Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-42/2025 20.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı (hüquqi varisi Nərəcan Bələdiyyəsi) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 Şixnəzər qızının cavabdeh İddiaçınə (hüquqi varisi Nərəcan Bələdiyyəsi) qarşı tələblərinə dair iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X16 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, ilk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə3, ilk iddia üzrə Cavabdeh2, cavabdehlərin nümayəndəsi Nümayəndə1, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı (hüquqi varisi Nərəcan bələdiyyəsi) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, torpaq sahələrinə gediş-gəliş yolunun açılması və sair tələbinə dair ilk, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçınə qarşı maddi ziyanın ödənilməsi tələbi ilə bağlı qarşılıqlı iddiaya dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(067)-168/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Xaçmaz rayon Çinartala kənd sakinlərinin Xaçmaz rayon Palçıqoba kənd bələdiyyəsinin sədrinə yazdıqları ərizədən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 20 ildən çoxdur ki, istifadə etdikləri yolu dəmir torla bağlayaraq öz istifadə etdikləri torpaq sahəsinə birləşdirərək istifadə edirlər. Kənd sakinləri yolun açılmasını tələb edirlər.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu, Çinartala kəndi ərazisində yerləşən Cavabdeh1 və Cavabdeh2 seriyası JN 033; kod: 30213038 olan Dövlət Aktı və reyestr nömrəsi **********45 nömrə ilə verilmiş torpaq sahələrinin yanından keçən gediş-gəliş üçün nəzərdə tutulan kənd yolunun cavabdehlər tərəfindən öz hesablarına açılması, həmin yolun bağlanması ilə əlaqədar etdikləri qanunsuz hərəkətlərinə son qoyulması, kənd sakinlərinin həmin yoldan kənd təsərrüfatı texnikası və piyadaların hərəkətinin təmin edilməsinə dair ərizə və xahişlərini nəzərə alaraq Cavabdeh1 tərəfindən İddiaçı mülkiyyətində olan 13 torpaq sahəsini onun qanunsuz sahibliyindən alınaraq bələdiyyənin mülkiyyətinə qaytarılması və cavabdehlər tərəfindən ziyanın əvəzi olaraq 5000 manatın bələdiyyənin büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və onun qızı Cavabdeh2 və digər ailə üzvlərinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 06 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2.07 ha torpaq sahəsi verilmişdir. Cavabdehlərin torpaq sahələri seriyası JN-0033; kod: 30213038 olan Dövlət aktında cizgilərlə göstərilib. Bundan başqa Cavabdeh2 reyestr №-si **********5 nömrəli alqı-satqı müqaviləsi ilə mülkiyyətinə aldığı 0,20 ha torpaq sahəsi də vardır. Cavabdehlərin dövlət aktında göstərilmiş və hal-hazırda öz mülkiyyətləri kimi istifadə etdikləri torpaq sahələrinin yanından digər torpaq sahələrinə gediş-gəliş yolu keçir. Həmin yol kənd yolu kimi uzun illərdir mövcud idi. Kəndin əhalisi həmin yoldan gediş-gəliş üçün istifadə edirdi. Təmir məqsədilə yol çınqıl daşla örtülmüşdür. Cavabdeh1 Dövlət aktı ilə ona verilmiş torpaq sahəsinin uzunluğu boyunca şimal-şərq tərəfdən, Cavabdeh2 Şıxnəzər qızı torpaq sahəsinin uzunluğu boyunca şimal tərəfdən 29 avqust 2022-ci ildə qərəzli şəkildə öz torpaq sahələrinə birləşdirməklə yolu bağlamışlar. Hazırda mübahisəli yolda gediş-gəliş mümkün deyil. Cavabdehlər yolun ərazisindən istifadə etmək məqsədilə traktorla yola döşənmiş çınqıl daşını yol boyunca kürətmişdir. Yol tamamilə yararsız vəziyyətə düşmüşdür. Cavabdehlərə dəfələrlə yolun ərazisindən geri çəkilməsini və yolu əvvəlki vəziyyətinə gətirmək üçün bərpa işlərinin görülməsi barədə xəbərdarlıq edilsə də, onlar öz qanunsuz əməllərindən əl çəkmirlər. Yolu açmaq istəmirlər. Yazılı xəbərdarlıq edilsə də belə, heç bir nəticəsi olmayıb. Bundan əlavə Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinə şimal tərəfdən bələdiyyənin mülkiyyətində olan 13 sot torpaq sahəsini qanunsuz birləşdirərək istifadə edir. Dəfələrlə cavabdehə bildirilib ki, bələdiyyəyə məxsus torpaq sahəsindən qanunsuz istifadəsini dayandırsın və oradan çıxsın. Buna baxmayaraq zəbt etdiyi torpaq sahəsini özünə məxsus torpaq sahəsinə birləşdirərək qanunsuz istifadəsini davam edir. Zəbt edilmiş torpaq sahəsindən çıxmaq istəmədiyini deyir. Cavabdehin qanunsuz hərəkətinə görə bələdiyyənin mülkiyyətində olan torpaq sahəsini hərraca çıxarmaqla satmaq mümkün deyil. Cavabdehin hərəkəti nəticəsində bələdiyyənin hüquqları pozulub. Cavabdeh1 torpaq sahəsini zəbt etdiyindən və gediş-gəliş yolunu sökdüyündən, Cavabdeh2 yolu sökdüyündən bələdiyyəyə zərər vurmuşdur. Cavabdehlər vurulmuş zərərin əvəzini ödəməlidirlər.
4. Cavabdehlər X11 və Cavabdeh2 Şıxnəzər qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu Palçıqoba kənd bələdiyyəsinin sədri Musaib Aslanovdan maddi və mənəvi ziyanın əvəzi olaraq ümumilikdə 5000 manat pulun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Palçıqoba kənd bələdiyyəsinin sədri X19 oglu bildirib ki, güya onlara məxsus pay torpaqları sahəsinin yanında olan yolu və bələdiyyəyə məxsus torpaq sahəsini öz torpaq sahələrinə birləşdirmişlər. Xaçmaz rayon Palçıqoba bələyyəsinin onlara qarşı yazdıqları həqiqətə uyğun deyildir. Əksinə 2021-ci il aprel ayının 26-sı gəcə saat 3-4 radələrində gizli olaraq, qohumuna məxsus ağır texnika (ekskavator) ilə torpaq sahəsinə çınqıl daş tökərək əkin biçin etdikləri kənd təsərrüfatı təyinatlı torpaq sahələrini yararsız vəziyyətə salmışdır. Bunda da məqsədi torpaq sahələrindən qanunsuz olaraq qərəzli şəkildə özünün və qohum olan Şükürov Şaiqin şəxsi maraqları üçün yol açmaq olmuşdur. Halbuki, iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsəsən mülkiyyət toxunulmazdır. Bunları bilə-bilə mülkiyyətləri yararsız hala salmışdır. Bələdiyyə sədrinin bu özbaşına qanunsuz hərəkətləri barədə Xaçınaz RPŞ-nə yazılı şəkıldə şikayət etmişdir. Xaçmaz RPŞ-də şikayət ərizəsi ilə müraciət əsasında toplanmış material üzrə 2021-ci ilin may ayının 4-də yaşadıqları Xaçmaz rayonu Palçıq-oba kənd bələdiyyəsinin sədri Müsayib Aslanov onlara məxsus pay torpaq sahəsinin hasarını ağır texnika vasitəsilə qanunsuz olaraq sökdürməsi barədə iş başladılmışdır. Müsayıb Aslanov onlara qarşı vəzifəsindən istifadə edərək qərəzli mövqedən çıxış edir və bu gün də qərəzli mövqe sərgiləyir. 06 sentyabr 2022-ci il tarixində saat 9-40 radələrində mülkiyyətində olan 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq şairəsinin hasarını qohumu olan Çinartala kənd sakini X17 ilə birlikdə vəhşicəsinə sökmüş və bir hissəsinidə aparmışdır. Xaçmaz rayon Palçıq oba kənd bələdiyyəsinin sədri Müsayib Aslanovun hərəkətlərində AR CM-nin maddələrinin tərkib hissələri olduğu əmlakına ziyan vurma və s. hallar olduğu halda onlara qarşı iddia qaldırır. Həmin faktların daha ciddi araşdırılmasına ehtiyac var. Çəkdikləri xərci, onları get-gələ saldığını ictimaiyyət arasında nüfuzlarına xələl vurduğunu nəzərə alsalar, onlara ziyan vurmuş olur. Ona görə də, Palçıqoba kənd bələdiyyəsinin sədri Müsayib Aslanovun iddia ərizəsinin qanunsuz hesab edilərək rədd edilməsi, maddi və mənəvi ziyan əvəzi olaraq 5000 manatın alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, qarşılıqlı iddianı qəbul etmir. Cavabdehlər eyni zamanda 5000 manat ziyan vurub. Həmin yol düzəldilmişdi. Bununla bağlı onlarla çəkiliş də vardır. Həmin yola tökülən daş xüsusi texnika ilə yenidən götürülüb. Onlar bu daşı vətəndaşların razılığı ilə yola tökmüşlər. Maddi ziyan vurulması ilə bağlı başqa sübut yoxdur. Xaçmaz rayonu, Çinartala kəndi ərazisində yerləşən cavabdeh X11 və Cavabdeh2 Şıxnəzər qızının seriyası JN033 KOD:30213038 olan Dövlət Aktı və reyestr **********45 nömrəli ilə verilmiş torpaq sahələrinin yanından keçən gediş-gəliş üçün nəzərdə tutulan kənd yolunun cavabdehlər tərəfindən öz hesablarına açılması, həmin yolun bağlanması ilə əlaqədar etdikləri qanunsuz hərəkətlərinə son qoyulmasını istəyir. Vətəndaşlar özləri də onlara müraciət etmişdir. Bu işlə bağlı ekspertiza təyin olunmuş, ekspertiza rəyində də yolun zəbt olunduğu görünmüşdür.
7. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh X3 nümayəndəsi Nümayəndə1 Şıxnəzər oğlu izahatında göstərmişdir ki, ilk iddianı qəbul etmir, qarşılıqlı iddianı müdafiə edir. 2020-ci ilin aprel ayının 26-da gecə saat 3-də bələdiyyə tərəfindən ekskavatorla çəpərlər sökülərək götürülmüşdür. Həmin ərazidən yol açıblar və oraya çınqıl daş töküblər. Göründüyü kimi bələdiyyənin iddiası əsassızdır. Ekspertiza da çıxarış təqdim olunsa da, buna baxılmamışdır. Onlar torpaqları 1998, 1999, 2000-ci illərdə almışlar. O zaman isə bələdiyyə heç orada yox idi. 2018-ci ildə də xanımın qardaşını məhkəməyə veriblər. Ekspert rəyi ilə tanışdır. Ekspert rəyi ilə qəti razılaşmır. Onların torpaq sahəsinin koordinatları verilməyib. Həmin rəydə başqa koordinatlar verilib. 1998-ci ildə pay torpaqları bölünmüşdür.
8. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh2 Şıxnəzər qızı izahatında göstərmişdir ki, öz iddiasını müdafiə edir. İlk iddianı isə qəbul etmir, çünki heç bir əsası yoxdur. Mülkiyyətində olan torpaq sahəsi gediş-gəliş yoluna mane yaratmır. Həmin torpaq sahəsinin onun adına çıxarışı da vardır. Ekspertiza təyin olundu. Yerinə baxış keçirildi. Keçən yol onun mülkiyyətində olan torpaq sahəsidir. Ondan yol kimi istifadə edirlər. Eyni zamanda, onun mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə bələdiyyə tərəfindən mane yaradılır. Bununla bağlı şikayətlərini də bildirmişdir. Qarşılıqlı iddianı da bu səbəbdən qaldırmışdır. Əsassız şəkildə oradan yol açılmış, qanunsuzluğa yol verilmişdir.
9. Xaçmaz Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(105)-2811/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
10. Məhkəmə Ekspertiza Mərkəzinin 04 oktyabr 2023-cü il tarixli, 10/5808 saylı rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 08 sentyabr 2023-cü il tarixli 3-21-3-34/2- 12487/2023 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir. Cavabdehlərin mülkiyyətində olan JN 033 kod 30213038 olan dövlət aktı və reyestr nömrəsi **********5 olan çıxarışa əsasən Xaçmaz rayonu, Çinartala kəndi ərazisində yerləşən 0.2041 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmiş, iddaçının (bələdiyyənin) mülkiyyətində olan torpaq sahəsinin (yolun) şimal-şərq tərəfindən 0.053 ha hissəsinin cavabdehlər tərəfindən istifadə olunduğu, cavabdehlər tərəfindən Palçıqoba kənd ərazisində yerləşən kənd yolunun 0.053 ha hissəsinin istifadə olunduğu müəyyən olunmuşdur.
11. Xaçmaz Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(067)-168/2023 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Qasımova) ilk iddia qismən təmin olunaraq, İddiaçı mülkiyyətində olan 13 torpaq sahəsinin müvafiq olaraq X3 və Cavabdeh2 Şıxnəzər qızının qanunsuz sahiblik və istifadə etdiyi 0.053 ha hissəsi (mütəxəssis rəyinə əlavə edilən sxem üzrə) onların sahibliyindən və isitfadəsindən geri alınaraq İddiaçı mülkiyyətinə qaytarılmsı, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçı bələdiyyənin mülkiyyətindədir. Cavabdehlər də iddiaçının mülkiyyətində olan 0,053 ha torpaq sahəsindən heç bir qanuni əsas olmadan istifadə edir. Bu fakt işdə olan mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunur. Cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsinin 0,053 ha hissəsindən istifadə etmələri iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə kimi qiymətləndirilməlidir ki, bu da qanunla qadağandır. Göstərilənlərə əsasən məhkəmə iddianın həmin hissədə qismən əsaslı olduğundan qismən təmin edilməsi nəticəsinə gəlmişdir.
13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 139.1, 152.1, 152.2, 152.3, 152.5, 153.1, 156.1, 157.2, 157.4, 170.2, 178.1, 238.1, 238.2, 238.3, 238.4, 239.1, 239.2, 241.2-ci maddələrinin, Torpaq Məcəlləsinin 18, 20, 47, 49, 111.1, 111.2, 111.3-cü maddələrinin, “X10” Azərbaycan Respublikası Qanununun 7, 13-cü maddələri, Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən apellyasiya şikayətləri verərək, Xaçmaz Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(067)- 168/2023 nömrəli qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
15. Verilmiş apellyasiya şikayətləri eyni məzmunlu olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mütəxəssis və ekspertiza rəyinə istinad edərək Cavabdeh2 Şıxnəzər qızının seriyası JN033; kod 30213038 olan Dövlət Aktı və reyestr nömrəsi **********45 nömrə ilə verilmiş 0,2041 ha torpaq sahəsinin içindən 0,053 ha hissəsinin yol üçün verilməsi cavabdehin mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Ona görə ki, dövlət reyestrində qeydiyyata alınmış çıxarışda heç bir dəyişiklik aparılmamışdır çıxarış qüvvədədir və həmin rəyin çıxarışa münasibətdə heç bir üstünlük hüquq yoxdur. Onlara Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən çıxarışlar verilmişdir. Bunlardan biri də Cavabdeh2 seriyası JN033; kod 30213038 olan dövlət aktı və reyestr nömrəsi **********45 nömrə ilə verilmiş çıxarışdır. Çıxarışlarda torpaq sahələrinin sərhəd nöqtələrinin kordinatları verilmişdir. Çıxarış xx.xx.2022-ci il tarixdə verilmişdir. 1. X-309546,9745- Y4602558,2419, nöqtələr 1-2, məsafə (metrlə) 95,7 2. X309452,4694-Y4602543,4296, nöqtələr 2-3, məsafə (metrlə) 21,2 3. X309448,5126-Y4602564,2280, nöqtələr 3-4, məsafə (metrlə) 95,8 4. X309543,0812-Y4602579,3816, nöqtələr 4-5, məsafə (metrlə) 21,5. Lakin məhkəməyə təqdim olunan mütəxəssis rəyində nəyə görəsə döngə nöqtələrinin kordinatları əhəmiyyətli dərəcədə dəyişdirilmiş, eyni zamanda torpaq sahələrinin yerləşməsi başqa cür göstərilmişdir. Belə olduğu halda Mülki Məcəllənin göstərişi mütəxəssis rəyinə münasibətdə üstün hüquqi qüvvəsi var və çıxarışlarda olan cizgilər və kordinatlar rəhbər götürülməlidir. Çıxarışda torpaq sahələrinin kordinatları olduğu halda mütəxəssis həmin kordinatları hardan almışdır? Hesab edir ki, özü bilə-bilə sürüşdürüb ki, orada uyğunsuzluq əmələ gəlsin. Mütəxəssis rəyində 0,20 ha torpaq sahəsinə aşağıdakı kordinatlar göstərilmişdir. X=309518,2891- Y=4602564,5078 X=309528,2480- Y=4602529,6921 X=309581,1830-Y=4602544,4210 X=309571,1396-Y=4602579,5975. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəməyə sübut qismində təqdim olunan mütəxəssis və ekspertiza rəylərində Cavabdeh2 seriyası JN033; kod 30213038 olan dövlət aktı və reyestr nömrəsi **********45 nömrə ilə verilmiş torpaq sahəsinə dair çıxarışda göstərilən kordinatlarla rəydəki kordinatların müqayisəsini aparmamış və məsələnin araşdırılması üçün eksperti məhkəməyə dəvət etməmişdir. Mütəxəssis və ekspert rəyində Cavabdeh2 seriyası JN033; kod 30213038 kimi göstərilən dövlət aktı mövcud deyil həmin nömrəni onlar hardan alıblar bizə məlum deyil. Əslində JN033; kod 30213038 dövlət aktı Cavabdeh1 məxsus olub və onun əsasında çıxarış alınmışdır. MPM-in 102.1-ci maddəsinə əssən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəməyə sübut qismində təqdim olunan mütəxəssis və ekspertiza rəylərində Cavabdeh2 seriyası JN033; kod 30213038 olan dövlət aktı və reyestr nömrəsi **********45 nömrə ilə verilmiş torpaq sahəsinə dair çıxarışda göstərilən kordinatlarla rəydəki kordinatlar arasında fərq olduğu üçün ekspertin rəyi qeyri dəqiq olduğundan təkrar ekspertiza təyin olunmalı idi. Ekspert rəyinə etiraz edirlər və iş üzrə təkrar ekspertizanın keçirilməsini xahiş edirlər. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh2, cavabdehlərin nümayəndəsi Nümayəndə1 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdilər.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş İddiaçı nümayəndəsi (sədri) Nümayəndə2 apellyasiya şikayətlərinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçının hüquqi varisi Xaçmaz rayonu Nərəcan bələdiyyəsinin nümayəndəsi (sədri) Nümayəndə3 birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslər X4 və X5 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
22. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
23. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
24. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...)
25. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (...) 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
26. 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
27. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
28. 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
29. 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu
30. Maddə 33. Bələdiyyə mülkiyyəti (...)
2. Bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir. (..)
6. Bələdiyyə mülkiyyətindən yalnız Azərbaycan Respublikasının Konstitusiyasında və bu Qanunda nəzərdə tutulmuş bələdiyyə vəzifələri üçün istifadə oluna bilər. (...)
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
32. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
33. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
35. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
36. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)
38. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
39. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 28 noyabr 2023cü il tarixli, 2(067)-168/2023 nömrəli qətnaməsi ilkin iddia tələbi ilə bağlı hissədə dəyişdirilməlidir.
41. Baxılan mübahisə qanunsuz olaraq zəbt olunmuş gediş-gəliş yolunun açılması, torpaq sahəsinin qanunsuz istifadədən geri alınması ilə bağlıdır. Belə ki, iddiaçı dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmayaraq, qanunsuz sahibliyin davam etdirilməsinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür.
42. “Azərbaycan Respublikasında bələdiyyələrin bişləşdirilməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 25 noyabr 2024-cü il tarixli Qanununa əsasən Xaçmaz rayonu üzrə Mürşüdoba, Nərəcan, Palçıqoba və Uzunoba bələdiyyələrinin əhatə etdiyi Ağaşirinoba, Ağtala, Baraxum, Çiləgir, Çinartala, Xəzərli, Qıraqlı, Manafoba, Meçitoba, Mənçəroba, Mürşüdoba, Nərəcan, Palçıqoba, Sabiroba, Şərifoba, Şıxlı, Tikanoba, Uzunoba və Yataqoba kəndlərində Nərəcan Bələdiyyəsi yaradılmışdır.
43. Nərəcan Bələdiyyəsi iş üzrə İddiaçı hüquqi varisi kimi işə cəlb edilmişdir.
44. Apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası tərəflər arasında mübahisəli məsələlərə obyektiv aydınlıq gətirilməsi üçün Sumqayıt Apellysiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-572/2024 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tikinti ekspertizası təyin etmişdir.
45. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 3-21-3-34/2-7652/2024 nömrəli, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/5931 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, qeydiyyat tarixi xx.xx.2022-ci il, reyestr nömrəsi **********32 olan çıxarışa əsasən Xaçmaz rayonu, Çinartala kəndində yerləşən cavabdeh X3 xüsüsi mülkiyyətində olan 2.0726 ha torpaq sahəsi naturada plan və ölçü sənədində göstərilən koordinatlara uyğun deyil, koordinatlarında sürüşmə mövcuddur. Qeydiyyat tarixi xx.xx.2022-ci il, reyestr nömrəsi **********45 olan çıxarışa əsasən Xaçmaz rayonu, Çinartala kəndində yerləşən Cavabdeh2 Şıxnəzər qızının xüsüsi mülkiyyətində olan 0.2041 ha torpaq sahəsi naturada plan və ölçü sənədində göstərilən koordinatlara uyğun çəpərə çəkilimişdir. Lakin torpaqların elektron uçotu informasiya (TEKUİS) sisteminə əsasən plan-ölçüsundə olan koordinatları ümumi istifadədə olan gediş-gəliş yolun bir hissəsinin üzərinə düşür. Həmin torpaq sahələrinin kənarında digər torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yol mövcuddur. Gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan həmin yolun şimal-şərq tərəfdən 0.053 ha hissəsi cavabdehlər tərəfindən tutulmuşdur.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin mütəxəssis rəyi və onun əsasında verilmiş ekspert rəyinin əsassızlığı barədə dəlillərini, ekspert və mütəxəssis rəylərində aydın və tam olmayan məlumatların olmasını və ziddiyyət doğuran halları nəzərə alaraq xx.xx.2024-cü il tarixli, 2(105)-572/2024 nömrəli qərardadla iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin etmişdir.
47. xx.xx.2024-cü il tarixdə yerli baxış zamanı Xaçmaz rayonu, Çinartala kəndi ərazisində mübahisə predmeti olan torpaq sahəsinə gedən gediş-gəliş yolunun olması, iddiaçının iddia etdiyi yolun ərazisində cavabdeh tərəfin ağaclar əkməsi, torpaq sahəsinin aşağı sol hissəsində qonşu torpaq sahəsində tikilməkdə olan yarımçıq tikilinin olması müəyyən olunmuşdur. Yerli baxış iclasında iştirak edən mütəxəssis S.Abbasov verilmiş suallara cavab olaraq bildirmişdir ki, X6 X8 (TEKUİS) əsasən plan-ölçüdə olan koordinatlar ümumi istifadədə olan gediş-gəliş yolunun bir hissəsinin üzərinə düşür və həmin torpaq sahələrinin kənarında digər torpaq sahələrinə gediş-gəliş uçün nəzərdə tutulmuş ümumi istifadədə olan yol mövcuddur. Bundan başqa, torpaq sahəsinə dair təqdim edilmiş sənədlərə baxış keçirilmiş və reyestr xidmətinin mütəxəssisi tərəfindən müvafiq izahlar verilməklə torpaq sahəsinin sənədləri ilə bağlı dəqiqləşdirmə aparılmışdır.
48. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 3-21-3-34/2-13922/2024 nömrəli, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7267 nömrəli, xx.xx.2025-cü il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, gediş-gəliş üçün nəzərdə tutulan ümumi istifadədə olan şimal-şərq tərəfdən X6 uçotu informasiya (TEKUİS) sisteminə əsasən cavabdehlərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları daxilində yerləşmir. Qeydiyyat tarixi xx.xx.2022-ci il, reyestr nömrəsi **********32 olan çıxarışa əsasən Xaçmaz rayonu, Çinartala kəndində yerləşən cavabdeh X3 xüsusi mülkiyyətində olan 2.0726 ha və qeydiyyat tarixi xx.xx.2022-ci il, reyestr nömrəsi **********45 olan çıxarışa əsasən Xaçmaz rayonu, Çinartala kəndində yerləşən Cavabdeh2 Şıxnəzər qızının xüsusi mülkiyyətində olan 0.2041 ha torpaq sahələrinin plan və ölçüsü sənəddəki plan və ölçü sənədindəki koordinatlarının, torpaqların elektron X13ndəki (TEKUİS) koordinatlara faktiki naturaya uyğun dəyişdirilmişdir. Dəyişmənin səbəbi “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanın 2.3-cü bəndinə əsasən X6 X13nin yaradılması və rəqəmsal kadastr xərtiəsinin tərtib edilməsi, torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd,yerləşmə və konfuqrasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerqruluşu qaydasında aradan qaldırlmasını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Həyata keçiriləcək tədbirlər çərçivəsində adıçəkilən ərazidə yerləşən torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. Torpaqların elektron uçot informasiya sistemi (TEKUİS) nəzərə alınsa yolun həmin 0.053 ha hissəsi cavabdehlərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları daxilində yerləşmir. Cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahələri X6 uçotu informasiya (TEKUİS) sistemində olan koordinatlara uyğundur. Yolun şimal-şərq tərəfindən 0.053 ha hissəsinin cavabdehlər tərəfindən istifadə olunduğu torpaq sahəsinin iddiaçının (bələdiyyənin) mülkiyyətində olması X6 uçotu infomasiya (TEKUİS) sisteminə uyğun olan xəritələr əsasında müəyyən edilmişdir. Gediş-gəliş üçün nəzərdə tutulan ümumi istifadədə olan yolun şimal-şərq tərəfdən 0.053 ha hissəsi cavabdehlər tərəfindən torpaq sahəsinə birləşdirilməklə, meyvə ağacları əkməklə və çəpər çəkməklə tutulmuşdur. Gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan həmin yolun şimal-şərq tərəfdən 0.053 ha hissəsi cavabdehlər tərəfindən tutulmuşdur.
49. Kollegiya qeyd edir ki, X6 X13 (TEKUİS) - Azərbaycan Respublikasında torpaqların elektron uçotunun aparılması, torpaq balansının əldə edilməsi, torpaq və geobotaniki tədqiqatın aparılması, inzibati ərazi vahidlərinin, dairələrinin və bələdiyyələrin sərhədlərinin formalaşdırılması, torpaqlardan istifadə və onların mühafizəsi, yerquruluşu və müxtəlif tip xəritələrin (rayon, şəhər, bələdiyyə və s.) hazırlanması və s. işlərin icrasının təmin edilməsi məqsədilə hazırlanaraq istifadəyə verilmişdir.
50. İş üzrə cavabdehlər mövcud mütəxəssis və ekspert rəylərinin əsassızlığına dair məhkəməyə sübut təqdim etmədiyindən, məhkəmə kollegiyası yuxarıda adı çəkilən ekspert rəylərini MPM-in 103-cü maddəsinə əsasən hazırkı iş üzrə mötəbər sübut kimi qiymətləndirir.
51. Belə ki, ekspert mütəxəssis rəyini əsas götürməklə rəy vermişdir. Mütəxəssis rəyindən isə müəyyən olunur ki, həmin rəy tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinin mövqeyi, ölçüləri və ərazinin koordinatlarını naturadan plana alınaraq kameral şəraitdə, elektron uçot baza və ortofoto materialları üzərində dəqiqləşdirilmə aparılmaqla verilmişdir.
52. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
53. Həmin Məcəllənin 48.5-ci maddəsinə əsasən, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar.
54. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
55. Ekspert və mütəxəssis rəylərindən göründüyü kimi mübahisə predmeti olan yol iddiaçı bələdiyyənin mülkiyyətindədir. Ümumi istifadədə olan həmin yolun şimal-şərq tərəfdən 0.053 ha hissəsi cavabdehlər tərəfindən başqa təyinatla istifadə edilir.
56. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mübahisəli gediş-gəliş üçün nəzərdə tutulan kənd yolunun 0.053 ha hissəsinin cavabdehlərin sahibliyindən və isitfadəsindən alınaraq iddiaçının mülkiyyətinə qaytarılması hissəsində ilk iddia tələbi əsaslıdır.
57. Kollegiya qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Palçıqoba kənd bələdiyyəsinin sədri Müsayib Aslanovun gizli olaraq qohumuna məxsus ağır texnika (ekskavator) ilə torpaq sahəsinə çınqıl daş tökərək əkin biçin etdikləri kənd təsərrüfatı təyinatlı torpaq sahələrini yararsız vəziyyətə salmasını, torpaq sahəsinin hasarını ağır texnika vasitəsilə qanunsuz olaraq sökdürməsini, ictimaiyyət arasında nüfuzlarına xələl vurduğunu göstərərək maddi və mənəvi ziyanın əvəzi olaraq 5000 manat tələb etsələr də, məhkəməyə bu tələbin əsasını təşkil edən mötəbər sübut növü təqdim edə bilməmişlər. Odur ki, məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi iş üzrə nəticəni mahiyyətcə düzgün hesab edir.
58. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Beləliklə məhkəmə kollegiyası iş üzrə təqdim olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(067)-168/2023 nömrəli qətnaməsi ilk iddia ilə bağlı hissədə dəyişdirilməli, qeydiyyat tarixi xx.xx.2022-ci il, reyestr nömrəsi **********32 olan çıxarışa əsasən Xaçmaz rayonu, Çinartala kəndində yerləşən cavabdeh X3 xususi mülkiyyətində olan və qeydiyyat tarixi xx.xx.2022-cl il, reyestr nömrəsi **********45 olan çıxarışa əsasən Xaçmaz rayonu, Çinartala kəndində yerləşən Cavabdeh2 Şıxnəzər qızının xüsusi müikiyyətində olan torpaq sahələrinin yanından keçən gediş-gəliş üçün nəzərdə tutulan kənd yolunun 0.053 ha hissəsi (mütəxəssis rəyinə əlavə edilən sxem üzrə) cavabdehlərin sahibliyindən və isitfadəsindən alınaraq İddiaçı hüquqi varisi Nərəcan bələdiyyəsinin mülkiyyətinə qaytarılmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
60. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumilikdə dəyəri olan - 150 manat ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(067)-168/2023 nömrəli qətnaməsi ilk iddia ilə bağlı hissədə dəyişdirilsin. Qeydiyyat tarixi xx.xx.2022-ci il, reyestr nömrəsi **********32 olan dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu, Çinartala kəndində yerləşən cavabdeh X3 xususi mülkiyyətində olan və qeydiyyat tarixi xx.xx.2022-cl il, reyestr nömrəsi **********45 olan dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu, Çinartala kəndində yerləşən Cavabdeh2 Şıxnəzər qızının xüsusi müikiyyətində olan torpaq sahələrinin yanından keçən gediş-gəliş üçün nəzərdə tutulan kənd yolunun 0.053 ha hissəsi (mütəxəssis rəyinə əlavə edilən sxem üzrə) cavabdehlərin sahibliyindən və isitfadəsindən alınaraq İddiaçı hüquqi varisi Nərəcan bələdiyyəsinin mülkiyyətinə qaytarılsın. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 150 (bir yüz əlli) manat ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.