Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1924/2022 27.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X15, Ərizəçi iştirakları ilə, Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayon Aqrar İslahat Komitəsinin 22 iyun 1999-cu il tarixli 09 saylı qərarı ilə onlara Bərdə rayonu Əliyanlı kəndində verilmiş 1.69 ha torpaq sahəsinə verilmiş JN-145 KOD-61008038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə Rayon Aqrar islahat Komissiyasının 22 iyun 1999-cu il tarixli, 09 saylı qərarı ilə ona ailə üzvüləri ilə birlikdə Bərdə rayonu, Əliyanlı kəndində yerləşən 1.69 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi onun və ailə üzvlərinin adınadır. Haı-hazırda onlara verilmiş dövlət aktında onun adında səhvlik olmuşdur. Onun adı Ərizəçi olduğu halda səhvən X1 qeyd edilib. Onun adının JN-145 KOD-61008038 saylı dövlət aktında düzgün yazılması və səhvin düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə meraciət etsə də nəticəsi olmamışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X13 izahatında göstərdi ki, Ərizəçi anasıdır. Oğlunun adı Fəzaildir, lakin torpağın sənədində Fazil qeyd edilmişdir. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X14 izahatında göstərdi ki, Ərizəçi atasıdır. Oğlunun adı torpaq sənədində səhv olaraq Fazil yazılmışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərdi ki, Ərizəçi qardaşıdır. Qardaşının adı Fəzaildir, lakin torpağın sənədində səhv olaraq Fazil yazılıbdır, bu səhvə görə torpaq üzərində hüquqlarını həyata keçirdə bilmirlər. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan JN 145 KOD 61008038 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 nömrəli qəqrına əsasən Bərdə rayonu, Əliyanlı kənd sakinləri X5, X6, X7, X4, X2, X3, X8 mülkiyyətinə Bərdə rayonu, Əliyanlı kəndində 1.69 ha kənd təsərrüfat məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan 495855 nömrəli, 05 may 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi xx xxx 1984-cü ildə doğulmuşdur, atası X14, anası X9r. İş materiallarında olan AZ-İ 813495 nömrəli, 06 may 2022-ci il tarixli çıxarışdan müəyyən olunur ki, Ərizəçi və X18 11 fevral 2013-cü ildə 03 saylı nikah qeydi ilə nikahlarını rəsmiləşdirmişlər. İş materiallarında olan Bərdə rayonu, Kələntərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 860 nömrəli, 16 may 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi və X12 eyni şəxsdir. İş materiallarında olan AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxx 1984-cü ildə doğulmuşdur. İş materiallarında olan AZE 07257509 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 12 noyabr 1958-ci ildə Kəlbəcər rayonu, Ağdaban kəndində doğulmuşdur, Bərdə rayonu, Əliyanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 07256819 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X14 01 iyul 1958-ci ildə Bərdə rayonu, Əliyanlı kəndində doğulmuşdur, Bərdə rayonu, Əliyanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 09535594 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X10 04 sentyabr 1987-ci ildə Bərdə rayonu, Əliyanlı kəndində doğulmuşdur, Bərdə rayonu, Əliyanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********66 nömrəli 06 may 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, ərizəçi X11 JN-145 saylı dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN 145 KOD 61008038 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X6 adına verilmiş JN 145 KOD 61008038 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilsin. X6 adına verilmiş JN 145 KOD 61008038 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1924/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1924/2022
27.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver