Məhkəmə qərarları › İş №2(021)-1906/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1906/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1906/2023 06.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13 may 2022-ci il tarixli MAS-5214 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektində müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 dekabr 2022-ci il tarixə 647.82 manat gecikdirilmiş əsas, 572.91 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 380.3 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 282.48 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 919.30 manat, ümumilikdə 2802.81 manat borc və ödənilmiş 48.03 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC–nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə bağlanmış 13 may 2022-ci il tarixli MAS-5214 saylı“Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2022-ci il buraxılışlı “Khazar SD” minik markalı,**-PT-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440177 ban nömrəli, ağ rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMCnin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödəniş cədvəlinə (Əlavə 3) əsasən Cavabdeh illik 17.5 % hesablanmaqla 48 aylıq müddətinə hər ay sabit məbləğ olmaqla 407.60 manat, ümumilikdə isə 22565 manat məbləğində pulu İddiaçı MMC–nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22565 manatın 17000 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC–nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə 24 dekabr 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servic Mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən lizinq obyekti olan avtomobilin təmir-bərpa xərcləri 282.48 manat təşkil edir. “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsi nəticəsində inzibati xətai ilə əlaqədar sürücü Azərbaycan Respublikası Dövlət Yol Polis İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin protokollar aşağıdakılardan ibarətdir: EQ 11447707 saylı protokola görə 14.20 manat, EQ 11254825 saylı protokola görə 15.70 manat, EQ 11254826 saylı porotokola görə 15.70 manat, EQ 11254823 saylı protokola görə 78.50 manat, EQ 11254818 saylı protokola görə 78.50 mnat, EQ ********* saylı protokola görə 16 manat, EQ 11151655 saylı protokola görə 16 manat, EQ 11151649 saylı protokola görə 16 manat, EQ 11151662 saylı protokola görə 16 manat, EQ 11151653 saylı protokola görə 16 manat, EQ 11151656 saylı protokola görə 16 manat, EQ 10902052 saylı protokola görə 16 manat, EQ 10902050 saylı protokola görə 16 manat, EQ 10902053 saylı protokola görə 16 manat, EQ 10902051 saylı protokola görə 16 manat, EQ 10902049 saylı protokola görə 16 manat, EQ 10768147 saylı protokola görə 16 manat, EQ 10690271 saylı protokola görə 96 manat, EQ 10690276 saylı protokola görə 64 manat, EQ 10690267 saylı protokola görə 16 manat, EQ 10690266 saylı protokola görə 16 manat, EQ 10690270 saylı protokola görə 16 manat, EQ 10521080 saylı protokola görə 16 manat, EQ 10521079 saylı protokola görə 16 manat, EQ 10521074 saylı protokola görə 16 manat, EQ 10521078 saylı protokola görə 16 manat, EQ 10521083 saylı protokola görə 16 manat, EQ 10253537 saylı protokola görə 16 manat, EQ 10253486 saylı protokola görə 16 manat, EQ 10253519 saylı protokola görə 16 manat, EQ 12068695 saylı protokola görə 55.50 manat, EQ 12068696 saylı protokola görə 11.10 manat, EQ 12068694 saylı protokola görə 55.50 manat, EQ 12068698 saylı protokola görə 55.50 manat, EQ 12068697 saylı protokola görə 11.10 manat, ümumilikdə 919.30 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Eyni zamanda Cavabdeh 13 may 2022-ci il tarixli MAS-5214 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 dekabr 2022-ci il tarixlə ümumilikdə 1601.03 manat gecikmə borcu yaranmışdır. İddiaçı nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxılmaqla, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxx 1987-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BPÜMİ-nin MAPS şöbəsinin arayışından müəyyən olunur ki, Cavabdeh xx xxx 1987-ci ildə ünvan 2 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş 13 may 2022-ci il tarixli MAS-5214 saylı daxili lizinq müqaviləsinin surətindən müəyyən olunur ki, həmin müqavilə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmışdır. Mülki işə əlavə edilmiş 13 may 2022-ci il tarixli təhvil-təslim aktının surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimi aparılmışdır. Mülki işə əlavə edilmiş qüsur aktının surətindən müəyyən olunur ki, “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 282.48 manat ziyan dəymişdir. Mülki işə əlavə edilmiş 10 mart 2023-cü il tarixli 709 saylı arayışdan müəyyən olunur ki, Cavabdeh 13 may 2022-ci il tarixli MAS-5214 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 dekabr 2022-ci il tarixlə ümumilikdə 1601.03 manat gecikmə borcu yaranmışdır. Mülki işə əlavə edilmiş 06 fevral 2023-cü il tarixlixəbərdarlığın surətindən müəyyən olunur ki, Cavabdeh 282.48 manat pulun məhkəmə qaydasında ödənilməsinin tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş A 77PT253 nömrəli nəqliyyat vasitəsinin qeydiyyatı şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətində qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi X1 vasitəsi ilə Daxili İşlər Nazirliyi BDYPİ (cərimə) mədaxil qəbzlərinin surətindən müəyyən olunur ki, ümumilikdə 919.30 manat cərimə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, tərəflər arasında bağlanılmış lizinq müqaviləsi üzrə cavabdehdən 647,82 manat əsas, 572,91 manat gecikdirilmiş mükafat və 380,30 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə vurulmuş zərər 282,48 manat olmaqla, cəmi 1883,51 manat alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin inzibati protokollara dair ödənilmiş 919,30 manat məbləğində olan pula münasibətədə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, İddiaçı MMC-nin Cavabdeh qarşı 919,30 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdahin təqsirli, hüquqa zidd hərəkəti nəticəsində inzibati məsuliyyət yaranmışdır. Həmin inzibati tənbeh tədbirləri olan inzibati cərimələr iddiaçı tərəfindən ödənildiyindən iddiaçının həmin məbləğləri cavabdehdən reqres qaydasında tələb etmək hüququ mövcuddur. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlıdır və iddia təmin edilməlidir. Beləliklə yuxarıda qeyd edilənlərə nəzərə alaraq məhkəmə hesab edir ki, verilmiş iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 13 may 2022-ci il tarixli MAS-5214 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektində müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 dekabr 2022-ci il tarixə 647.82 manat gecikdirilmiş əsas, 572.91 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 380.3 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 282.48 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 919.30 manat, ümumilikdə 2802.81 manat (iki min səkkiz yüz iki manat, səksən bir qəpik) borc və ödənilmiş 48.03 manat dövlət rüsumu alınaraq İddiaçı MMC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar