Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-199/2022 20.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14, İlkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 vəkili X11, İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı pay torpağının tələbi və maddimənəvi zərərin ödənilməsi tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inizbati binasında işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh torpaqdan çıxarılma və maddi ziyanın alınması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müavilənin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1, X15, X16, X12 və X7 Bərdə rayon Aqrar İslaht Komissiyasının 22 iyul 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 3,21 ha torpaq sahəsi verilmişdir. Onlara dövlət tərəfindən verilən pay torpaq sahəsini özləri əkib-becərmək istəyir. Belə ki, 2004-cü ildə qonşusu Cavabdeh ondan 3,21 ha pay torpağını əkib becərmək üçün istəmişdir. Hər il bir hektara görə 1,500 ton taxıl verməsini ümumilikdə 4, 500 ton taxıl verməyi razılaşmışdır. Bir müddət keçdikdən sonra 2008-ci ildə onlar Cavabdeh ilə razılaşmışdır ki, hər hektara görə 200 manat pul verəcək, ümumilikdə 3,21 ha torpağa görə 600 manat icarə pulu verəcək. 2017-ci ildə onlar dəfələrlə bildirib ki, torpaqlarından çıxsın. Cavabdeh isə hər hektara görə 500 manat ümumilikdə 1500 manat onlara pul verəcəyini deyərək, beləliklə onları aldatmışdır. 2021-ci ildə hətda cavabdehlə mübahisələri olmuş, onların pay torpağından çıxmasını bildirmişlər. O, Bərdə Rayon Polis Şöbəsinə yazılı surətdə ərizə vermiş və Polis Şöbəsindən onlara məhkəməyə müraciət etmək bildirilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdehlər X20 və İddiaçı1 məhkəmədə ona qarşı pay torpağı, maddi mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddianı qəbul etmir. Hazırkı iş üzrə cavabdehlərin iddiasının heç bir əsası yoxdur. Belə ki, 2004cü il tarixdə həmkəndlisi olan hazırkı iş üzrə cavabdeh İddiaçı1 Bərdə rayonu, Alpoud kəndində yerləşən 2 ha pay torpaq sahəsi almışdır. 2 ha pay torpaq sahəsini cavabdehlərdən alarkən aralarında 2004-cü il tarixdə şifahi alqı-satqı olmuşdur. O, torpaq sahəsini qardaşının qaynanası Tamella Məmmədovadan almışdır. Torpaq sahəsini aldığı zaman o, 4800 manat və 2300 manat ödəmişdir. X27 Federasiyasında olduğu üçün şifahi salıq-satqı hazırkı cavabdehlər tərəfindən olmuşdur. Onlar qohum olduğu üçün qeyd edilən torpaq sahəsini rəsmi olaraq adına sənədləşdirməmişdir. Hal-hazırda cavabdehlərə rəsmi olaraq 2 ha torpaq sahəsini onun adına sənədləşdirmələrini bildirsə də, rəsmi olaraq adına sənədləşdirməkdən imtina edirlər. Halhazırda cavabdehlərə rəsmi olaraq 2 ha torpaq sahəsini aldığı gündən bu vaxta qədər o və ailə üzvləri istifadə edirlər. Lakin indi isə cavabdehlər torpaq sahəsini qnunsuz zəbt ediblər və orada əkib becərdikləri yoncanı biçməklərinə icazə vermirlər. Həmin torpaq sahəsini o, alaraq alması üçün ödənişlər etmişdir. İndi isə hazırkı iş üzrə cavabdehlər məhkəməyə müraciət edərək, ondan torpaq sahəsini tələb edirlər. Onun isə həmin torpaq sahəsindən gələcək gəlirdən başqa gəliri yoxdur. Bacısının həyat yoldaşı şəhid olduğu üçün bacısının ailəsinə də o baxır. Halhazırda Bərdə rayonu, Alpoud kəndində 2 ha torpaq sahəsini almağı ilə bağlı 2004-cü il tarixli şifahi qaydada tərəflərin iradə ifadəsi olaraq təsdiq edilmiş alqı-satqı müqaviləsi baş tutmuş hesab edilməsinə dair qanuni qərar qəbul edilməsini istəyir. Daha sonra ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi və iddia həcminin artırılması barədə məhkəməyə ərizə verərək, İddiaçı1 və İddiaçı2 ona qarşı “Pay torpağının qaytarılması, maddi və mənəvi ziyan tələbinə dair” iddiasının rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilərək, “Torpağa mülkiyyət hüququna dair JN 192 KOD 61001018 nömrəli Dövlət Aktı əsasında X8 və onun ailə üzvülərinə məxsus olan 3.21 ha torpaq sahəsinin 2,0 hektarının ona satılmasına görə X8 2000-ci ildə ödədiyi 7100 manatın və həmin puldan 2000-ci ildən 2022-ci ilədək olan müddətdə 23 il ərzində istifadə etməklə faydalanmağa görə ona vurulmuş zərərin əvəzi olaraq illik 7.5 % dərəcəsi ilə 13.225 manatın beləliklə də cəmi 20325 manatın mərhum X3 hüquqi varisi (vərəsəsi olan) oğlu cavabdeh İddiaçı1 bilavasitə tutulub ona ödənilməsi, 2021-2022-ci ildə 2,0 ha yonca yoncanı biçməyinə imkan verməyərək ona vurduqları maddi ziyanın əvəzi olaraq cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada 8400 manaatın və həmin 2.0 ha torpaq sahəsinə 2020-ci ildə 7 illik yonca toxumu əkməyinə çəkdiyi xərclər olan 3000 manatın, beləliklə də cəmi 11400 manatın tutulub ona ödənilməsinə, hazırkı mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olanadək cavabdehlər İddiaçı1 və İddiaçı2 mübahisə predmeti olan 2,0 ha torpaq sahəsindən istifadə etməyinə maneçilik törətmələrinin qadağan evilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabadehlər İddiaçı1 və İddiaçı2 iddia ərizəsinə uyğun izahat vermiş, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, qarşılı iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X21 izahatında göstərmişdir ki, İddiaçı1 onun doğma qardaşıdır. Cavabdeh isə qayınıdır. Bərdə Rayonu Aqrar islahat Komissiyasının 22 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə anasına, atasına, böyük qardaşı Ədalətin, Ədalətin arvadı və qızının digər qardaşı İddiaçı1 və bacısı Samirənin hərəsinin adına verilmiş 45 sot ümumilikdə isə 3,21 hektar pay torpaqlarına sərəncamı atasının sağlında da, atası rəhmətə gedəndən sonra da anası Hüseynova Tamella vermişdir. X1 yaşadıqlarından həmin pay torpaqlarını əkib-becərən olmamışdır. Anası xırda alerlə məşğul olmuş və alver üçün lazım gəldikcə tez-tez qaynı İlhamdan borca pul almışdır. Təqribən 20 il əvvəl anasının səhhətində problem yarananda o, həmin pay torpaqlarının 2.0 ha hektarını satmağa qərar vermişdir. Qaynı İlhamın həyətində saxladığı iribuynuzlu heyvanların saxlanılması üçün otlaq və biçənək sahəsinə ehtiyacı olduğunu nəzərə alaraq o, anasından xahiş etmişdir ki, həmin torpaq sahəsinin 2,0 ha hissəsini məhz qaynı İlhama satsın. Anası da etiraz etməmişdir. O, dərhal zəng edib İlhamı evlərinə dəvət etmişdir. Anası ilə İlham öz aralarında 2,0 hektar torpaq sahəsini qiymətləndirəndən sonra razılaşmışdılar ki, anası İlhama olan pul borcun əlavə olaraq İlham anasına 2.300 manat da versin və fürsət düşən kimi həmin 2,0 hektar torpaq sahəsini İlhamın adına sənədləşdirsinlər. Anası izdivacı adlarına pay torpağı ayrılmış ailə üzvlərinin hamısının razılığı ilə başa çatdırmışdır. Həmin vaxtdan sonra bütün ailə üzvləri və kənd sakinlərinin əksəriyyəti bilmişdir ki, anası sərəncamında olan 3, 21 hektar pay torpağının 2,0 hektarını qayını İlham nağd pul ilə anasından almışdır. Anası ilə danışıq şərtlərinə əsasən İlham qalan 1,21 hektarına bir il üçün ümumilikdə 200 manat ödəyərək oranıda əkib becərməyə başlamışdır. Bir neçə il ərzində 1, 2 hektarın icarə haqqını İlham anasına ödəmişdir. Torpaqla bağlı vergilərin pulunu da İlham anasına vermişdir. Təqribən 10 il əvvəl qardaşı Taleh Rusiyadan qayıdıb gəlmişdir, anasının xahişi ilə İlham icarəsində olan 1, 21 ha torpaq sahəsini əkib becərməsi üçün Talehə qaytarmışdır və həmin vaxtdan icarə haqqı ödəməmişdir. Bütün dövrlərdə nə Taleh nə də ailələrinin digər üzvləri İlhamın istifadəsində olan 2,0 hektar torpaq sahəsi ilə əlaqədar İlhama qarşı narazılıqları olmayıb. Əksinə qaynı İlham 2,0 hektar torpaq sahəsinin onun adına rəsmiləşdirilməsini tələb edərək, hər dəfə bir səbəb çxartmışdır. Əsas səbəb isə qardaşı Ədalətin və onun ailəsinin Rusiyada yaşamaları və lazım olanda kəndə gələ bilməmələri olmuşdur. Təqribən 2-3 ay olar ki, kəndlərindəki pay torpaqlarının bahalaşmasını əsas gətirərək qardaşı Taleh təqribən 20 il əvvəl anasının İlhama satmış olduğu 2,0 torpaq sahəsinin alqı-satqısını mübahisələndirməyə və heç bir əvəzi ödənilmədən həmin torpaq sahəsinin ona qaytarılmasını İlhamdan tələb etməyə başlamışdır. İlham isə belə olduğu təqdirdə 2,0 hektar torpaq sahəsinin dəyərinin hazırkı qiymətlə ona ödənilməsini, üstəlik də biçilməmiş yoncanın dəyərini ödəməyi Talehdən tələb etmişdir. Bu cür mübahisələr hazırda qardaşı Taleh və qaynı arasında düşmənçiliyə səbəb olmuşdur. Qardaşı Talehin haqsız olduğunu nə qədər ona izah etməyə çalışsalar da o, heç kimi eşitmir. Əslində isə barəsində mübahisə gedən torpaq sahəsi barədə o, hər şeyi obyektiv və səmimi olaraq izah etmişdir. Ədalətli qərar çıxarmaq isə məhkəmənin səlahiyyətindədir. Məhkəmə tərəflərin izahatını və şahid ifadəsini dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı1 xx xxxxxx 1976-cı ildə Bərdə rayonu Alpout kəndində doğulmuşdur, Bərdə rayonu, Alpout kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı2 24 avqust 1979-cu ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 04981378 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X24 25 iyun 1971-ci ildə Bərdə rayonu Alpout kəndində doğulmuşdur, Bərdə rayonu, Alpout kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 05830414 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X22 14 mart 1976-cı ildə Bərdə rayonu Alpout kəndində doğulmuşdur, Bərdə rayonu, Alpout kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 16905958 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X17 19 iyul 1995-ci ildə Bərdə rayonu Alpout kəndində doğulmuşdur, Bərdə rayonu, Alpout kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayonu, Alpoud kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 389 nömrəli, 16 iyun 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı1 Bərdə rayonu, Alpoud kəndində yaşayır. İş materiallarında olan Bərdə şəhə inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3680 nömrəli, 16 iyun 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı2 Bərdə şəhəri, S.Vurğun küçəsi 22 nömrəli evdə yaşayır. İş materiallarında olan AZ-İ 735388 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X18 16 avqust 2015-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İ 324101 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X19 28 dekabt 2008-ci ildə ölmüşdür. İş materiallarında olan JN 192 KOD 61001018 torpağa mülkiyyət hüququnda dair Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayonu, Alpoud kənd sakini X4, X5, X13, İddiaçı1, X9, X10 və X2 mülkiyyətinə Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 3.21 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZ-T 008329 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X25 ilə X23 06 oktyabr 1997-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. İş materiallarında olan Bərdə rayonu, Apoud bələdiyyəsi tərəfindən verilmiş 015 tarixli, 16 iyun 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X6 və ailə üzvlərinin 2 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən hal-hazıradək Cavabdeh istifadə edir. Bərdə Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(021)-2549/2021 saylı qərardadı ilə iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquuqi şəxsi 7 saylı Bədə Ərazi İdarəsi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, cavabdeh X26 tərəfindən iddiaçıların 2.006 ha torpaq sahəsi istifadə edilir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bədə Ərazi İdarəsi tərəfindən verilmiş 17 may 2022-ci il tarixli, **********04 nömrəli məktubda mütəxəssis rəyinin verilməsi üçün 311 manat xidmət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, tərəflər məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 24 iyun 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən, əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinə əsasən, əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pay torpağının tələbi və maddi-mənəvi zərərin ödənilməsi tələbinə dair ilk iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mübahisəli pay torpağı şifahi razılaşma əsasında Cavabdeh istifadəsində olduğundan həmin torpaq ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qaytarılmalı, maddi və mənəvi ziyanla bağlı sübutlar və dəlilləri məhkəməyə təqdim edə bilmədiklərindən ilkin iddia həmin hissədə təmin edilməməlidir. Qarşılıqlı iddiaya münasibətdə isə məhkəmə qeyd edir ki, ilkin iddia üzrə Cavabdeh öz qarşılıqlı iddisının əsasını sübut edə bilməmiş, torpaq sahəsinin ona verilməsi və ya satılması, mülkiyyətində olması barədə hər hansısa bir dəlili məhkəməyə təqdim etmədiyindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Rspublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pay torpağının tələbi və maddi-mənəvi zərərin ödənilməsi tələbinə dair ilk iddiası qismən təmin edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Bərdə rayonu, Alpout kəndində yerləşən 2.06 ha torpaq sahəsindən çıxarılsın. İlkin iddia qalan hissədə təmin edilməsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş “alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi və pul tələbinə” dair qarşılıqlı iddiası təmin edilməsin. İş üzrə 311 manat ekspertiza xərci ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq X46 filialı, kod 200372, VÖEN **********, m/h AZ 37NABZ ********************, S.W.İ.F. BK AİİBAZ2X İqtisadiyyat Nazirliyi yanında ƏMDX, DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi, hesab nömrəli ********************, VÖEN ********** hesabbına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-199/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-199/2022
20.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver