Məhkəmə qərarları › İş №2(021)-1877/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1877/2022

11.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1877/2022 11.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətlərində olan ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsinə verilmiş xx.xx.2022-ci il tarixli ********** saylı çıxarışın onlara məxsus olması və ata adlarının “Vaqif” olaraq qeyd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, xüsusi mülkiyyətlərində ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsi var. Həmin torpaq sahəsinə xx.xx.2022-ci il tarixdə ********** saylı Çıxarış da verilmişdir. Ancaq, həmin sənəddə adları olan şəxslərin ata adlarında səhvlik baş vermişdir. 28 aprel 2022-ci il tarixli Çıxarışda səhvlik olması onlara bir sıra çətinliklər yaradır. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş xx.xx.2022-ci il tarixli ********** saylı çıxarışda ata adı Ərizəçi1 olduğu halda ata adını səhvən Ərizəçi1 Asif qızı kimi, ata adı Ərizəçi2 olduğu halda ata adını səhvən Ərizəçi2 Asif oğlu kimi qeyd edilib. xx.xx.2022-ci il tarixli ********** saylı çıxarışda qeyd olmuş səhvin düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı Ərazi İdarəsinə müraciət etsək də heç bir nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən ərizələrinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizədə göstərlənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Digər Ərizəçi2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA №1062597 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1993-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2640 saylı xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Ərizəçi2 ünvan 2 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş İV-ЖГ № 327891 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1993-cü ildə anadan olmuşdur. X1, anası X7r. İş materiallarına əlavə edilmiş AZ-İİ № 361841 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 ilə X8 xx.xx.2019-cu il tarixdə Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Qeydiyyat Şöbəsində 1188 saylı akt qeydi ilə nikah bağlamışdırlar. İş materiallarına əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1980-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 579 saylı xx.xx.2021-ci il tarixli Arayışdan görünür ki, Ərizəçi1 ünvan 3 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli №438883 saylı arayışdan görünür ki, Ərizəçi1 xx.xx.1980-ci ildə anadan olmuşdur. X1, anası X7r. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli №013300 saylı Çixarişdan görünür ki, X10 ilə Ərizəçi1 xx.xx.2002-ci ildə nikah bağlamışlar. Nikahları xx.xx.2005-ci il tarixdə pozulmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görnür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1961-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X11 (vətəndaşın adı, soyadı, atasının adı) ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: Əri:X9 (xx.xx.1949, Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixli 130 saylı ölüm haqqında akt qeydi qeydə allınıb). Oğlu:Ərizəçi2 (xx.xx.1993). Qızı:Ərizəçi1 (xx.xx.1980. Qızı: X5 (xx.xx.1982) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş xx.xx.2022-ciil tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi X6, Ərizəçi1 Asif qızının, X3 və Ərizəçi2 Asif oğlunun ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş A № 154330 saylı Torpaq sahəsinin planı və ölçü sənədinin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli, 06 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün Bərdə şəhərində 481.77 kv.m torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, X11 torpaa sahəsinə dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli **********12 reyestr nömrəli çıxarışda səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, sənəddə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda yanlışlıq olaraq X2 adı– Ərizəçi1 ata adı “Ərizəçi1 Asif qızı” və Ərizəçi2 ata adı “Ərizəçi2 Asif oğlu” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş xx.xx.2022-ciil tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda qeyd olunmuş mülkiyyətçilər “Ərizəçi1 Asif qızı” və “Ərizəçi2 Asif oğlu” yazılarının müvafiq olaraq Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar