Məhkəmə qərarları › İş №2(060)-5181/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5181/2024

20.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5181/2024 20.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı tikililərin sökülməsi, maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Kotec qəsəbəsi,20-ci məhəllədə yerləşən və Cavabdeh1 məsus olan 98 saylı evin həyətyanı torpaq sahəsində olan torpaq səviyyəsinin əvvəlki vəziyyətə gətirilməsi və iddiaçının yaşadığı Sumqayıt şəhəri,20-ci məhəllə, Kotec qəsəbəsi, ev 102-nin yardımçı tikilisinə hava və günəş şüasının daxil olmasına əngəl yaradan, cavabdehlər tərəfindən 2021ci ildən sonra həmin evə bitişik aparılmış əlavə tikililərin, yeni inşa edilmiş damın sökülməsi və əvvəlki vəziyyətə qaytarılması, tut ağacının budaqlarının dibindən kəsilməsinə görə dəymiş 1000 manat maddi ziyanın və cavabdehlərin bu əməlləri nəticəsində iddiaçıya dəymiş 20000 manat mənəvi ziyana görə təzminatın cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi və ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişatında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Nümayəndə1, X2, X1 qarşı tikilinin sökülməsi, maddi ziyanın ödənilməsi tələbinə dair 2(060)- 4056/2024 saylı iddia ərizəsi üzrə mülki iş Sumqayt Şəhər Məhkəməsinin digər hakiminin icraatında baxılmaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı tikililərin sökülməsi, maneələrin aradan qaldırılması barədə iddia tələbi üzrə 2(060)-5181/2024 saylı mülki iş məhkəmənin digər hakiminin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Nümayəndə1, X2, X1 qarşı tikilinin sökülməsi, maddi ziyanın ödənilməsi tələbinə dair 2(060)-4056/2024 saylı iddia ərizəsi üzrə mülki işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı tikililərin sökülməsi, maneələrin aradan qaldırılması barədə iddia tələbi üzrə 2(060)- 5181/2024 saylı mülki iş məhkəmənin digər hakiminin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Nümayəndə1, X2, X1 qarşı tikilinin sökülməsi, maddi ziyanın ödənilməsi tələbinə dair 2(060)-4056/2024 saylı iddia ərizəsi üzrə mülki işə birləşdirilsin. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar