Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1918/2023 27.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı və vəkili Vəkil2, Cavabdehlər Cavabdeh5, Cavabdeh3 və onun vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh5 qarşı “evə köçmə tələbinə ” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bərdə rayon Həsənqaya kəndində yerləşən həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin vərəsələr arasında bölünməsi, miras qalmış əmlakın naturada bölünüb onun payının verilməsi və onun Bərdə rayon Həsənqaya kəndində yerləşən fərdi yaşayış evinə köçüb yaşamağına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 17 oktyabr 1952-ci il təvəllüdlüdür, atası X20, anası X11r. Onlar 7 uşaq olublar. X46 2000-ci il tarixdə, atası Babayev Ələsgər 1974-cü il tarixdə, qardaşları X21 29 aprel 2003-cü il tarixdə və X22 isə xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Anadan olduğu müddətdən valideyinlərinin 1972-ci ildə tikdirdiyi fərdi yaşayış evində yaşayıb. Həmçinin sovet dövründə kolxozda və səyyari ticarətdə işləyib və işlədiyi müddətdə evdə əlavə tikinti işləri apararaq yaşayış şəraitini yaxşılaşdırmışdır. Öz həyatını düşünmədən yalnız bacı və qardaşları üçün yaşamış, onlara daimi maddi yardım etmiş, onları evləndirmişdir. 2000-ci ildə anasının vəfatından sonra əvvəl yaşadığı ünvanda yaşamış ,mirası faktiki olaraq qəbul etməklə idarə etmiş, yaşadığı təsərrüfatı genişləndirmək üçün anasının ölümündən sonra həmkəndlisi Telman adlı şəxsdən 1 yanıbalalı və 1 boğaz ala inək almışdır. İndi isə o hal-hazırda miras qalmış fərdi yaşayış evini və torpaq sahəsini rəsmi olaraq adına sənədləşdirmək istəyir. İndi isə hal-hazırda miras qalmış fərdi yaşayış evini və torpaq sahəsini rəsmi olaraq adıma sənədləşdirmək istəyir. Bununla bağlı Bərdə regional Asan xidmət mərkəzinin notariat ofisinə müraciət etdikdə isə imtina etdilər. Səbəb olaraq göstərdilər ki, mirası qəbul etmə müddəti ötürülmüşdür. Savadsızlığndan miras əmlakı qəbul etmə müddəti ötürülmüşdür. O, əmin torpağın mülkiyyətçisidir, lakin buna baxmayaraq, yuxarıda adlarını qeyd etdiyi, maraqlı şəxslər olan bacıları öz evində, yurdunda yaşamağa imkan vermirlər, Bezdirikləri üçün məcbur qalib evdən çıxmalı olmuşdur. Təxminən bir il olar ki, təsərrüfatında olan evdə yaşamağına Cavabdeh5 imkan vermir. O, anasından miras qalmış daşınar, daşınmaz əmlakları qəbul etməyi faktının müəyyən edilməsini istəyir. Qeyd olunnlara əsasən iddia tləbinin təmin olunmasıın xahiş etmişdir. Daha sonra İddiaçı iddia həcmini azaldaraq, Bərdə rayon Həsənqaya kəndində yerləşən fərdi yaşayış evinə köçüb yaşamağına dair qərar qəbul edilməsini xahiş etmişdir Daha sonra İddiaçı ərizə verərək cavabdeh qismində yalnız Cavabdeh5 və Cavabdeh3 qalmasına dair qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil2 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbinin rədd olunmasını xahiş etdi Məhkəmə iclasında Cavabdeh5 bildirdi ki, İddiaçı ilə bir yerdə yaşaya bilmir. Buna görə də iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 vəkili Vəkil1 iddia tələbinin rədd olunmasını xahiş etdi Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1952-ci ildə Bərdə rayon Həsənqaya kəndində anadan olmuşdur. Bərdə rayon Həsənqaya kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Doğum haqqında ИЕ №857391 nömrəli Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı xx.xx.1952-ci il tarixdə anadan olmuşdur. Ana qrafasında ana adı X4 qeyd ounmuş, ata qrafası boş saxlanımışdır. Mülki işə əlavə olunmuş Doğum haqqında AZ-İİİ №648142 nömrəli Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı xx.xx.1952-ci il tarixdə anadan olmuşdur. Ana qrafasında ana adı X4 qeyd ounmuş, ata qrafası boş saxlanımışdır. Mülki işə əlavə olunmuş Doğum haqqında ИЕ № 420422 nömrəli şəhadətnamənin sürətindən görünür ki, X24 22 fevral 1957-ci ildə anadan olmuşdur, atası X20, anası X11r. Mülki işə əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2023cü il tarixli çıxarışdan görünür ki, X20 və X23 arasında 23 aprel 1962-ci il tarixdə nikah bağlanmışdır. Mülki işə əlavə olunmuş Doğum haqqında AЭ №060879 nömrəli Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X22 1962-ci ildə anadan olmuşdur, atası X20, anası X11r Mülki işə əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2022ci il tarixli № 837565 saylı arayışdan görünür ki, X12 xx.xx.1960-cı il tarixdə Bərdə rayon Həsənqaya kəndində anadan olmuşdur. Ana qrafasında ana adı X4 qeyd olunmuş, ata qrafası isə boş saxlanılmışdır. Mülki işə əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2022ci il tarixli arayışdan görünür ki, X8 xx.xx.1967-ci il tarixdə Bərdə rayon Həsənqaya kəndində anadan olmuşdur, atası X20,anası X11r. Mülki işə əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2023cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1952-ci il tarixdə Bərdə rayon Həsənqaya kəndində anadan olmuşdur. Ana qrafasında ana adı X4 qeyd olunmuş, ata qrafası isə boş saxlanılmışdır. Mülki işə əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2023cü il tarixli arayışdan bilinir ki, X22 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2022ci il tarixli № 420422 saylı arayışdan görünür ki, X21 xx.xx.1957-ci il tarixdə Bərdə rayon Həsənqaya kəndində anadan olmuşdur. Ana qrafasında ana adı X4 qeyd olunmuş, ata qrafası isə boş saxlanılmışdır. Mülki işə əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2022ci il tarixli 760879 saylı arayışdan görünür ki, X22 xx.xx.1962-ci il tarixdə Bərdə rayon Həsənqaya kəndində anadan olmuşdur, anası X23,atası X13r. Mülki işə əlavə olunmuş Xİİ-ЖГ №277474 saylı şəhadətnamənin sürətindən görünür ki, X29 08 yanvar 1987-ci il tarixdə Bərdə Rayon Həsənqaya kəndində anadan olmuşdur. X2,anası Cavabdeh5dır . Mülki işə əlavə olunmuş XV-Ж №274300 nömrəli Doğum Haqqında şəhadətnamənin sürətindən görünür ki, X30 02 iyun 1990-cı il tarixdə Bərdə rayon Həsənqaya kəndində anadan olmuşdur. X3, anası Cavabdeh6 Oqtay qızıdır . Mülki işə əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli № 115359 saylı arayışdan görünür ki, X21 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli № 699122 saylı arayışdan görünür ki, X23 xx.xx.2000-ci ildə vəfat etmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli № ******* nömrəli arayışdan göünür ki, X20 xx.xx.1974-cü il tarixdə vəfat etmişdir. Ölüm səbəbi mədə keçməməzliyi göstərilmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin sürətindən görünür ki, 07 fevral 2000-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi Bərdə rayon Həsənqaya kəndində yaşayan qızları: X8 və İddiaçıdır. Həmçinin qeyd olunur ki,onların hər biri miras əmlakından bərabər hissələrdə irs almalıdır, şəhadətnamə verilən miras əmlak Bərdə rayon Həsənqaya kəndində yerləşən 0.5023 hektar torpaq sahəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş, 18 oktyabr 2022-ci il tarixli 194 nömrəli Bərdə rayon Dövlət Arxivinin vəkilə ünvanladığı məktubdan görünür ki, ünvan 2 Bərdə rayon Həsənqaya kənd İƏV-nin 1996-2000-ci illər üzrə 1 saylı təsərrüfatbaşına kitabın 22 saylı şəxsi hesabına əsasən vətəndaş, mərhum X9 ailə başçısı olduğu, adına olan torpağın 1995-1996-cı illərdə 0.18 ha,1997-2000-ci illərdə 0.27 ha yazıldığı,evin ümumi sahəsinin 1996-1997-ci illərdə 80 kvm., yaşayış sahəsinin 56 kvm olduğu qeyd olunub. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin Bərdə rayon Vəkil Bürosuna ünvanladığı xx.xx.2023-cü il tarixli,№3-21-46/2-918/2023 nömrəli məlumatından görünür ki, X9 adına 3 nəfər ailə üzvü ilə birlikdə Bərdə rayonu Həsənqaya kəndində JN-173 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayon Dövlət Arxivinin vəkilə ünvanladığı 19 yanvar 2023-cü il tarixli 13 nömrəli məktundan görünür ki, İddiaçı ailə tərkibi belə qeyd olunub: X20-ailə başçısı X23-arvadı X16-qardaşı arvadı X25-qardaşı qızı X14-qızı İddiaçı-qızı X21-oğlu X12-qızı X22-oğlu Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin Bərdə rayon Vəkil Bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli №3-21-3-46/2-3161/2023 nömrəli məlumatından görünür ki,İddiaçı adına Bərdə rayonu Həsənqaya kəndində 0.50 ha həyətyanı torpaq sahəsi xx.xx.2020-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı adına Bərdə rayon Həsənqaya kəndində 3 nəfər ailə üzvi ilə birlikdə 1.50 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Həsənqaya kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki,Həsənqaya kənd İcra Nümayəndəliyinin 2021-2025-ci illər üçün Təsərrüfat başı kitabında mərhumə X23 vəfat etdiyi üçün onun adı qeyd olunmamışdır. Həsənqaya kəndinə aid 01 nömrəli Təsərrüfat başı kitabının 21-ci şəxsi hesabında İddiaçı və 22 şəxsi hesabında Cavabdeh5 qeydə alınmışdır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Başçısının Həsənqaya kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyindən verilən 598 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh5 yaşadığı ev mərhum X20 və mərhumə X15 məxsus olub, həmin evin Həsənqaya kənd sakinlərinin xx.xx.2023-cü il tarixdə tərtib etdikləri aktda əsasən məlum olur ki,1971-1972-ci illərdə usta mərhum X17 tərəfindən tikilmişdir və ev 3 otaq 96 kvadratmetrdən ibarətdir. Mülki işə əlavə olunmuş AZ-İ № 290138 nömrəli Nikah Haqqında şəhadətnamənin sürətindən görünür ki, X18 və X29 arasında xx.xx.2007-ci il tarixdə Salyan rayon Aşağı Noxudlu kənd İƏN-də 12 saylı akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Süleymanov və arvada Süleymanova soyadları verilmişdir. Mülki işə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan, Seriya RX, №0613153 nömrəli çıxarışdan görünür ki, Bərdə şəhəri Bakıxanov küçəsi 38 ünvanında 0.0484 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 82.2 kv/m, yardımçı sahəsi 27.1 kv/m, ümumi sahəsi 109.3 kv/m olan fərdi yaşayış evi X5 tam xüsusi mülkiyyətindədir. Mülki işə əlavə olunmuş X6 xx.xx.2015-ci il tarixli notarial ərizəsindən görünür ki, arvadı X10 məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin və mülkiyyətində olan 0.0484 ha torpaq sahəsinin satılmasına və ya bağışlanasına etiraz etmədiyini bildirmişdir. Mülki işə əlavə olunmuş 16 iyun 2015-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, X1 şəhəri Bakıxanov küçəsi 38 ünvanında mülkiyyətində olan 0.0484 ha torpaq sahəsi ünvanında yerləşən yaşayış sahəsi 82.2 kv/m,yardımçı sahəsi 27.1 kv/m olmaqla ümumi sahəsi 109.3 kv/m olan 4 otaqlı fərdi yaşayış evini 0.0484 ha torpaq sahəsi ilə birlikdə X7 bağışlamışdır. Mülki işə əlavə olunmuş Hüquqlarin Dövlət Qeydiyyati Haqqinda Daşinmaz Əmlakin Dövlət Reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX, № ******* nömrəli çıxarışdan görünür ki, ünvan 6 ünvanında 0.0484 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 109.3 kv/m olan fərdi yaşayış evi İddiaçı tam xüsusi mülkiyyətindədir. Mülki işə əlavə olunmuş 19 aprel 2019-cu il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı Bərdə rayon Elçin Əsədov 38 ünvanında mülkiyyətində olan 0.0484 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 109.3 kv/m, yaşayış sahəsi 82.2 kv/m, yardımçı sahəsi 27.1 kv/m olan 4 otaqlı fərdi yaşayış evini və 0.0484 ha torpaq sahəsini X26 bağışlamışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Bərdə rayon Həsənqaya kənd ərazisində yerləşən fərdi yaşayış evi rəsmi reystrdən qeydiyyatdan keçməyən evdir. Təsərrüffatbaşına kitaba əsasən həmi evdə İddiaçı və Cavabdeh5 qeyd alınmışdır. Cavabdeh5 isə İddiaçı vəfat etmiş qardaşının arvadıdır. Digər cavabdeh isə Cavabdeh3 isə iddiaçının bacıSı olmaqla ailə həyat quraraq ata yurdunu çoxdan tərk etmiş və orada yaşamır. Cavabdeh5 isə İddiaçı orada yaşamasına mane olur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə məhkəmə qeyd edir ki, 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13-cü maddəsi yaşayış sahələrinə aşağıdakılar aid etmişdir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələrimehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri. Mənzil Məcəlləsinin 48.1-ci amddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. [22] Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən, Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf iddianın rədd olunması fikrini onunla əsaslandırmışlar ki, 16 iyun 2015-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi ilə X1 şəhəri Bakıxanov küçəsi 38 ünvanında mülkiyyətində olan 0.0484 ha torpaq sahəsi ünvanında yerləşən yaşayış sahəsi 82.2 kv/m,yardımçı sahəsi 27.1 kv/m olmaqla ümumi sahəsi 109.3 kv/m olan 4 otaqlı fərdi yaşayış evini 0.0484 ha torpaq sahəsi ilə birlikdə X7 bağışlamışdır. İddiaçı isə 19 aprel 2019-cu il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə həmin mənzili X26 bağışlamışdır. Belə ki, X19 Cavabdeh5 qızıdır ki, həmin mənzili o şərtlə İddiaçı –bibisinə bağışlamışdır ki, hazırkı mübahisəli mənzildən çıxsın. Almaz isə öz növbəsində Bərdə şəhəri Bakıxanov küçəsi 38 ünvanında olan mənzili X26 bağışlamışdır ki, həmin şəxsdə Almazın başqa bir qardaşı oğludur. MM-nin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış bağışlama müqaviləsində belə şərtin olması müəyyən edilmir.Odur ki, məhkəmə cavabdehin bu dəlilini əsassız sayır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh5 qarşı “evə köçmə” tələbinə dair iddia tələbi təmin olunmalı və İddiaçı Bərdə rayon Həsənqaya kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh3 münasibətdə hesab edir ki, Cavabdeh3 iddia tələbinə cavab verməli olan şəxs deyil. Belə ki,o həmin evdə yaşamır, sadəcə olaraq sözlə iddianın rədd olunmasını istəyir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh5 qarşı “evə köçmə” tələbinə dair iddiası qismən təmin olunsun. İddiaçı Cavabdeh5 faktiki yaşadığı Bərdə rayon Həsənqaya kəndində yerləşən evə köçürülsün. İddia tələbi Cavabdeh3 münasibətdə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1918/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1918/2023
27.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver