Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-480/2023 24.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavavbdeh İddiaçı1 və onun vəkili X2 iştirakı ilə, İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “pul” tələblərinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(021)- 199/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və maddi-mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon X21 22 iyul 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə mülkiyyətlərinə verilmiş JN: 192 KOD 61001018 nömrəli Dövlət aktından göstərilən 3.21 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və 2008-ci ildən etibarən hər il üçün 600 manat olmaqla 5400 (beş min dörd yüz) manat və 2017-ci ildə 1 ha torpaq sahəsi üçün 500 manat olmaqla 3.21 ha torpaq sahəsi üçün bir il ərzində 1500 manat olmaqla ümumilikdə 6000 (altı min) manat, cəmi 11400 (on bir min dörd yüz) manat və mənəvi zərərə görə isə 5000 (beş min) manat pulun cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı1, X22, X23, X16 və X9 Bərdə rayon Aqrar İslaht Komissiyasının 22 iyul 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 3,21 ha torpaq sahəsi verilmişdir. Onlara dövlət tərəfindən verilən pay torpaq sahəsini özləri əkib-becərmək istəyir. Belə ki, 2004-cü ildə qonşusu Cavabdeh ondan 3,21 ha pay torpağını əkib becərmək üçün istəmişdir. Hər il bir hektara görə 1,5 ton taxıl verməsini ümumilikdə 4,5 ton taxıl verməyi razılaşmışdır. Bir müddət keçdikdən sonra 2008-ci ildə onlar Cavabdeh ilə razılaşmışdır ki, hər hektara görə 200 manat pul verəcək, ümumilikdə 3,21 ha torpağa görə 600 manat icarə pulu verəcək. 2017-ci ildə onlar dəfələrlə bildirib ki, torpaqlarından çıxsın. Cavabdeh isə hər hektara görə 500 manat ümumilikdə 1500 manat onlara pul verəcəyini deyərək, beləliklə onları aldatmışdır. 2021-ci ildə hətta cavabdehlə mübahisələri olmuş, onların pay torpağından çıxmasını bildirmişlər. O, Bərdə Rayon Polis Şöbəsinə yazılı surətdə ərizə vermiş və Polis Şöbəsindən onlara məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İlk iddia üzrə iddiaçı iddia tələbinin həcmini azaldaraq, Cavabdeh Bərdə rayonu Alpoud kəndində yerləşən 3.21 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu, Alpoud kəndində 2 ha torpaq sahəsini alması ilə əlaqədar şifahi qaydada tərəflərin iradə ifadəsi olaraq təsdiq edilmiş 2004-cü il tarixli şifahi alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2004-cü il tarixdə həmkəndlisi olan hazırkı iş üzrə cavabdeh İddiaçı1 Bərdə rayonu, Alpoud kəndində yerləşən 2 ha pay torpaq sahəsi almışdır. 2 ha pay torpaq sahəsini cavabdehlərdən alarkən aralarında 2004-cü il tarixdə şifahi alqı-satqı olmuşdur. O, torpaq sahəsini qardaşının qaynanası Tamella Məmmədovadan almışdır. Torpaq sahəsini aldığı zaman o, 4800 manat və 2300 manat ödəmişdir. X30 Federasiyasında olduğu üçün şifahi alqı-satqı hazırkı cavabdehlər tərəfindən olmuşdur. Onlar qohum olduğu üçün qeyd edilən torpaq sahəsini rəsmi olaraq adına sənədləşdirməmişdir. Hal-hazırda cavabdehlərə rəsmi olaraq 2 ha torpaq sahəsini onun adına sənədləşdirmələrini bildirsə də rəsmi olaraq adına sənədləşdirməkdən imtina edirlər. Hal-hazırda cavabdehlərə rəsmi olaraq 2 ha torpaq sahəsini aldığı gündən bu vaxta qədər o və ailə üzvləri istifadə edirlər. Lakin indi isə cavabdehlər torpaq sahəsini qnunsuz zəbt ediblər və orada əkib becərdikləri yoncanı biçməklərinə icazə vermirlər. Həmin torpaq sahəsini o, alaraq alması üçün ödənişlər etmişdir. İndi isə hazırkı iş üzrə cavabdehlər məhkəməyə müraciət edərək, ondan torpaq sahəsini tələb edirlər. Onun isə həmin torpaq sahəsindən gələcək gəlirdən başqa gəliri yoxdur. Bacısının həyat yoldaşı şəhid olduğu üçün bacısının ailəsinə də o baxır. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Daha sonra ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia həcmini artıraraq, 2 ha torpaq sahəsinə dair 2004-cü il tarixli şifahi alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, yaxud 2 ha torpaq sahəsinin dəyəri olan 24000 manatın və 5 il ərzində biçilib pres bağlanacaq yonca otunun dəyəri olan 7000 manatın, ümumilikdə 31000 manat məbləğjndə pulun cavadbeh İddiaçı1 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia həcminin atrırılmasında dair ərizəsində görstərmişdir ki, İddiaçı1 və onun bacı-qardaşları ilə təqribən 30 ildən çoxdur ki, qohumluq münasibətindəyik. Belə ki, təqribən həmin vaxtlardan onların böyük bacıları Hacıyeva Sədaqət böyük qardaşı X17 arvadıdır. Həmkəndli olaraq aralarında digər qohumluq əlaqələri də var. Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra aparılan torpaq islahatlarına əsasən Bərdə rayonunun Alpoud kənd sakinlərinin hər birinə 45 sot pay torpağı verilmişdi. Lakin onun payına düşən torpaq sahəsi saxladığı və ailənin əsas gəlir mənbəyi olan buynuzlu heyvanlarının bəslənilməsinə kifayət etmirdi. Qeyd etdiyi torpaq islahatına əsasən Bərdə rayon Aqrar Komissiyasının 22 iyul 1998-ci il tarxli, 09 nömrəli qərarı böyük qardaşı Hacıyev Etibarın qaynanası Tamillanın, onun əri Saleh kişinin, qızı Samirənin, oğlu Talehin və Talehin arvadı X10, oğlu Ədalətin və onun qızı X4 hərəsinə 45 sot olmaqla 3,21 ha pay torpağı verilmişdi. Həmin vaxt Tamillanın oğlanları Ədalət və Taleh Rusiya Federasiyasında qisadıqlarından, qızları isə ərdə olduqlarından və həmin torpaq sahələrinə maraq göstərmədiklərindən torpaq sahələri üzərində sərəncamı ancaq Tamilla vermişdir. Həmin torpaq sahəsini əkib-becərən olmamışdır. Təqribən 2000-ci ildə qardaşı arvadı Sədaqətdən eşitmişdir ki, Tamella ixtiyarında olan 3,21 hektar torpaq sahəsinin 2 hektarını satmaq istəyir. Həmin vaxt Tamillanın ona 4.800 manat məbləğində borcu var idi. Həmin vaxtlar şəxsi avtomobillərin təmiri ilə olurdu və həm də saxladığı heyvanların məhsullarının satışından həmişə əlində pul olurdu. Tamilla isə xırda alverlə məşğul olduğu üçün ona tez-tez müəyyən məbləğdə pul lazım olurdu. Bir qohum olaraq tərəddüd etmədən istədiyi və imkanım çatan məbləğdə borca ona pul verirdi. 3,21 hektar torpaq sahəsini həqiqətən də satmaq istəyini öyrənmək üçün Tamella görüşmüş, Tamella isə ona olan borcunu ödəmək istədiyini, həm də səhhətində yaranmış problemlərlə əlaqədar müalicə üçün əlavə pula ehtiyacının yaranması demişdir. Buna görə də məcbur olub ailəsinə məxsus pay torpaqlarını satmaq istəmiş və bu barədə ailə üzvlərinin hamısının şifahi razılığını almışdır. Razılaşmaya əsasən 4.800 manat məbləğində borcundan savayı ona 2.300 manat verməklə 2 ha torpağı almışdır. 2.0 torpaq sahəsinə bitişik qalan 1,21 hektar torpaq sahəsi isə istifadəsiz qaldığından danışığa əsasən ona 200 manat icarə haqqı ödəməklə həmin torpaq sahəsindən də istifadə etmişdir. Təqribən 2000-ci ildən başlayaraq Tamella özünə və ailə üzvlərinə məxsus 2 hektar torpaq sahəsindən öz torpağı kimi istifadə etmiş, qalan 1,21 hektar torpaq sahəsindən istifadə etdiyi təqribən 10 il ərzində isə illik icarə haqqını müxtəlif vaxtlarda da oan ödəmişdir. Təqribən 20 il əvvəl Tamella xalanın ailəsinə məxsus torpaq sahəsinin 2.0 hektarınım ona satılmasını Tamellanın övladları, o cümlədən, həmin vaxt Rusiya Federasiyasında yaşayan övladları Ədalət və Taleh, onun bacı-qardaşları və onlara yaxın yaşayan qohum-qonşularının hamısı bilmişdir. Sadəcə olaraq, həmin vaxt torpaqlar özəlləşdirilmədiyi üçün notariat qaydasında alqı-satqı aparılmırdı. Hamı təmiz sözə inanıb biri-birinə etibar edirdi. Həmin vaxtdan başlayaraq həmin vaxtkı qiymətlərlə 7.100 manata almış olduğu 2.0 hektar torpaq sahəsini indiyədək əkib-becərmiş, keçən il həmin ərazinin hamısına yonca əkmiş və indyədək bir neçə dəfə biçmişdir. Təqribən 10 il bundan əvvəl Tamellanın kiçik oğlu Taleh Rusiya Federasiyasından qayıtmışdır. Kənddə Talehin heç bir işi-gücü olmadığından bir neçə il əvvəl Tamellanın böyük qızının, yəni böyük qardaşı Etibarın arvadı Sədaqətin xahişi ilə icarəyə götürmüş olduğu 1.21 hektar torpaq sahəsinin qaytarıb Talehə vermidşir. Yəni həmin vaxtdan indiyədək həmin 1,2 hektar torpaq sahəsindən o, istifadə edir. Qeyd etmək istəyir ki, təqribən 3-4 il olar ki, torpağın qiyməti bahalaşaraq bir hektarının qiyməti 10-12 min manat olmuşdur. Təqribən 5-6 il olar ki, Tamilla rəhmətə getmişdir. Nə Tamilla sağlığında, nə də o öləndən sonra onun oğlanları - Taleh və Ədalətlə arasında torpaq sahəsi ilə bağlı heç bir narazılıq və mübahisə olmayıb. Son vaxtlar o analarından almış olduğu torpaq sahəsinin adına rəsmiləşdirilməsini Talehdən xahiş edəndə, Taleh demişdir ki, anası rəhmətə gedəndən sonra torpaqlarına aid “Dövlət Akt”ını tapa bilmədiyini ona bildirmişdir. Son vaxtlar hiss etmişdir ki, torpaq sahəsinin adına rəsmiləşdirilməsindən söhbət salanda, o həmin söhbətdən yayınır. Ona görə də təqribən 2-3 ay əvvəl məsələni konkret qoyanda, o, qəti olaraq demişdir ki, kənddə torpaq bahalaşıb və anasının 20 il əvvəl 2,0 hektar torpaq sahəsini ona satdığı qiymət real deyil. Mən onu danlayıb, haqqına girdiyini ona irad tutanda isə o, qohumluğa məhəl qoymadan onunla daha sərt danışmağa başladı. Həmin torpaq sahəsinin 1 hektarının hazırkı qiymətinin 10-12 min manat olmasına baxmayaraq, o, heç olmasa, həmin pulu ona 10.000 hesabı ilə qaytarsın. Bundan əlavə isə 2,0 hektar ərazidə 2 il əvvəl əkdiyim yoncanı keçən il 4 dəfə, bu il isə cəmisi 1 dəfə biçmişdir. Nəzərə alaraq ki, hər il mən yoncanı 4 dəfə bişçirdi və hər biçimdən sonra 350-400 yonca presi çıxırdı və kənddə 1 presin qiyməti 3 manatdır, əlavə olaraq 7.000 manat da yonca əkinin haqqını, ümumilikdə isə 27.000 manat məbləğində pulunu qaytarıb onun mülkiyyətində olmayan, 2.0 hektar sahəsini geri götürsün. İddiaçı tərəf ya təqribən 20 il əvvəl dəyərini ödəmiş olduğu 2.0 hektar torpaq sahəsini qanuna müvafiq qaydada onun adına özəlləşdirməli, yaxud da hazırkı bazar qiymətinə uyğyn olaraq 2,0 hektar torpaq sahəsinin dəyəri kimi ona 24.000 (iyirmi dörd min) manat ödəməlidir. Bundan başqa, hamıya məlumdur ki, yonca yeddi illik bitkidir. Yəni onu bir dəfə əkəndən sonra 7 il ərzində və bir ildə 3-4 dəfə biçmək olur. Yoncanı keçən il əkmişdir ki, 7 il biçib heyvanlarının yemə tələbatını təmin etsin. Lakin üzləşdiyi problemlə əlaqədar bu il cəmisi 1 dəfə biçmişdir. İkinci dəfə biçməyə isə Taleh imkan verməmişdir. Nəzərə alınsa ki, qarşıdakı 5 il ərzində hər il 4 dəfə olmaqla 20 dəfə yoncanı biçib pres bağlada bilər ki, bu da ümumilkidə 7.000 yonca presi eərdi. Hazırda 1 ədəd yonca presinin bazar qiyməti 3 manatdır. Bu isa o deməkdir 5 il ərzindəki yonca preslərinin ümumi dəyəri 21.000 manat təşkil edir. 2,0 hektar yonca sahəsinin vaxtlı-vaxtında suvarılması, onun biçilib preslənməsi xərcini çıxanda isə idiaçıdan əlavə olaraq 7.000 manat da tələb edir. Daha sonra ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia həcmini artıraraq, “Torpağa mülkiyyət hüququna dair JN 192 KOD 61001018 nömrəli Dövlət Aktı əsasında X11 və onun ailə üzvülərinə məxsus olan 3.21 ha torpaq sahəsinin 2,0 hektarının ona satılmasına görə X11 2000-ci ildə ödədiyi 7100 manatın və həmin puldan 2000-ci ildən 2022-ci ilədək olan müddətdə 23 il ərzində istifadə etməklə faydalanmağa görə ona vurulmuş zərərin əvəzi olaraq illik 7.5 % dərəcəsi ilə 13.225 manatın beləliklə də cəmi 20325 manatın mərhum X5 hüquqi varisi (vərəsəsi olan) oğlu cavabdeh İddiaçı1 bilavasitə tutulub ona ödənilməsi, 2021-2022-ci ildə 2,0 ha yonca yoncanı biçməyinə imkan verməyərək ona vurduqları maddi ziyanın əvəzi olaraq cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada 8400 manaatın və həmin 2.0 ha torpaq sahəsinə 2020-ci ildə 7 illik yonca toxumu əkməyinə çəkdiyi xərclər olan 3000 manatın, cəmi 11400 manatın tutulub ona ödənilməsinə, hazırkı mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olanadək cavabdehlər İddiaçı1 və İddiaçı2 mübahisə predmeti olan 2,0 ha torpaq sahəsindən istifadə etməyinə maneçilik törətmələrinin qadağan evilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia həcminin artırılması barədə ərizəsini onunla əsaslandırmışdır ki, 2,0 ha torpaq sahəsinə görə 2000-ci ildə cavabdehin anası X11 verdiyi 7100 manat pul 23 ildir ki, cavabdeh İddiaçı1 istifadəsində olmuş, həmin pul öz istifadəsində olmuş olsaydı adı mülki dövriyyə şəraitində onu sərmayə kimi istifadə edərək ildə 7,5%-i qədər, yəni ildə 575 manat qazanc əldə edə bilərdi ki, bu da 23 ildə 13225 manat edir. Bunun üzərinə 7100 manat özü də əlavə edilərsə, cavabdeh İddiaçı1 vərəsə kimi mənə qaytarmalı olduğu pulun ümumi məbləği 20325 manat təşkil edir. Azərbaycan Respublikası Mərkəzi Bankının 20 sentyabr 2022-ci il tarixdə müəyyənləşdirdiyi illik faiz uçot dərəcəsi də 7,5%-dir və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitindən qanuni əsas və ya müqavilə əsası olmadan istifadə edildikdə mülkiyyətçinin məhz illik 7,5% hesabı ilə pulunun qaytarılmasını tələb etmək hüququ vardır. Qarşılıqlı iddia ərizəmin 2-ci bəndinin 2-ci hissəsi “həmin torpağa əkilmiş 5 il ərzində biçilib pres bağlanılacaq yonca otunun dəyəri olaraq 7000 manatın cavabdeh İddiaçı1 alınıb mənə verilməsi barədə qətnamə çıxarılmasının” məhkəmədən xahiş edilməsi kimi formalaşdırılmışdır. Göründüyü kimi bu hissədə iddia tələbi qeyri-müəyyəndir, yəni qarşıdakı 5 ildə güman edilən zərərin əvəzinin ödənilməsi tələb edilir, həm də cavabdeh kimi texniki səhv olaraq yanlız İddiaçı1 göstərilmişdir. İşin faktiki halı, yəni real zərər isə ondan ibarətdir ki, sözügedən 2,0 torpaq sahəsinə 2020-ci ildə 3000 manat xərc çəkərək 7 illik elit sort yonca toxumu əkmişdir. Toxumun dəyəri, yerin şumlanması, malalanması, toxumun səpilməsi, suvarılması, sahənin qorunması və s. xərclərim cəmi 3000 manat təşkil etmişdir. 2021-ci ildə həmin yonca sahəsini cəmi 1 dəfə - 2021-ci ilin may ayında hər hektarından 175 ədəd olmaqla cəmi 350 ədəd yonca otu kipi əldə etmişəm. Bu hesabla həmin sahəni mövsümün sonuna kimi (avqust ayının axırına kimi) ən azı daha 3 dəfə də biçməli və hər biçimdə ən azı yenə də 350 ot kipi götürməklə daha 1050 ədəd yonca otu kipi əldə edə bilərdi. Lakin cavabdehlər birinci biçimdən dərhal sonra sahəni biçməyinə imkan verməmiş və özləri biçib aparmış və ya malqaraya yedirtmişlər. 2021-ci ildə 1 ədəd yonca otu kipinin orta bazar qiyməti 4 manat olmuşdur. Bu hesabla 2021-ci ildə cavabdehlər ona 4200 manat maddi ziyan vurmuşlar. 2022-ci ildə cavabdehlər həmin ilin may ayından, yəni birinci biçimdən başlayaraq sözügedən 2,0 hektar yonca sahəsini zəbt edərək birinci, ikinci və üçüncü üz biçimi etməyimə imkan vermədilər. Beləlikdə də hər biçimdə ən azı 350 ədəd, cəmi isə 1050 ədəd yonca kipini əldə edə bilməmişdir. Dördüncü üz biçimə də cavabdehlər maneçilik etdiklərini görə (onu və biçin traktorunun sahəyə buraxmaq, qarşı zorakılıq etmək, təhqir etmək və s. formada) Bərdə rayon məhkəməsində təqdim etdiyim “müvəqqəti təminat tədbiri barədə” ərizəni məhkəmə 05 avqust 2022-ci il tarixli qərardadı ilə təmin etdi. Yalnız bundan sonra avqust ayında həmin 2,0 ha yonca sahəsini biçə bilmiş və 350 ədəd yonca otu kipi əldə etmişdir. 2022-ci ildə də 1 ədəd yonca otu kipinin orta bazar (sərbəst satış) qiymətinin 4 manat olduğunu nəzərə alınsa, cavabdehlər 2022-ci ildə 1050 yonca otu kipini əldə etməyinə imkan verməməklə ona yenə də 4200 manat maddi ziyan vurmuşlar. Beləliklə də bu hissədə cavabdehlərin ona vurulmuş maddi ziyanın əvəzi olaraq ödəməli olduqları pulun məbləği cəmi 11400 manat təşkil edir. Bərdə Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(021)-199/2022 nömrəli qətnaməsi ilə (hakim E.Əhmədov) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pay torpağının tələbi və maddi-mənəvi zərərin ödənilməsi tələbinə dair ilk iddiasının qismən təmin edilməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Bərdə rayonu, Alpout kəndində yerləşən 2.06 ha torpaq sahəsindən çıxarılması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və pul tələbinə” dair qarşılıqlı iddiasının təmin edilməməsi, iş üzrə 311 manat ekspertiza xərcinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq, İqtisadiyyat Nazirliyi yanında ƏMDX, DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi, hesab nömrəli ********************, VÖEN ********** hesabına köçürülməsi qət edilmişdir. İşdə olan sübutlar: JN 192 KOD 61001018 torpağa mülkiyyət hüququnda dair Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayonu, Alpoud kənd sakini X6, X7, X18, İddiaçı1, X12, X10 və X3 mülkiyyətinə Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 3.21 ha torpaq sahəsi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquuqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəydən görünür ki, cavabdeh X28 tərəfindən iddiaçıların 2.006 ha torpaq sahəsi istifadə edilir. Apellyasiya məhkəməsində icraat: Bərdə Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(021)-199/2022 nömrəli qətnaməsindən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin onun qarşılıqlı iddiasının təmin edilməməsi hissəsində ləğv edilməsini və onun qarşılıqlı iddiasının təmin edilmsəini, həmçinin ekspertiza xərci olaraq qətnamə ilə ondan tutulması qət edilən ekspertiza xərcinin ilk iddia üzrə iddiaçılardan tutulması və qarşılıqlı iddia üzrə onun tərəfindən ödənilmiş 95 manat dövlət rüsumunun ilk iddia üzrə iddiaçılar X19 və İddiaçı2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmkəndlisi və qohumu olan X24 2000ci ildə ona bildirmişdir ki, həyat yoldaşı vəfat etdiyinə, oğulları isə Rusiyada yaşayıbişlədiklərinə görə Bərdə rayon Aqrar islahat Komissiyasının 22 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı əsasında ayrılmış və "Torpağa mülkiyyət hüququna dair" JN: 192 KOD 61001018 nömrəli Dövlət Aktı əsasında ona və ailə üzvləri olan həyat yoldaşı X13, oğulları X23, İddiaçı1, qızı Muxtarova (Məmmədov) Samirə Saleh qızına, gəlini X20 və nəvəsi X8 birgə mülkiyyət hüququ ilə məxsus olan Bərdə rayonu Alpoud kəndində yerləşən cəmi 3.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əkib-becərə bilmir. Həmçinin, həyat yoldaşı Saleh ciddi xəstədir, odur ki, bu topağın 2 hektarını satmaq istəyir. Onların isə ona 4800 manat borcu da var idi və borcu qaytara bilmir, əgər istəyirsə daha 2500 manat da verməklə həmin 2 hektar torpaq sahəsini elə ona satsın, qalan 1.21 ha hissəsini isə ona müddətsiz istifadəyə versin, əvəzində hər ili üçün 200 manat pul, yaxud 500 kq taxıl verər. Tamella Hüseynovanın o vaxt ona həqiqətən də hazırkı nominasiya ilə 4800 manat borcu var idi. Alverlə məşğul olduğuna görə onu müxtəlif vaxtlarda və müxtəlif məqsədlər üçün almışdı, borcunu qaytara bilməsə də o heç vaxt ondan borcunu qaytarmasını, qaytara bilmirsə əvəzində torpaq sahəsini verməsini tələb etməmişdir. Çünki həm qohum, həm də həmkəndli idi. Tamella Hüseynova ilə belə razılaşdılar ki, ona daha 2300 manat (hazırkı nominasiya ilə) pul versin, beləliklə 4800 manat borcu da nəzərə alınmaqla cəmi 7100 manata sözügedən torpağın 2,0 hektarını ona satır, qalan 1.21 ha torpaq sahəsini müddətsiz olaraq ona istifadəyə verir, əvəzində isə ona hər il üçün 200 manat pul, yaxud 500 kq taxıl verir. Tamella Hüseynova ilə bu razılaşmanı rəsmiləşdirmədilər. Çünki Həmin vaxt onun JN:192 KOD 61001018 nömrəli Dövlət Aktında adları olan ailə üzvlərinin çoxu Rusiyada yaşayıb-işləyirdilər, Tamella Hüseynova bildirdi ki, özü Rusiyada onların yanına gedib-gələndə torpağın 2 hektarını ona satılmalarına razı olmalarına dair notariat təsdiqli yazılı ərizələrini alıb gətirəcəkdir. Tamella Hüseynova ilə qohum olmağı və bir-birlərinə inam və hörməti olması səbəbindən də ona inanırdı. Odur ki, hətta ona 7100 manat pul verib 2 ha torpaq sahəsini almağına dair adi (sadə) formada hər hansı bir sənədləşmə etməyə də ehtiyac bilməmişdir. Həmin vaxtlar torpaq əkib-becərməyə o qədər də maraq göstərən yox idi, odur ki, Alpoud kəndində onlarla hektar torpağı onun mülkiyyətçiləri ya əkmir, ya da cüzi pul, yaxud taxıl müqabilində başqalarının istifadəsinə verirdilər. Beləliklə, 2000-ci ildən başlayaraq 2017-ci ilə kimi həm 7100 manata aldığı 2 ha torpaq sahəsindən, həm də 1.21 ha torpaq sahəsindən istifadə edir, orada hər il müxtəlif kənd təsərrüfatı məhsulları əkib-becərimişdir. Tamella Hüseynova vəfat edənədək, yəni 16 avqust 2015-ci il tarixədək olan müddətdə razılaşdığı kimi hər il ya 200 manat pul, ya da 500 kq taxıl ona vermişdir. Tamella Hüseynova bir neçə dəfə Rusiya Federasiyasına gedib-gəlsə də, orada yaşayan ailə üzvlərinin torpağın ona satılmasına razılıq verilməsinə dair notariat təsdiqli yazılı razılıq ərizələrini alıb gətirməmişdi. Bunun səbəbini gah ailə üzvlərinin müxtəlif şəhərlərdə yaşamaları ilə, gah da onların özlərinin Azərbaycana gələcəkləri ilə izah edirdi, həm də bildirirdi ki, ailə üzvləri torpağın 2 hektarının ona satıldığını bilirlər, bu işə heç bir etirazları yoxdur. 2017-ci ildə X1 X26 birdəfəlik qayıdaraq Azərbaycana gəldi. Onunla aralarında heç bir narazılıq, tələb və s. olmadan 1.21 hektar torpaq sahəsini elə həmin il ona qaytardı. Qalan 2 ha torpaq sahəsinin ona satılmasının rəsmiləşdirilməsini də ondan və bacısı Samirədən xahiş etdi. Onların hər ikisi bildirdilər ki, torpağı anaları ona satıb, pulunu da onlara verib, torpaq onundur, narahat olmasın, onun adına sənədləşdirməni də edəcəklər. Odur ki, bir daha bu məsələ ilə əlaqədar onlardan xahiş etmədi. 2020-ci ilin payızında həmin 2 ha torpaq sahəsinə super elit sort sayılan 7 illik yonca toxumu səpdi. Çünki, Bərdə rayonunda yonca otuna tələbat ildən ilə artırdı, həm də yoncanı becərməyin əziyyəti az, qazancı isə daha çox idi. Yerin şumlanması, malalanması, toxumun alınması və səpilməsi daxil olmaqla bu işə 3000 manat pul xərclədi. 2021-ci ilin yazından başlayaraq İddiaçı1 və İddiaçı2 gözləmədiyi halda ondan tələb etdilər ki, həmin 2 hektar torpaq sahəsini onlara qaytarsın, 21 il istifadə etdiyi bəsdir, anaları torpağı satmayıb, icarəyə-istifadəyə verib. Onlar tərəfindən edilən narazılıqlara və maneçiliklərə baxmayaraq sözügedən 2 ha torpaq sahəsinə əkdiyi yoncanı 2021-ci ilin ay ayında 1-ci üz biçə bildi və hər hektardan 175 ədəd olmaqla cəmi 350 ədəd yonca otu kipi bağladıb götürə bildi. 2021-ci ilin iyun ayında isə İddiaçı1 və bacısı İddiaçı2 gəlib özügedən 2 ha yonca sahəsini zəbt etdilər, onu hədələdilər, yonca sahəsini biçmək üçün gətirdiyi traktorçunu zorakılıq edərək qovdular və sair qanunsuz hərəkətlər etdilər. Yonca sahəsini isə özləri biçib apardılar və ya mal-qaraya yedirtdilər. Odur ki, 2021-ci ildə sözügedən 2 ha yonca sahəsini ən azı 4 dəfə biçməli olduğu halda, 2, 3 və 4-cü üz biçə bilmədi, beləliklə də ən azı 1050 ədəd yonca otu kipini əldə edə bilmədi. 2021-ci ildə 1 ədəd yonca otu kipinin orta bazar qiymətinin 4 manat olduğunu nəzərə alınsa, bu hesabla İddiaçı1 və İddiaçı2 ona 2021-ci ildə 4200 manat maddi ziyan vurdular (1050x4 manat 4200 manat) 2022-ci ildə İddiaçı1 və İddiaçı2 həmin ilin may ayından, yəni birinci biçimdən başlayaraq sözügedən 2 ha yonca sahəsini zəbt edərək onu və biçin traktorunun sahəyə buraxmaqla, ona və traktorçuya qarşı zorakılıq və təhqir etməklə 1,2 və 3-cü üz biçimi etməyinə imkan verməmişlər. Beləliklə, yenə də hər biçimdə ən azı 350 ədəd, cəmi isə 1050 ədəd yonca otu kipini əldə edə bilməmiş, onlar yenə də yonca sahəsini özləri biçib otunu aparmış və ya mal-qaraya yedirtmişlər. 2022-ci ilin may-avqust aylarında 1 ədəd yonca otu kipinin orta bazar (sərbəst satış) qiymətinin 4 manat olduğunu nəzərə alınsa, bu hesabla İddiaçı1 və İddiaçı2 ona yenə də 4200 manat maddi ziyan vurmuşlar (1050x4 manat=4200 manat) (Bərdə Rayon Məhkəməsinə təqdim etdiyi "Müvəqqəti təminat tədbiri barədə ərizəsi Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(021)- 28/2022 nömrəli qərardadı ilə təmin edildiyindən yonca sahəsinin 4-cü üz biçimini özü apara bilmişdir). Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 Bərdə Rayon Məhkəməsinə ona qarşı "pay torpağının qaytarılması tələbinə və maddi-mənəvi zərərin ödənilməsinə dair" iddia ərizəsi təqdim edərək onlara və ailə üzvlərinə JN: 192 KOD 61001018 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı əsasında məxsus olan, Bərdə rayonu Alpoud kəndi ərazisində yerləşən 3.21 ha torpaq sahəsindən çıxarılmağı, həmin torpaqdan istifadə etməyinə görə vurulmuş maddi və mənəvi ziyana görə onlara 16400 manat pul ödəməyi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsi isə onların iddiasını əsassız olaraq qismən təmin etmişdir. Həmçinin onun qarşılıqlı iddia ərizəsində göstərdiyi hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Beləliklə də, yuxarıda sadalanan mülki hüquq normalarına əsasən onun qarşılıqlı iddia ərizəsinin təmin edilərək Torpağa mülkiyyət hüququna dair JN: 192 KOD 61001018 nömrəli Dövlət aktı əsasında X11 və onun ailə üzvlərinə məxsus olan 3,21 ha torpaq sahəsinin 2,0 hektarını ona satmasına görə X11 2000-ci ildə ödədiyi 7100 manatın və həmin puldan 2000-ci ildən 2022-ci ilədək olan müddətdə 23 il ərzində istifadə etməklə faydalanmağa görə ona vurulmuş zərərin əvəzi olaraq illik 7,5 % dərəcəsi ilə 13225 manatın beləliklə də cəmi 20325 manatın mərhum X5 hüquqi varisi (vərəsəsi olan) oğlu, cavabdeh İddiaçı1 bilavasitə tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etməyi qanuni, həmçinin də bu apellyasiya şikayətimin 5-ci bəndində şərh etdiyi "İşin halları"na əsasən əsaslı olmuşdur. Odur ki, məhkəmə bu hissədə qarşılıqlı iddiada cavabdeh İddiaçı1 mülki məsuliyyət daşınmasına mülki qanunvericiliyin məhz özgəsinin əmlakına-puluna qanunsuz olaraq sahiblik etmə və əsassız varlanmanı tənzimləyən hüquqi normalarına əsasən hüquqi qiymət verilməli, vərəsə kimi torpaqdan çıxarılmağını da o iddia və tələb etdiyinə görə 20325 manat pulun da ondan tutulmasını qət etməli idi. Həmin hüquq normalarına əsaslanaraq məhkəmə onun qarşılıqlı iddia tələbinin ikinci hissəsini-2021-2022-ci ildə 2,0 ha yoncanı biçməyinə imkan verməməklə ona vurduqları maddi ziyanın əvəzi olaraq cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada 8400 manatın və həmin 2,0 ha torpaq sahəsinə 2020-ci ildə 7 illik yonca toxumu əkməyinə çəkdiyi xərclər olan 3000 manatın, beləliklə də cəmi 11400 manatın tutulub ona ödənilməsini təmin etməli idi. Lakin məhkəmə bunu qanunsuz olaraq etməmişdir. Halbuki, Bərdə Rayon Məhkəməsi özünün xx.xx.2022-ci il tarixli, MTT (021)- 28/2022 nömrəli qərardadı ilə onun "Müvəqqəti təminat tədbirinin tətbiqi bardə" ərizəsini təmin edərək qət etmişdir ki, "Cavabdehlər İddiaçı1 və İddiaçı2 Cavabdeh istifadəsində olan 2,0 ha torpaq sahəsinə əkdiyi yoncanı biçməyinə maneçilik törətmələri qadağan edilsin və onların qanunsuz hərəkətlərinə mülki iş üzrə məhkəmənin yekun qərarı qanuni qüvvəsini alanadək son qoyulması müəyyən edilsin. MTT (021)-28/2022 nömrəli qərardad öz-özlüyündə sübut edir ki, cavabdehlər həqiqətən də 2021-2022-ci illərdə ona yonca sahəsini biçməyə imkan verməməklə ümumilikdə 11400 manat məbləğində maddi zərər vurmuşlar. Əgər bu faktın sübutu olmasaydı, şübhəsiz ki, məhkəmə onun "Müvəqqəti təminat tədbirinin tətbiqi barədə" ərizəsini təmin etməzdi və o 2022-ci ildə yonca sahəsini 4-cü üz özü biçə bilməzdi. Sadaladığı səbəblərdən məhkəmə qətnaməsini həmin hissədə də qanunsuz hesab edir. İlk iddiada iddiaçılar, qarşılıqlı iddiada cavabdehlər İddiaçı1 və İddiaçı2 mübahisə predmeti olan 2,0 ha torpaq sahəsinin ona satılmasına dair alqı-satqı müqaviləsinin olmamasından sui-istifadə edərək həmin torpağı onlara qaytarmağını tələb edirlər. Belə olan halda Bərdə Rayon Məhkəməsi mülki qanunvericiliyin təməl prinsiplərindən olan pozulmuş hüquqların bərpası təmin edilməsi və ədalət prinsiplərini (Mülki Məcəllənin 6.1-ci maddəsi) rəhbər tutaraq onun qarşılıqlı iddia tələbini də təmin etməli idi. Bərdə Rayon Məhkəməsi nəzərə almamışdır ki, JN: 192 KOD 61001018 nömrəli dövlət aktına əsasən mübahisə predmeti olan 2 ha torpaq sahəsinin mülkiyyətçiləri təkcə İddiaçı1 və İddiaçı2 deyillər, digər mülkiyyətçilər olan onların valideyinləri-atası Saleh Məmmədov və anası Tamella Hüseynova vəfat etmişlər, Ədalət Məmmədov və onun ailə üzvləri onun torpaqdan çıxarılmağını tələb etmirlər, bu barədə İddiaçı1 və İddiaçı2 etibarnamə verməmişlər ki, məhkəmədə iddia qaldırsınlar, həmçinin də İddiaçı1 və İddiaçı2 vəfat etmiş valideyinlərinin qanuni vərəsələri olmalarına dair şəhadətnamələri yoxdur. Lakin məhkəmə sübutların qiymətləndirilməsində də qanunsuzluğa, yəni qeyri-obyektivliyə və qərəzliliyə yol verərək sübutları ilk iddiada iddiaçılar, qarşılıqlı iddiada cavabdehlər İddiaçı1 və İddiaçı2 mövqeyindən birtrəfli qaydada qiymətləndirilmiş, onların izahatlarını mötəbər sübut kimi nəzə almış, onun izahatını isə sübut kimi ümumiyyətlə nəzərə almamış və qətnamədə onun izahatı ilə bildirdiklərimi sübut kimi nəzərə almamasının səbəbləri göstərilməmişdir. Məhkəmə sübutların qiymətləndirilməsində ən böyük səhvi şahid X14 ifadəsinin nəzərə alınmaması və ona hüquqi qiymət verilməməsi ilə etmişdir. Halbuki, şahid Sədaqət Hacıyeva ifadəsində bildirmişdir ki, İddiaçı1 onun qardaşı, İddiaçı2 isə bacısıdır. Onların anası Tamella Hüseynova alverlə məşğul olan qadın olmuş, bu səbəbdən də həmişə pul lazım olduqca İlham Hacıyedən müxtəlif miqdarlarda borc pullar almış, lakin borcunu qaytara bilməmişdir. X41 yaşlı və xəstə olduğuna, anaları Tamella Hüseynova alverlə məşğul olduğuna, qardaşları Taleh, Ədalət və sonuncunun uşaqları Rusiyada yaşayıb-işlədiklərinə, bacısı Samirə isə Bərdə şəhərində ərdə olduğuna görə Dövlət Aktı ilə onların ailəsinə 1998-ci ildən məxsus olan 3,21 ha torpaq sahəsini əkib- görə becərən olmamışdır. Odur ki, anası Tamella təxminən 20 il bundan əvvəl həmin torpağın 2 hektarını satmaq, bununla da borclarını, o cümlədən də Cavabdeh olan borcunu ödəmək istədiyini ona bildirdikdə o, anasına təklif etmişdir ki, torpağı elə Cavabdeh satsın. Anası razı olmuş və İlhamı evlərinə çağırmışlar. Anası və söhbətdə iştirak edən atası Saleh Cavabdehlə razılaşmışlar ki, İlham daha 2300 manat pul versin, anası isə ona olan 4800 manat borcunu qaytarmır, beləliklə də 3.21 ha pay torpağının 2 hektarını İlhama 7100 manata birdəfəlik satır, qalan 1.21 ha torpaq sahəsini isə İlham müddətsiz istifadə edəcək, əvəzində hər il 200 manat pul, yaxud 500 kq taxıl verəcək, 2 ha torpağın İlhama satılmasını daha sonra, yəni Taleh, Ədalət və Ədalətin ailəsi Rusiyadan gəldikdən sonra rəsmiləşdirəcəklər. Odur ki, İham daha 2300 manat pulu onun anasına vermişdir. Anası ilə Cavabdeh bu razılaşnasından və daha 2300 manat pulun verilməsindən atası Salehin, qardaşları Talehin, Ədalətin, sonuncunun ailə üzvlərinin və bacısı Samirənin məlumatı və sövdələşməyə razılıqları olmuşdur. Odur ki, təxminən 20 il həmin 3.21 ha torpaq sahəsini Cavabdeh əkib-becərmiş, onun 1.21 ha hissəsinə görə anası Tamellaya hər il 200 manat pul, yaxud anasının razılığı ilə həmin dəyərdə taxıl vermişdir. 2017-ci ildə qardaşı Taleh Rusiyadan qayıdıb gəldikdən sonra İlham 1.21 ha torpaqdan istifadəni dayandırıb, onu Talehə qaytarmış, 2 ha hissəsini isə İlham özü 2021-ci ilin yazısına kimi istifadə etmişdir. 2020-ci ildə həmin 2 hektar torpağa çoxillik yonca əkmişdir. 2021-ci ilin yayından isə qardaşı Taleh və bacısı Samirə birləşərək Cavabdeh həmin 2 ha torpaqda əkdiyi yoncanı biçməyə imkan vermirlər, ondan tələb edirlər ki, bu torpağı da onlara qaytarsın. Talehin və Samirənin Cavabdeh torpağı qaytarmalarını tələb etmələrinin əsl səbəbi onların həmin torpağı baha qiymətə başqasına satmaq niyyətindədir. Apellyasiya şikayətinə qarşı etiraz: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavavbdeh İddiaçı1 apellyasiya şikayətinə qarşı etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti qanunsuz və əsassız olduğundan təmin olunmamalıdır. Birincisi, "Torpağa mülkiyyət hüququna dair JN: 192 KOD 61001018 nömrəli Dövlət aktına əsasən X11 və onun ailə üzvlərinə məxsus olan 3,21 ha torpaq sahəsinin 2 ha-nın X25 tərəfindən Cavabdeh satılmasına dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi haqqında" cavabdehin tələbi ilə bağlı qeyd edir ki, cavabdehin həmin tələbinin əsaslandığı hal, yəni Cavabdehlə T.Y.Məmmədova arasında sözügedən müqavilənin bağlanması faktı iş materialları ilə təsdiq edilmir, əksinə işin halları ilə təkzib olunur. İş materialları ilə sözügedən hal ona görə təsdiq edilmir ki, məhkəmədə şahid qismində dindirilmiş X14 bu məsələ barədə verdiyi ifadə həmin halı təsdiq edən sübut növü qismində qəbul edilə bilməz. Çünki, məlum olduğu kimi şahid S.S.Hacıyeva iddiaçıların bacısı, cavabdehin isə qardaşının həyat yoldaşıdır. Başqa sözlə, Cavabdeh şahid S.S.Hacıyevanın qaynıdır. Bu fakt şahid S.S.Hacıyevanın bəhs olunan məsələ barədə obyektiv və düzgün ifadə verə bilməsinə şübhə yaradır. Yəni, şahid S.S.Hacıyeva müxtəlif amillərin, o cümlədən əri tərəfdən olan qohumlarının təsiri, bununla bağlı ailəsində söz-söhbətin yaranmaması və s. səbəbindən məhkəmədə Cavabdeh xeyrinə ifadə vermiş olması ehtimalı yüksəkdir və bunu danmaq olmaz. Hesab edir ki, belə vəziyyətdə şahid S.S.Hacıyevanın qeyd olunan məsələ barədə ifadəsinin o halda sübuti əhəmiyyəti olardı ki, o həmin ifadəsini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etmiş və yaxud da iş materiallarında bu halı təsdiq edə biləcək hər hansı sübut mövcud olmuş olsun. Lakin belə bir sübut növü iş materiallarında yoxdur. Yuxarıda qeyd olunduğu kimi işin halları Cavabdehlə T.Y.Məmmədova arasında sözügedən müqavilənin bağlanmadığını göstərir. Belə ki, Qətnamənin 7-ci səhifəsinin 1-ci və 2-ci abzaslarında istinad olunmuş Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarlarında xx.xx.2005-ci il tarixə qədər qüvvədə olmuş Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyəti açıqlanaraq qeyd olunmuşdur ki, notariat qaydasında təsdiq edilməli olan əqdlərin yazılı formada tərtib olunmasına əməl edilməlidir. Deməli, cavabdehin iddia etdiyi kimi mübahisəli torpaq sahəsi barəsində hər hansı müqavilə bağlanmış olsa idi, həmin müqavilə yazılı formada tərtib edilməli idi. İş materiallarından məlum olduğu kimi cavabdeh məhkəməyə mübahisəli torpaq sahəsinə dair belə bir yazılı müqavilə təqdim etməmişdir. Bu isə elə bir müqavilənin ümumiyyətlə bağlanmadığını göstərir. İkincisi, mübahisəli torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar olaraq Cavabdeh tərəfindən T.Y.Məmmədovaya cəmi 7100 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair cavabdehin dəlilləri də əsassızdır. Çünki, sözgedən alqı-satqı müqaviləsi ümumiyyətlə mövcud deyil. Elə bir müqavilə heç vaxt bağlanmamışdır. Yuxarıda qeyd olunanlar bunu təsdiq edir. Cavabdehin bağlandığı hesab etdiyi həmin müqavilə əslində mövcud olmadığından onunla əlaqədar cavabdeh tərəfindən T.Y.Məmmədovaya cəmi 7100 manat məbləğində pul vəsaitinin ödənilməsindən də söhbət gedə bilməz. Şahid S.S.Hacıyevanın Məhkəmədə bu barədə verdiyi ifadənin mötəbərliyi isə yuxarıda qeyd olunan səbəblərdən ciddi şübhə doğurduğundan müvafiq halı təsdiq edən sübut kimi qəbul edilməsi yolverilməzdir. Bundan əlavə, Torpağa mülkiyyət hüququna dair JN: 192 KOD 61001018 nömrəli Dövlət aktına əsasən 3,21 ha torpaq sahəsi iddiaçılarla yanaşı mərhum X7, mərhum X18, X10 və X3 ümumi birgə mülkiyyətindədir. Mərhum T.Y.Hüseynovanın sözgedən 3,21 ha torpaq sahəsindəki payı və həmin payın miras şəklində hansı vərəsələrin qəbul etməsi müəyyən edilmədən iddiaçılardan 7100 manat məbləğində pul vəsaitinin tutulmasına dair cavabdeh tərəfindən tələbin irəli sürülməsi qanunsuzdur. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən "Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməvə borcludurlar". Göründüyü kimi miras qoyanın, bizim halda mərhum T.Y.Hüseynovanın mülki hüquqi öhdəliklərinə görə məsuliyyəti onun əmlakını miras şəklində almış vərəsələri və yalnız aldıqları miras payının dəyəri həcmində daşıyırlar. Nəzərə alınsa ki, Mülki Məcəllənin 223.3-cü maddəsinin tələbinə görə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır və yuxarıda qeyd olunan Dövlət aktına əsasən həmin 3,21 ha torpaq sahəsi mərhum T.Y.Hüseynova daxil olmaqla 6 nəfərin ümumi birgə mülkiyyətindədir, bu zaman mərhum T.Y.Hüseynovanın sözügedən 3,21 ha torpaq sahəsi üzərində payı 0,535 ha təşkil etmiş olacaqdı. Elə vəziyyətdə isə həmin payın dəyəri müəyyən edilmədən cavabdeh tərəfindən tələb edilən 7100 manat məbləğində pul vəsaitinin tam şəkildə mərhum T.Y.Hüseynovanın vərəsələrindən cavabdehin xeyrinə tutulması qanunsuzdur. Üçüncüsü, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, 2020-ci il payızında mübahisəli torpaq sahəsinə super elit sort sayılan 7 illik yonca toxumu səpmişdir. Yerin şumlanması, malalanması, toxumun alınması və səpilməsi daxil olmaqla bu işə 3000 manat məbləğində pul xərcləmişdir. Cavabdeh həmin məbləğin iddiaçılardan alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh nə qeyd edilən sortda yonca bitkisi toxumunun alınmasını (yəni, hansısa aşağı sort toxumun deyil, məhz super elit sort toxumun alındığını), nə alınmış həmin super elit sort toxumun mübahisəli torpaq sahəsinə səpilməsini (yəni, mübahisəli torpaq sahəsinə hansısa aşağı sort toxumun deyil, məhz super elit sort toxumun səpildiyini və ya alınmış həmin super elit sort toxumun başqa torpaq sahəsinə deyil, məhz mübahisəli torpaq sahəsinə səpildiyini), nə yonca bitkisinin yetişdirilməsi məqsədilə mübahisəli torpaq sahəsində yuxarıda sadalanan qulluq işlərinin görülməsini (yəni, həmin işlərin həqiqətən görülməsini və ya bir qisminin deyil, hamısının görüldüyünü və ya həmin işlərin başqa torpaq sahəsində deyil, məhz mübahisəli torpaq sahəsində görüldüyünü), nə də ki, bütün bunlara görə xərc çəkildiyini (yəni, yonca otu toxumunun tam və ya qismən əvəzsiz əldə olunmadığını və ya həmin işlərin hamısının və ya bir qisminin əvəzsiz görülmədiyini) və həmin xərclərin ayrı-ayrılıqda (və ya birlikdə) məbləğini (yəni, sözügedən toxumun alınmasına, səpilməsinə və müvafiq işlərin görülməsinə görə ayrıayrılıqda və ya həmin işlər ayrı-ayrı göstərilməklə cəmi nə qədər xərc çəkilməsini) təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Bu isə cavabdehin qeyd olunan tələbinin tamamilə əsassız olduğunu göstərir. Dördüncüsü, mübahisəli torpaq sahəsindəki yonca otunu cavabdehin biçməsinə guya iddiaçılar 2021-2022-ci illərdə imkan vermədikləri üçün dəymiş 8400 manat məbləğində zərərin əvəzinin ödənilməsinə dair cavabdehin tələbinin də heç bir əsası yoxdur. Birincisi ona görə ki, mübahisəli torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olduğu iş materialları ilə sübuta yetirildiyi təqdirdə, yəni mübahisəli torpaq sahəsinə faktiki sahibliyi cavabdeh həyata keçirdiyi halda oradakı yonca otunun onun tərəfindən biçilməsinə iddiaçıların necə mane olmasını, bunun nədə ifadə olunduğunu, zərərin vurulmasına necə səbəb olduğunu və zərərin məbləğini (yəni, həmin vaxt yonca otunun 1 ədəd bağlamasının dəyərinin həqiqətən 4 manat olduğunu, iddiaçıların biçimə mane olması nəticəsində neçə bağlama yonca otundan məhrum olduğunu) cavabdeh sübut edə bilməmişdir. İkincisi, iş materiallarından aydın olur ki, Cavabdeh Mübahisəli torpaq sahəsindən istifadə hüququ olmamışdır. Belə ki, xx.xx.2003-cü il tarixdən qüvvədə olan Mülki Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məlum olduğu kimi Cavabdeh ilə nə mərhum T.Y.Məmmədova, nə də ki, İddiaçılar arasında qeyd edilən tələbə cavab verən müqavilə bağlamamışdır. Bu isə o deməkdir ki, Cavabdeh mübahisəli torpaq sahəsi üzərində sahibliyi və ondan istifadəsi lap əvvəldən qanunsuz olmuşdur. Hətta hesab edisə ki, apellyasiya şikayətində qeyd etdiyi kimi Cavabdeh T.Y.Məmmədova ilə aralarındakı şifahi razılığa uyğun olaraq sonuncuya onun vəfat etdiyi xx.xx.2015-ci il tarixə qədər mübahisəli torpaq sahəsindən istifadəsi müqabilində pul və natura şəklində əvəz ödəmişdir və buna görə cavabdehin oradan istifadə etməkdə müəyyən mənəvi haqqı olmuşdur, lakin qeyd edilən tarixdən sonra həmin mənəvi haqqını da itirmişdir. Cavabdeh apellyasiya şikayətində həmçinin göstərmişdir ki, iddiaçılar 2021-ci ilin yazından başlayaraq mübahisəli torpaq sahəsini ondan geri tələb etməyə başlamışlar. Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən "Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və va bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və va götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər, vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər". Deməli, iddiaçılar mübahisəli torpaq sahəsi ilə yanaşı oradan ən azı xx.xx.2015-ci il tarixdən sonra götürülən gəlirləri (pul və ya natura (yonca otu bağlaması və s.) şəklində) də tələb etməkdə və ona yiyələnməkdə haqlı olmuşlar. Lakin buna baxmayaraq, iddiaçılar yalnız qətnamə çıxdıqdan (xx.xx.2022-ci il tarixindən) sonra mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən əkilmiş kənd təsərrüfatı məhsulunu, yəni konkret olaraq yonca otunu biçib ona yiyələnmişlər və iddiaçılar tərəfindən biçilən yonca otu bağlamalarının miqdarı cavabdehin apellyasiya şikayətində göstərdiyi miqdarda deyil, cəmi 280 ədəd olmuşdur. Həmin vaxt yonca otunun 1 ədəd bağlamasının qiyməti apellyasiya şikayətində qeyd olunduğu kimi 4 manat deyil, əslində 1 manat olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq cavabdeh l.B.Hacıyev tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)- 199/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş ütmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, ilk iddia üzrə İddiaçı2 və məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavavbdeh İddiaçı1 vəkili X15 apellyasiya şikayətinə qarşı yazılı etirazda göstərilənlərə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 izahat verib bildirmişdir ki, torpaq sahəsi anası tərəfindən Cavabdeh satılmamış, sadəcə olaraq onlar tərəfindən istifadə edilmədiyindən müvəqqəti istifadəyə verilmişdir. Cavabdeh də uzun illərdir ki, torpaqdan istifadə etmiş, anasına il ərzində istifadəyə görə cüzi mələğvlərdə pul vermişdir. Təxminən 4-5 ildir ki, torpaq sahəsini geri qaytarmasını tələb etməsinə baxmayaraq Cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmışdır. O, gah gələn il çıxacağını, gah da əkin əkdiyini, biçindən sonra torpaq sahəsini qaytaracağını bildirsə də torpaq sahəsini ona təhvil verməkdən yayınmışdır. O, da bacsı onun qardaşı arvadı olması səbəbi ilə qohumçuluğa və münaqişə olmaması üçün ona müəyyən müddət güzəşt getmişdir. Lakin, sonda məcbur olub iddia qaldırmışdır. Apellyasiya baxışının hədləri: Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini yalnız qarşılıqlı iddia tələbini hissəsində mübahisələndirmişdir. Buna görə də apellyasiya instansiyası tərəfindən qətnamənin qanuniliyi və əsaslılığı qarşılıqı iddia tələbinin rədd edilməsi hissəsində yoxlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(021)-199/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarından görünür ki, X29 ilə mərhum Tamella Hüseynova arasında 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alğı-satqı barədə nəinki yazılı hətta, şifahi qaydada hər hansı bir əqdin bağlanması sübut olunmamaqdadır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X14 ifadəsi isə X29 ilə mərhum Tamella Hüseynova arasında şiafahi alqı-satqı müqaviləsinin bağlanması, o cümlədən 7100 manatın X29 tərəfindən mərhum Tamella Hüseynovaya ödənilməsinin müəyyən edilməsi üçün mötəbər sübut hesab edilə bilməz. Belə ki, ilk iddia üzrə iddiaçının apellyasiya şikayətinə qarşı olan etirazında qeyd etdiyi kimi şahid S.S.Hacıyeva iddiaçıların bacısı, cavabdehin isə qardaşının arvadı olmaqla, mübahisə üzrə obyektiv və düzgün ifadə verə bilməsi şübhəlidir. S.S.Hacıyeva müxtəlif amillərin, o cümlədən əri tərəfdən olan qohumlarının təsiri, bununla bağlı ailəsində söz-söhbətin yaranmaması və s. səbəbdən məhkəmədə Cavabdeh xeyrinə ifadə vermiş olması ehtimalı yüksəkdir. Hərçənd ki, həmin şahid apellyasiya icraatı zamanı təkrar dindirilməsi üçün ilk iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, lakin məhkəmə kollegiyası tərəfindən qeyd olunan əsaslara görə onun dindirilməsindən imtina edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, X29 ilə mərhum Tamella Hüseynova arasında 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair hər hansı bir razılaşmanın olması, o cümlədən həmin alqı-satqı müqaviləsi üzrə 7100 manatın X29 tərəfindən mərhum Tamella Hüseynovaya ödənilməsi sübut olunmamaqdadır. 7100 manatın verilməsi sübut olunmadığından 2000-ci ildən 2022-ci ilədək olan müddətdə 23 il ərzində həmin puldan istifadə etməklə faydalanmağa görə vurulmuş zərərin əvəzi olaraq illik 7.5 % dərəcəsi ilə 13.225 manatın tələb edilməsi də əsassız olmuşdur. Yoncanın biçilməsinə imkan verilməməsinə görə vurulmuş zərərə və çəkilmiş xərc tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, işin hallarına əsasən müəyyən edilir ki, məhkəməyə iddia verilməmişdən bir neçə il əvvələ kimi ilk iddia üzrə iddiaçılar cavadbehin torpaq sahəsini onların istifadəsinə qaytarılmasını tələb etsələr də, cavabdeh torpaq sahəsini geri qaytarmamışdır. Belə olduğu təqdirdə isə həmin torpaq sahəsi ilk iddia üzrə cavadbeh tərəfindən zəbt edilmiş torpaq sahəsi olmuşdur. Mülki Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Hazırkı işin hallarına görə də ilk iddia üzrə iddiaçılar hazırkı vaxtadək torpaq sahəsindən istifadə edə bilmədiklərinə görə həmin torpaq sahəsindən də hər hansı bir gəlir əldə etməsi müəyyən edilməmişdir. Digər tərəfdən Torpaq Məcəlləsinin 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə iddiaçının JN: 192 KOD 61001018 nömrəli dövlət aktına əsasən mübahisə predmeti olan 2 ha torpaq sahəsinin mülkiyyətçilərinin təkcə İddiaçı1 və İddiaçı2 deyil, Ədalət Məmmədov və onun ailə üzvlərinin də mülkiyyətçi olmasını, o cümlədən İddiaçı1 və İddiaçı2 vəfat etmiş valideyinlərinin qanuni vərəsələri olmalarına dair şəhadətnamələrinin olmaması ilə bağlı onların iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamaları ilə bağlı dəlilinə münasibətdə isə qeyd edir ki, yuxarıda qeyd olunan Mülki Məcəllənin 213.6-cı maddəsinin tələbindən də göründüyü kimi, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Digər tərəfdən qarşılıqlı iddia üzrə iddiaçı qətnamənin ilk iddianın təmin edilmiş hissəsindən şikayət verməmişdir ki, bununla da qətnamə həmin hissədə qanuni qüvvəsini almış hesab olunur. Buna görə də məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə iddiaçının həmin dəlilini də əsassız hesab etmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(021)-199/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ :
Bərdə Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(021)-199/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(021)-199/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.