Məhkəmə qərarları › İş №2(021)-1965/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1965/2024

02.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1965/2024 02.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə 02 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İB-nin ona əsassız yazılmış 172,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh idarənin əməkdaşları ona əsası olmayan 172.80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat cərimə yazıblar. Ancaq o, həmin borcu əsassız hesab edir. 28 sentyabr 2023-cü il tarixli ******* saylı aktda qeyd edilir ki, sayğac hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. xx.xx.2023cü il tarixli ******* saylı aktla sayğac yenilənibdir, köhnə sayğac açılaraq növbədən kənar dövlət yoxlamasına göndərildi. Sayğacın qaz buraxmadığı haqqında idarəyə şəxsən özü məlumat vermişdir ki, onun qazı gəlmir, gəlib sayğaca baxış keçirilsin. Azəriqaz-ın əməkdaşları gəlib baxış keçirib, qeyd etdiyi akt əsasında sayğacı söküb aparıblar. Azəriqaz 28 mart 2023-cü il tarixli 00398028 saylı aktda və eləcədə tələbnamədə 172.80 manat qeyd edir.Müəyyən edilmiş cərmənin heç bir əsası yoxdur. Bu vətəndaşdan tutulan əsassız varlanmaya səbəb olan qanun pozuntusundan başqa bir şey deyil. Sayğaca nəzarəti də qaz idarəsi əməkdaşları həyata keçirdirlər, qiymətləndirmə də da özlərinə aiddir. İkincisi, qaz sayağacı həyətdən çöldə onun evindən məsafəcə də uzaqda quraşdırılıbdır və gecə saatlarında yaxud da gündüz vaxtlarda ona davamlı nəzarət edə bilmək imkanına sahib deyil və ümumiyyətlə vətəndaşın borcuda deyil ki onun imkanları xaricində olan işlər üçün özünü məsuliyyətli hesab etsin. Vaxtında həmin sayağacı həyətin daxilində quraşdırsaydılar, onlar da bilərdirlər ki, həmin sayğaca nəzarət barəsində məsuliyyət tamamı ilə onların üzərindədir. Ağıl, məntiq tələb edir ki, hər insan onun imkanı və gücü daxilində ola biləcək öhdəliklərə görə məsul tutulsun. Amma belə görür ki, AzəriQaz İB özlərinin əsası olmayan və qanunilikdən kənar olan ənənələrinə sadiqlik nümayiş etdirərək, bu dəfə də, vətəndaşı borclu çıxarmağı öz məntiqləri etibarı ilə daha məqəsədə uyğun hesab ediblər. Onların nə maraqları var ki, sayğaca müdaxilə etsinlər? Azəriqaz İB hesab edir ki, sayğaclara həyətdən kənar nəzarət mütləq mənada vətəndaşın borcudur. Lakin vətəndaşın, bu cür haqsız bir öhdəliyin hüquqi məsuliyəti ilə yüklənməsi ədalətlilik prinsipinə ziddir. Azəriqaz şirkətinə müraciət edərək bu vəziyyəti dəfələrlə həll etməyə çalışmışdır. Lakin xahişləri nəzərdən keçirilmədi və məsələ həll olunmadı. Buna görə də məhkəməyə müraciət etmişdir. Azəriqaz İB onun təqsirinə dair təkzibedilməz dəlillərin olmadığına baxmayaraq, təqsirsizliyi üzərindən ona hüquqi əsası olmayan öhdəliklik yaratmaq istəyi ilə, əsassız borc yazmışlar. Bu səbəbdən, Azəriqaz şirkətinin ona təqdim etdiyi qaz borcunu o qəbul etmir və bu məsələnin hüquqi olaraq ləğv edilməsini tələb edir. Çünki Azəriqaz şirkəti ilə bağlı gecikməli ödəmələr adında tutulmayıbdır və daima ödənişlərini vaxtında yerinə yetirir. Cərimənin həcminə uyğunsuzluq: Hesab edir ki, cərimənin miqdarı onun aşkarlanmış və onun iradəsindən və nəzarətindən kənarda baş vermiş pozuntunun xarakterinə uyğun deyil. Mövcud qanunvericiliyə əsasən, cərimənin miqdarı pozulma dərəcəsinə mütənasib olmalıdır. Bu halda qanun pozuntunun ağırlığını qiymətləndirməklə razılaşmır və hesab edir ki, cərimə əsassız və həddən artıq yüksəkdir. Qaz İdarəsinin qanunsuz hərəkəti: Hesab edir ki, Qaz idarəsi cərimə ilə bağlı qərarın çıxarılması prosedurunu pozub. Ona müdaxilənin baş verməsi haqqında tam və obyektiv sübutları verilmədi və onun maraqlarını adekvat qorumaq imkanı yox idi. Bununla əlaqədar hesab edir ki, cərimə tətbiqi barədə qərar qanunsuz qəbul edilib və vətəndaş kimi onun hüquqlarını pozmuşdur. Bundan əlavə, qeyd edir ki, o qaz departamentinin illərdir sadiq müştərisi idi və ilk dəfə belə bir problemlə üzləşmişdir. O həmişə hesablarını vaxtında ödəyib və şöbəyə lazım olan istənilən yoxlama və ya təmir işləri ilə əməkdaşlıq edirmişdir. Onda təmiz hesabat var və keçmişdə qazla bağlı heç bir qanun pozuntusunda və ya hadisədə iştirak etməmişdir. Qaz İdarəsinin cərimə tətbiqi ilə bağlı qərarına yenidən baxılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh İB məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə Bərdə rayonu Samux kəndində anadan olmuşdur, Yevlax rayonu, Havarlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati ərazi vahidi üzrə nümayəndəliyinin 571 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu, Qaradağlı kəndində yaşayır. 28 sentyabr 2023-cü il tarixli ******* nömrəli Aktda qeyd edilmişdir ki, İddiaçı ğlunun Bərdə rayonu, Qardağlı kəndində yerləşən yaşayış evində quraşdırılmış, qaz sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır, yenisi ilə əvəz olunmalıdır. “Dəymiş ziyanın bərpasına dair” 30 sentyabr 2023-cü il tarixli Tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 4 x 12 x 30 = 1440 m3. Abonentin saldosundan görünür ki, Bərdə rayonu, Qaradağlı kəndində yaşayan İddiaçı 2023-cü ilin sentyabr ayında 172,8 manat cərimə hesablanmışdır. İşin hallarından görünür ki, tərəflər arasında mübahisə iddiaçının maye qazın haqqını ödəməməklə müqavilə öhdəliklərini pozması ilə deyil, baxış zamanı hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik cızıq izlərinin olması, xətaların normadan artıq olması, minimal sərfiyyatda 100% nisbi xəta ilə işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi və bunun müvafiq aktla rəsmiləşdirilərək iddiaçıya əlavə sərfiyyatın hesablanması ilə, yəni iddiaçının deliktə (mülki hüquq pozuntusuna) yol verməsi ilə əlaqədar vurulmuş ziyanın ondan tutulması ilə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndində nəzərdə tutulur ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İşin hallarından görünür ki, abonent İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi göstərilsə də, həmin sayğaca konkret olaraq sonuncu tərəfindən müdaxilə edilməsi barədə hər hansı bir sübut işdə mövcud deyildir. Qanunvericiliyin tələbinə görə isə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Yəni, sayğacda müəyyən edilən zədənin istehlakçı tərəfindən yetirilməsi sübut edilməmişdirsə, istehlakçının məsuliyyət daşıması istisna olunur. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, abonent tərəfindən qaz sayğacına müdaxilə edilməsi öz təsdiqini tapmadığından və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında yazılmış cərimə borcu silinməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi:

1. İddia təmin edilsin.

2. Cavabdeh 28 sentyabr 2023-cü il tarixli ******* nömrəli Aktı əsasında İddiaçı yazılmış 172,80 (bir yüz yetmiş iki manat 80 qəpik) manat məbləğində cərimə silinsin.

3. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar