Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1890/2023 06.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X2” qarşı “cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız olaraq hesablanmış 529.50 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bərdə rayonu Qarağacı kəndində qeydiyatdadır və həmin kəndə yaşayır. O, yaşadığı evin darvazasının bayır tərəfində X6 İdarəsi tərəfindən G-4 markalı qaz sayğacı quraşdırılmışdır. O, evində cəmi 1 ədəd 4 gözlu qaz pilətəsi,1 ədəd qızdırıcı radiator peçi işlədir. Evində cəmi 1 ədəd qaz pilətəsəi və 1 ədəd qızdırıcı radiator işlətdiyinə görə çox qaz sərfiyatı olmayıbdır və qaz idarəsinin işçiləri tərəfindən verilən bildiriş-xəbərdarlıq əsasında istifadə etdiyi qazın pulunu ödəmişdir. Lakin 01 mart 2022-ci il tarixdə həyətyanı sahələrinin koldan ibarət çəpəri öz başına alışıb yanmış və nəticədə durbada bərkidilmiş qaz sayğacıda yanmışdır. Həmin gün qaz istismarı idarəsinin işçiləri tərəfindən qaz sayğacını dəyişib, əvəzinə yeni qaz sayğacı qoyulmuşdur və yeni qaz sayğacının dəyəri olan 80 manatı ödəmişdir. Yalnız 2022-ci ilin dekabr ayında qaz sərfiyyatını ödəyərkən ona cərimə yazıldığı məlim olmuşdur. Bunun səbəbini öyrənmək üçün Asan Ximdət mərkəszinə gedib və oradan abonentin saldosunu çıxardarkan ona məlum olub ki, 529,50 manat cərimə məbləği yazılıbdır. Cərimə yazılmasının səbəbini aydınlaşdırarkən müəyyən edib ki, qaz idərəsinin işçiləri sayğacı apardıqdan sonra iştirakı olmadan Azəriqaz İB-yi tərəfindən Qaz sayğacının qaz sayğacının yoxlanılması barədə 17 mart 2022-ci il tarixli, MSK-29/1710-01078-1 nömrəli akt tərtib edilmiş və həmin akta əsasən G-4 markalı, **********5 nömrəli sayğaca baxış keçirilib. Sayğacın çıxış plastmaş şüşəsik, zavod plastmas borusu, hesalama mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmamışdır. Sayğac bütövlükdə yanıb. Sayğacın nömrəsi Tərtər RQİİ-nin möhürlü kağızına əsasən yazılıb. Sayğac istismara yayarsızdır. Azəriqaz İBnin 18 mart 2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və həmin aktda da sayğacın çıxış plastmas şüşəsi, zavod plastmas borusunun, hesablama mexanizminin və zavod nömrəsi olan lövhənin gövdənin üzərində aşkar olunmaması, sayğacın bütövlükdə yanması, istismara yararsız olması, sayğacın yenisi ilə əvəz olunması, sayğacın dəyəri və dəymiş ziyanın abonent tərəfindən ödənilməsi tələb edilmişdir. Halbu ki, onun aktın yazılmasından xəbəri olmayıb və iştirakı olmadan tərtib edilmişdir. Qeyd edilənləri müəyyən edəndən sonra Bərdə rayon Qaz İstismar idarəsinə gəlib, sayğaca heç bir müdaixlə etmədiyini, hər həftə qaz idarəsinin əməkdaşlarının sayğacı yoxlamalarını, onun qaz sayğacının iş prinsipindən anlayışı olmadığını bildirib, anacaq orda ona əhəmiyyət verilməyib. Daha sonra məhkəməyə müraciət etməyi qərara alıb. Onun evində qaz sayğacı evindən kənarda qaz idarəsi işçilərinin və istənilən şəxsin istənilən vaxt müdaxilə edə biləcəyi yerdədir və qaz sayğacının yoxlanılması üçüçn heç bir maneə və maneçilik yoxdur . Qazdan istifadə qaydaları onun tərəfindən hər hansı bir formada pozulmamışdır, qaz sərfiyyatı çox olmadığı üçün sayğaca hər hansı müdaxilə etməyə ehtiyacı yoxdur. Sayğacın yanmasından məlumatı olmamışdır. Bunan əlavə qaz sayğacı onun iştirakı ilə yoxlaınlmalı və sayğcada aşkar edilən nöqsanlar ona göstərilməli, nöqsanın əmələ gəlmə səbəbi bildirilməli idi. Çünkü qaz sasyğacıının hansı şəraitdə yoxlanılması məlum deyildir ona görə də akt əsasında 529,50 manat borc düzgün göstərilməmiş, borcun necə yaranmasını, necə hesablanmasını bilmir və müraciəet etməyinə baxmayaraq qaz istismarı idarəsi tərəfindən bunun səbəbi ona izah edilməmiş, həmin məbləğin cərimə yaxud qaz sərfiyyatı olması məlum deyildir. Beləliklə onun əməlində qanun pozuntusu, yaxud qazdan itifadə qaydalarını pozmağına dair heç bir sübut yoxdur, barəsində tərtib edilmiş akt əsassızdır, hüquqları, qanunla qorunan mənafeləri, həmçinin Qaz İstismarı İdarəsi tərəfindən istehlakçı kimi hüquqları kobudcasına pozulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azəriqaz ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, iş materiallarında olan xəbərnamədən görünür ki, məhkəmə iclası barədə bildiriş cavabdehin ünvanına çatmışdır.Buna baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmirşdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzssiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxx 1982-ci ildə ünvan 1ində doğulmuşdur, ünvan 1ində qeydiyyatdadır. İş materiallarında olan Bəedə rayon Mirzəcəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 284 saylı, 30 mart 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 1ində qeydiyyatdadır, lakin ərazidə yaşamır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli 18 mart 2022-ci il tarixli aktın surətindən görünür ki, həmin aktla ünvan 1i ünvanında İddiaçı fərdi evində quraşdırılmış sayğaca baxış keçirilməsi, baxış keçirilən zamanı sayğaca müdaxilə edilməsi aşkar olunaraq aktlaşdırılmışdır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, Quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən müəyyən olunur ki, həmin aktla ünvan 1i ünvanında İddiaçı fərdi evində quraşdırılmış sayğac labaratoriyada yoxlanılması üçün göndərilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent kodu **********00320 İddiaçı qalıq və aktlar üzrə borcu 529.50 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digrə təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş sübutlarda iddiaçının hər hansı hüquq pozuntusuna yol verdiyi halı öz əksini tapmamışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə,təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Həmin Qanunun 26-cı maddəsinə müvafiq olaraq, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Göründüyü kimi, qaz sayğacı iddiaçının evində deyil, ümumi istifadədə olan küçədə quraşdırılmış və ona iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut mövcud deyil. Sayğaca vaxtında baxış keçirilməməsi isə birbaşa cavabdeh tərəfin səhlənkarlığıdır və baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. İddiaçı barəsində cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatına görə yazılmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh məhkəmə prosesi barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş, iddiaçının iddiasını təkzib edəcək, eləcə də “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli 18 mart 2022-ci il tarixli aktın doğruluğunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı (abonent kodu: **********00320)hesablanmış 529.50 (beş yüz iyirmi doqquz manat əlli qəpik) manat cərimə borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1890/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1890/2023
06.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver