Məhkəmə qərarları › İş №2(021)-1932/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1932/2023

02.05.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1932/2023 02.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə, Maraqlı şəxs ilə aralarında Bərdə Regional “Asan Xidmət” mərkəzi qeydiyyat Şöbəsində 10 may 2018-ci ildə 536 nömrə ilə qeydə alınmış nikahın pozulmasına, birgə nikahlarından 30 aprel 2018-ci il tarixdə anadan olmuş X6 və 08 oktyabr 2022-ci ildə anadan olmuş X4 onun himayəsində saxlanılmasına, Maraqlı şəxs 30 aprel 2018-ci il tarixdə anadan olmuş X6 və 08 oktyabr 2022-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin tutularaq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 10 may 2018-ci ilə tarixdə rəsmi nikaha daxil olaqla ailə qurmuşdur. Birgə nikahlarından 30 aprel 2018-ci il tarixdə X6 və 08 oktyabr 2022-ci ildə X7 anadan olmuşdur. Aralarında olan problemlər səbəbindən faktiki olarq ayrılıblar və ayrı yaşadıqları müddətdə birgə nikahlarından olan övladları onun yanında qalır və onların bütün maddi və mənəvi ehtiyaclarını ödəyir. Maraqlı şəxs isə uşaqların saxlanması üçün heç bir yardım göstərmir. Aralarında olan münasibətin həll edilməsi üçün medasiya şurasına müraciət ediblər və orada X5 ilə aralarında olan nikahın pozulmasına, birgə nikahdan olan hər iki uşağın onun himayəsində qalmasına və cavabdehdən hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat aliment tutularaq ona ödənilməsinə dair razılığa gəliblər. Maraqlı şəxs barışıq sazişinin şərtlərini pozur, Maraqlı şəxs uşaqların saxlanılması üçün heç bir maddi yardım göstərmir, hətta uşaqlarla maraqlanmır, onların qayğısına qalmır. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə qanun uyğun formada məlumat verilsədə məhkəməyə gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı Maraqlı şəxs iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxx 1992-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs xx xxxx 1990-cı ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Qaradəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 443 nömrəli, 03 aprel 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Laçın rayonundan məcburi köçkün Ərizəçi Bərdə rayonu Qaradəmirçi kəndində yaşayır ailə üzvləri qızı X6, oğlu X1 ibarətdir. Mülki işə əlavə edilmiş AZ-İİ 260554 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs ilə Ərizəçi arasında nikah Bərdə regional “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 10 may 2018-ci il tarixdə, 536 nömrəli akt qeydi ilə bağlanmışdır, nikahdan sonra arvada Səmədova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş AZ-İV 106460 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 30 aprel 2018-ci ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. Mülki işə əlavə edilmiş AZ-İV 805212 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 08 oktyabr 2022-ci ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 14 mart 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf 10 may 2018-ci il tarixli nikahın pozulmasına və birgə nikahlarından olan 30 aprel 2018-ci il təvəllədülü X6 və 08 oktyabr 2022-ci il təvəllüdlü X7 adlı övladlarının birinci tərəfin himayəsində saxlanılmasına və birgə nikahdan olan övladlarının saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla ümumilikdə 200 manat aliment məbləğinin birinci tərəfin xeyrinə ödənilməsinə razıdır, ikinci tərəf 10 may 2018-ci il tarixli nikahın pozulmasına və birgə nikahlarından olan 30 aprel 2018-ci il təvəllədülü X6 və 08 oktyabr 2022-ci il təvəllüdlü X7 adlı övladlarının birinci tərəfin himayəsində saxlanılmasına və birgə nikahdan olan övladlarının saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla ümumilikdə 200 manat aliment məbləğinin ikinci tərəfdən alınaraq birinci tərəfin xeyrinə ödənilməsinə razıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 14 mart 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 214, 216- 220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında nikah Bərdə regional “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 10 may 2018-ci il tarixdə, 536 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqları 30 aprel 2018-ci il təvəllədülü X2 və 08 oktyabr 2022-ci il təvəllüdlü X4 hər birinə 100 manat olmaqla cəmi 200 manat alimenti hər ay ödəməyi öhdəsinə götürməsi, 30 aprel 2018-ci il təvəllədülü X2 və 08 oktyabr 2022-ci il təvəllüdlü X4 anası Ərizəçi himayəsində qalmasına etiraz etməməsi barədə Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 14 mart 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Alimentin tutulması 14 mart 2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar