Məhkəmə qərarları › İş №2(021)-1928/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1928/2023

30.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1928/2023 30.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01 iyul 1959-cu ildə anadan olmuş X7 və X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X6 onun qızıdır. X11 isə onun həyat yoldaşıdır. Onlar Bərdə rayon Qazıqurdalı kəndində yaşayırlar. O, X11 ilə 30 yanvar 1978-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarında 03 sentyabr 1980-ci il tarixdə anadan olmuşdur. X2 və X6 1-ci qrup əlildirlər,şizofreniya xəstəliyindən əziyyət çəkirlər,onun himayəsində yaşayırlar,mütamadi olaraq müalicəyə ehtiyyacları var. Onlar heç nəyi dərk etmir, başa düşmür, demək olar ki, heç bir fəaliyyət qabiliyyətləri yoxdur, ağır xəstəliyi olduğu üçün ona müalicələr aparılsa da,heç bir nəticəsi olmamışdır. Daimi olaraq köməyə və nəzarətə ehtiyacları var. Odur ki, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsi müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1948-ci il tarixdə Bərdə rayon Qazıqurdalı kəndində anadan olmuşdur. Bərdə rayon Qazıqurdalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Maraqlı şəxs Başçısının Bərdə rayon Qaradəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 mart 2023-cü il tarixli 408 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Qazıqurdalı kəndində yaşayır. Mülki işə əlavə olunmuş Seriya AZE 17412027 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 01 iyul 1959-cu il tarixdə Bərdə rayon Lək kəndində anadan olmuşdur. Bərdə rayon Lək kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Seriya AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 03 sentyabr 1980-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Vİİ-ЖГ №-441165 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X9 arasında 30 yanvar 1978-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Nikahdan sonra ərə Quliyev,arvada Quliyeva soyadları verilmişdir. Mülki işə əlavə edilmiş Vİİ-ЖГ № 369141 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 03 sentyabr 1980-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Ərizəçi, ana qrafasında ana adı X5 qeyd olunmuşdur. Mülki işə əlavə olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, X11 1-ci dərəcəli əlildir. Əlillik səbəbi göz xəstəliyi göstərilmişdir. Mülki işə əlavə olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi- Sosial Ekspert və Reablitasiya Xidmətinin 21 saylı Tibbi Sosial Ekspert Komissiyasının məlumatından görünür ki, X6 1-ci dərəcə əlildir. Diaqnozu: Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur vəziyyəti kimi qeyd olunmuşdur. Mülki işə əlavə olunmuş 30 mart 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki,Ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X17 X13 Şöbəsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 386 saylı 04 iyul 2023-cü il tarixli rəyində qeyd olunur ki, X1 şizofrenəbənzər psixozdan sonrakı davranış pozuntuları XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F23.3 xəstəliyindən əziyyət çəkir. O, keçirilmiş şizofrenəbənzər psixozdan sonrakı davranış pozuntuları XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F23.3 xəstəliyi keçirməsinə baxmayaraq onda hal-hazırda heç bir kobud psixi pozuntu aşkar edilmədiyindən o, öz hərəkətlərinin mənasını başa düşüb, hərəkətlərini idarə etmək qabiliyyətindədir. X1 şizofrenəbənzər psixozdan sonrakı davranış pozuntuları XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F23.3 baxmayaraq fəaliyyət qabiliyyəti olan şəxs hesab edilə bilər. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X17 X13 Şöbəsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 385 saylı 04 iyul 2023-cü il tarixli rəyində qeyd olunur ki, X6 şizofreniya paranoid forma, qüsur 10-cu baxış) vəziyyəti XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı F20.0 xəstəliyindən əziyyət çəkir. O, öz hərəkətlərinin mənasını başa düşüb, hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X6 şizofreniya paranoid forma, qüsur vəziyyəti XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10cu baxış) F20.0 xəstəliyi keçirməsi səbəbindən fəaliyyət qabiliyyəti olmayan hesab oluna bilər. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə ekspert rəyinə əsaslanaraq hesab edir ki, ərizə X8 münasibətdə təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X17 X13 Şöbəsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 386 saylı 04 iyul 2023-cü il tarixli rəyinə əsasən X1 şizofrenəbənzər psixozdan sonrakı davranış pozuntuları XBT-10 F23.3 baxmayaraq fəaliyyət qabiliyyəti olan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X17 X13 Şöbəsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 385 saylı 04 iyul 2023-cü il tarixli rəyinə əsasən isə X6 şizofreniya paranoid forma, qüsur vəziyyəti XBT-10 F20.0 xəstəliyi keçirməsi səbəbindən fəaliyyət qabiliyyəti olmayan hesab oluna bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, 03 sentyabr 1980-cı il tarixdə anadan olmuş X6 öz hərəkətlərini mənasını anlamaq və tam idarə etmək qabliyyətində deyildir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ərizə X4 münasibətdə təmin edilməli, 03 sentyabr 1980-cı il tarixdə anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 03 sentyabr 1980-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Ərizə qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar