Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1909/2021 29.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Bərdə rayonu İcra və Probasiya şöbəsinə, Daşınar və Daşınmaz Əmlakların Satış X1, Bank "xxxx" ASC-nə qarşı 19.04.2021-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin və yekun protokolunun etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddiaçı cavabdehlər Bərdə rayonu İcra və Probasiya şöbəsinə. Daşınar və Daşınmaz Əmlakların Satış X1, Bank "xxxx" ASC-nə qarşı 19.04.2021-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin və yekun protokolunun etibarsız hesab edilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışı iclası 29 iyun 2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddələrinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259,260-cı maddələrini rəhbər tutaraq, məhkəmə , İddiaçı cavabdehlər Bərdə rayonu İcra və Probasiya şöbəsinə, Daşınar və Daşınmaz Əmlakların Satış X1, Bank "xxxx" ASC-nə qarşı 19.04.2021-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin və yekun protokolunun etibarsız hesab edilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 gün müddətində Bərdə rayon məhkəməsinə şikayət vərə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1909/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1909/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver