Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1938/2024 25.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “28 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə 25 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, X1 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə verərək işin baxılmamış saxlanmasını xahiş etmişdir. Ona görə də iddia Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra cavabdeh ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. İddiaçı cavabdeh X2 qarşı “28 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın.
2. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim:Ziya Abdullayev