Məhkəmə qərarları › İş №2(021)-1956/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1956/2021

21.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1956/2021 21.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum atası Abbasov Yunis “Şahbaz” oğlunun vəfat etməsi ilə əlaqədar verilmiş 21 avqust 1991-ci il tarixli, İİİ JQ 482965 seriyalı ölüm haqqında şəhadətnamənin mərhum X2 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1967-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Mərhum atasının ölüm haqqında şəhadətnaməsində səhfən mərhum atasının ata adı Novruz deyil “Şahbaz" kimi qeyd edilmişdir. Bu yanlışlığı aradan qaldırmaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etməsinə baxmayaraq səhfin düzəldilməsinin yalnız məhkəmə qətnaməsi əsasənda mümkün olduğunu göstərmişlər. Ölüm haqqında şəhadətnamədə düzəliş edilməsi ona atasından miras qalmış əmlakı öz adına rəsmiləşdirmək üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbıb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 261.0.1 maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin orqan məsələnin həllindən imtina etdiyi halda orqanın hərəkətlərindən inzibati qaydada məhkəməyə şikayət edilə bilər. Yəni həmin məsələyə bağılması ümumi məhkəmələrin səlahiyyətinə daxil deyildir. Məhkəmə hesab edir ki, ərizəçi mərhum atası Abbasov Yunis “Şahbaz” oğlunun vəfat etməsi ilə əlaqədar verilmiş 21 avqust 1991-ci il tarixli, İİİ JQ 482965 seriyalı ölüm haqqında şəhadətnamənin mərhum X2 məxsus olması faktı ilə bağlı inzibati orqana müraciət etməli, inzibati orqan bundan imtina etdiyi halda vəzifəli şəxslərin hərəkət və ya hərəkətsizliyindən İnzibati Məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-cü maddəsinin tələbinə görə işə məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRAR VERDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar