Məhkəmə qərarları › İş №2(021)-1971/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1971/2025

30.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1971/2025 30.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, Ərizəçi Allahverən qızının iştirakı ilə, Ərizəçi Allahverən qızının “Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” xüsusi icraat qaydasında ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia tələbi: Ərizəçi Allahverən qızı məhkəməyə ərizə ilə müraciət edərək 01 mart 2005-ci ildə Bərdə rayonu, Hacallı kəndində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Ərizəçi Allahverən qızı ərizəsini onunla əsaslandırmışdır ki, oğlu xx.xx.2005-ci ildə anadan olmuş X9 anadangəlmə əqli zəif olmaqla birinci qrup əlilidir. O özünü idarə edə bilmir. Hazırda oğluna verilən pensiya kartının alınmasında və digər sosial məsələlərin həllində çətinliklərlə üzləşir. Övladı çıxılmaz vəziyyətdədir.Mütamadi olaraq qulluğunda durur, özünü idarə edə bilmir. Ətrafda olan insanlarla mübahisə edir. Övladının sağılıb cəmiyyətə inteqrasiya olunması mümkün deyildir. Buna görə də övladının fəaliyyət qabliyyətsiz hesab edilməsini istəyir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi Allahverən qızı ərizəsini müdafiə edərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına istinad: Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan seriya AA 25993524 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 xx.xx.2005-ci ildə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Allahverən qızı xx.xx.1975-ci ildə Bərdə rayonu Hacallı kəndində anadan olmuş, Bərdə rayonu Hacallı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hacallı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26 dekabr 2024-cü il tarixli, 241 nömrəli arayışdan görünür ki, X1 rayonu Hacallı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hacallı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26 dekabr 2024-cü il tarixli, 240 nömrəli arayışdan görünür ki, Hüseynova X3 rayonu Hacallı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Hacallı kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-T 035472 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X2 10 sentyabr 2005-ci ildə nikah bağlamışlar. Bu barədə nikah akt qeydlləri kitabında 10 sentyabr 2005-ci ildə 13 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. İş materiallarına olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, X9 01 mart 2005-ci ildə anadan olmu, atası X10, anası Ərizəçi Allahverən qızı olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 27 aprel 2006-cı ild\ə 07 nömrəi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekpsert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X6 ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əllillik təyin ediliş, başqasının qulluğuna ehtiyacı vardır. Bərdə Rayon Məhkəməsinin 2(021)-1971/2025 saylı, 07 may 2025-ci il tarixli qərardadına əsasən Ərizəçi Allahverən qızının şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X15 tərəfindən verilmiş 507 saylı, 01 avqust 2025-ci il tarixli rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim olunmuş sənədlərdən göründüyü kimi, ərizəçinin oğlunun fəaliyyət qabiliyyətli olub-olmamasının müəyyən edilməsi məqsədilə təyin edilmiş məhkəməpsixiatrik ekspertizasının müvafiq rəyi ilə X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar müəyyən edilmiş, şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair Ərizəçi Allahverən qızının ərizəsi təmin edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Ərizəçi Allahverən qızının (Bərdə rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi Allahverən qızının özünə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar