadır. İş materiallarına olan Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki , X12 11 fevral 1953-cü il tarixdə Bərdə rayon Yerli Ağalı kəndində doğulmuşdur. İş materiallarına olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 aprel 2022-ci il tarixli, 767641 nömrəli arayışdan görünür ki, X8 02 iyul 1999-cu il tarixdə Mollalı kəndində ölmüşdür. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 may 2022-ci il tarixli, 989061 arayışdan müəyyən olunur ki, X12 111 fevral 19953-cü ildə doğulmuşdur, anası X5r. İş materiallarında olan AZE 09534595 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 18 oktyabr 1977-ci ildə Bərdə rayonu, Mollalı kəndində doğulmuş, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 03003076 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X16 03 may 1950-ci ildə Bərdə rayonu, Kolayır kəndində doğulmuş, Bərdə ryonu, Kolayır kəndində yaşayır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********52 nömrəli 17 mart 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, ərizəçi X9 JN 0014 nömrəli dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-0014 KOD 61016038 dövlət aktının X4 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X2 adına verilmiş JN-0014 KOD 61016038 dövlət aktının X4 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X2 adına verilmiş JN-0014 KOD 61016038 dövlət aktının X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov Da şınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə Bərdə şəhəri, H.Əliyev prospekti 357 Bərdə Rayon Məhkəməsinin 2(021)-1879/2022 saylı 22 iyun 2022-ci il tarixli qətnaməsi icra edilməsi üçün sizə göndərilir. Qoşma: Qətnamənin surəti “03” vərəqə. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar