Məhkəmə qərarları › İş №2(021)-1896/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1896/2022

06.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1896/2022 06.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 199-cu il tarixli 07 saylı qərarı ilə onlara Bərdə rayonu Qaradağlı kəndi verilmiş 1.91 ha torpaq sahəsinə verilmiş JN 220 KOD 61005058 saylı Torpağa Mülkiyyət hüququna dair dövlət aktının, 0.6603 ha torpaq sahəsinə verilmiş Seriya RX ******* saylı və 1.24 ha torpaq sahəsinə verilmiş seriya RX ******* saylı Çıxarışların ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bərdə rayonu Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 saylı qərarı ilə ona ailə üzvülərinə birlikdə Bərdə rayon Qaradağlı kəndində yerləşən 1.91 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-220 KOD-61005058 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir, həmin torpaq sahəsinə JN-220 KOD-61005058 saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Ancaq, həmin sənəddə onun adında səhvlik baş vermişdir. Onun adı Cabbarova (Quliyeva) Aynur Əmir qızı olduğu halda səhvən X3 yazılmışdır. Həmçinin onların xüsusi mülkiyyətində olan Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0.6603 ha torpa sahəsi və 1.24 ha torpaq sahəsi var. 0.6603 ha torpaq sahəsinə Seriya RX ******* saylı, 1,24 ha torpaq sahəsi var. 0.6603 ha torpaq sahəsinə Seriya RX ******* saylı, 1.24 ha torpaq sahəsinə isə Seriya RX ******* saylı Çıxarışlar verilmişdir. Şıxarışlarda onun adı Quliyeva (Cabbarova) Aynur Əmir qızı olduğu halda səhvən X3 yazılmışdır. Ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X14 izahatında göstərmişdir ki, Ərizəçi bibisidir. Ona ailə üzvüləri ilə birlikdə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində adı səhvən X9 yazılmışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərdi ki, ərizəçi Aynurun bibisidir. Adı torpaq sənədində səhv olaraq Aynurə yazılıbdır. Səhvliyin düzəldilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görüblər. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan JN 220, KOD 61005058 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 nömrəli qəqrına əsasən Bərdə rayonu Qaradağlı kənd sakinləri X1, X12, X6, X11 və X7 mülkiyyətinə 1.91 ha kənd təsərrüfat məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Seriya RX ******* nömrəli Reyestrdən çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu, Qaradağlı kəndində X1, X12, X6, X11 və X7 mülkiyyətinə 0.6603 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan Seriya RX ******* nömrəli Reyestirdən çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu, Qaradağlı kəndində X1, X12, X6, X11 və X7 mülkiyyətinə 1.2499 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan AZE 14938213 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 15 iyul 1957-ci ildə Bərdə rayonunda doğulmuşdur, Abşeron rayonu, Hökməli qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 563719 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 ilə X13 21 yanvar 2010-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxx 1980-ci ildə Bərdə şəhərində doğulmuşdur, Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod Y/Ə, “İnşaatçı” B/Y ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 may 2022-ci il tarixli, 558-05/69 nömrəli arayışdan müəyyən olunur ki, X13 xx xxxxx 1980-ci ildə doğulmuşdur, atası X17, anası X2r. İş materiallarında olan AZE 02927968 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X14 01 noyabr 1953-cü ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə rayonu, Qaradağlı kəndində yaşayır. İş materiallarında olan AZE 13011661 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X10 15 sentyabr 1956-cı ildə Bərdə rayonunda doğulmuş, Gəncə şəhəri, İnşaatçılar B/Y Avtozavod Y/Ə ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********69 nömrəli 05 may 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi **********35 və **********36 reyestr nömrəli çıxarılarda səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN 220 KOD 61005058 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının, Seriya RX ******* və Seriya RX ******* saylı çıxarışların Cabbarova (Quliyeva) Aynur Əmir qızına məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X6 adına verilmiş JN 220 KOD 61005058 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının, Seriya RX ******* və Seriya RX ******* saylı çıxarışların Cabbarova (Quliyeva) Aynur Əmir qızına məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X6 adına verilmiş JN 220 KOD 61005058 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının, Seriya RX ******* və Seriya RX ******* saylı çıxarışların Cabbarova (Quliyeva) Aynur Əmir qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar