Məhkəmə qərarları › İş №2(102)-3041/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3041/2023

05.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3041/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ilk, Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı iddia tələbləri barədə iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi), maddi və mənəvi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pay torpağının tələbi və maddi-mənəvi zərərin ödənilməsi barədə ilk, Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməs i və pul barədə qarşılıqlı iddiaları üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-480/2023 nömrəli iş üzrə 24 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 05 oktyabr 2023-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1, X13, X14, X11 və X7 Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyul 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 3,21 ha torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaqdan çıxarılma və maddi ziyanın alınması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, onlara dövlət tərəfind ən verilən pay torpaq sahəsini özləri əkib-becərmək istəyir. Belə ki, 2004-cü ildə qonşusu Cavabdeh ondan 3,21 ha pay torpağını əkib becərmək üçün istəmişdir. Hər il bir hektara görə 1,500 ton taxıl verməsini ümumilikdə 4.500 ton taxıl verməyi razılaşmışdır. Bir müddət keçdikdən sonra 2008-ci ildə onlar cavabdeh ilə razılaşmışdır ki, hər hektara görə 200 manat pul verəcək, ümumilikdə 3,21 ha torpağa görə 600 manat icarə pulu verəcək. 2017-ci ildə onlar dəfələrlə bildirib ki, cavabdeh onların torpaqlarından çıxsın. Cavabdeh isə hər hektara görə 500 manat ümumilikdə 1500 manat onlara pul verəcəyini deyərək, onları aldatmışdır. 2021-ci ildə hətta cavabdehlə mübahisələri olmuş, onların pay torpağından çıxmasını bildirmişlər. Bərdə Rayon Polis Şöbəsinə yazılı surətdə ərizə vermiş və Polis Şöbəs indən onlara məhkəməyə müraciət etmək bildirilmişdir.

4. Cavabdeh öz növbəsində qarşılıqlı iddia ərizəsi, sonradan qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək “Torpağa mülkiyyət hüququna dair JN 192 KOD 61001018 nömrəli Dövlət Aktı əsasında X8 və onun ailə üzvlərinə məxsus olan 3.21 ha torpaq sahəsinin 2,0 hektarının ona satılmasına görə X8 2000-ci ildə ödədiyi 7100 manatın və həmin puldan 2000-ci ildən 2022-ci ilədək olan müddətdə 23 il ərzində istifadə etməklə faydalanmağa görə ona vurulmuş zərərin əvəzi olaraq illik 7.5 % dərəcəsi ilə 13.225 manatın beləliklə də cəmi 20325 manatın mərhum X4 hüquqi varisi (vərəsəsi olan) oğlu cavabdeh İddiaçı1 bilavasitə tutulub ona ödənilməsi, 2021-2022-ci ildə 2,0 ha yonca yonca nı biçməyinə imkan verməyərək ona vurduqları maddi ziyanın əvəzi olaraq cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada 8400 manatın və həmin 2.0 ha torpaq sahəsinə 2020-ci ildə 7 illik yonca toxumu əkməyinə çəkdiyi xərclər olan 3000 manatın, beləliklə də cəmi 11400 manatın tutulub ona ödənilməsinə, hazırkı mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olanadək cavabdehlər İddiaçı1 və İddiaçı2 mübahisə predmeti olan 2,0 ha torpaq sahəsindən istifadə etməyinə maneçilik törətmələrinin qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o 2004-cü il tarixdə həmkəndlisi olan İddiaçı1 Bərdə rayonu, Alpout kəndində yerləşən 2 ha pay torpaq sahəsi almışdır. 2 ha pay torpaq sahəsini cavabdehlərdən alarkən aralarında 2004-cü il t arixdə şifahi alqısatqı olmuşdur. O, torpaq sahəsini qardaşının qaynanası Tamella Məmmədovadan almışdır. Torpaq sahəsini aldığı zaman o, 4800 manat və 2300 manat ödəmişdir. X2 üçün şifahi alqı-satqı hazırkı iddiaçılar tərəfindən olmuşdur. Qohum olduqları üçün qeyd edilən torpaq sahəsini rəsmi olaraq adına sənədləşdirməmişdir. İddiaçılar 2 ha torpaq sahəsini onun adına sənədləşdirmələrini bildirsə də, rəsmi olaraq adına sənədləşdirməkdən imtina edirlər. Hal-hazırda iddiaçılardan rəsmi olaraq 2 ha torpaq sahəsini aldığı gündən bu vaxta qədər o və ailə üzvləri istifadə edirlər. Lakin indi isə iddiaçılar torpaq sahəsini qanunsuz zəbt ediblər və orada əkib becərdikləri yoncanı biçməyinə icazə vermirlər. Həmin torpaq sahəsini o, alması üçün ödənişlər etmiş, indi isə hazırkı iş üzrə cavabdehlər m əhkəməyə müraciət edərək, ondan torpaq sahəsini tələb edirlər.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında verərək bildirmişdir ki, İddiaçı1 onun doğma qardaşı, cavabdeh isə qaynıdır. Qardaşları Rusiya Federasiyasında yaşadıqlarından onlara verilmiş pay torpaqlarını əkib-becərən olmamışdır. Anası xırda alverlə məşğul olmuş və alver üçün lazım gəldikcə tez-tez qaynı İlhamdan borca pul almışdır. Təqribən 20 il əvvəl o, həmin pay torpaqlarının 2.0 ha hektarını satmağa qərar vermişdir. O, anası və İlham öz aralarında 2,0 hektar torpaq sahəsini qiymətləndirəndən sonra razılaşmışlar ki, anası İlhama olan pul borcun əlavə olaraq İlham anasına 2.300 manat da versin və fürsət düşən kimi həmin 2,0 hektar torpaq sahəsini İlhamın adına sənədləşdirsinlər. Həmin vaxtdan sonra bütün ai lə üzvləri və kənd sakinlərinin əksəriyyəti bilmişdir ki, anası sərəncamında olan 3,21 hektar pay torpağının 2,0 hektarını qayını İlham nağd pul ilə anasından almışdır. Anası ilə danışıq şərtlərinə əsasən, İlham qalan 1,21 hektarına bir il üçün ümumilikdə 200 manat ödəyərək oranı da əkib becərməyə başlamışdır. Bir neçə il ərzində 1,2 hektarın icarə haqqını İlham anasına ödəmişdir. Torpaqla bağlı vergilərin pulunu da İlham anasına vermişdir. Təqribən 10 il əvvəl qardaşı Taleh Rusiyadan qayıdıb gəlmişdir, anasının xahişi ilə İlham icarəsində olan 1,21 ha torpaq sahəsini əkib becərməsi üçün Talehə qaytarmışdır və həmin vaxtdan icarə haqqı ödəməmişdir. Bütün dövrlərdə nə Taleh nə də ailələrinin digər üzvləri İlhamın istifadəsində olan 2,0 hektar torpaq sahəsi ilə əlaqədar İlhama qarşı narazı lıqları olmayıb. Əksinə, qaynı İlham 2,0 hektar torpaq sahəsinin onun adına rəsmiləşdirilməsini tələb edərək, hər dəfə bir səbəb çıxarmışdır. Əsas səbəb isə qardaşı Ədalətin və onun ailəsinin Rusiyada yaşamaları və lazım olanda kəndə gələ bilməmələri olmuşdur. Təqribən 2-3 ay olar ki, kəndlərindəki pay torpaqlarının bahalaşmasını əsas gətirərək qardaşı Taleh təqribən 20 il əvvəl anasının İlhama satmış olduğu 2,0 torpaq sahəsinin alqı-satqısını mübahisələndirməyə və heç bir əvəzi ödənilmədən həmin torpaq sahəsinin ona qaytarılmasını İlhamdan tələb etməyə başlamışdır. İlham isə belə olduğu təqdirdə 2,0 hektar torpaq sahəsinin dəyərinin hazırkı qiymətlə ona ödənilməsini, üstəlik də biçilməmiş yoncanın dəyərini ödəməyi Talehdən tələb etmişdir. Bu cür mübahisələr hazırda qardaşı Taleh və qaynı arasında düşmənçiliyə səbəb olmuşdur. Qardaşı Talehin haqsız olduğunu nə qədər ona izah etməyə çalışsalar da o, heç kimi eşitmir.

7. Birinci instansiya məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(021)2549/2021 saylı qərardadı ilə iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəydə qeyd olunmuşdur ki, cavabdeh X22 tərəfindən iddiaçıların 2.006 ha torpaq sahəsi istifadə edilir.

8. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Bərdə rayonu, Alpout bələdiyyəsi tərəfindən verilmiş 015 tarixli, 16 iyun 2022-ci il tarixli arayışa əsasən, X5 və ailə üzvlərinin 2 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən hal-hazıradək Cavabdeh istifadə edir.

9. Birinci instansiya məhkəməsində icraat zamanı X21, X17, X18, X15 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişlər.

10. Bərdə Rayon Məhkəməsinin 2(021)-199/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Əhmədov) ilk iddia qismən təmin edilərək, cavabdehin iddiaçıların mülkiyyətində olan Bərdə rayonu, Alpout kəndində yerləşən 2.06 ha torpaq sahəsindən çıxarılması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın isə rədd olunması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 24 iyun 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 335.2, 336.2-ci, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarlarına istinad edərək gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli pay torpağı şifahi razılaşma əsasında Cavabdeh istifadəsində olduğundan həmin torpaq iddiaçılara qaytarılmalı, maddi və mənəvi ziyanla bağlı sübutlar və dəlilləri məhkəməyə təqdim edə bilmədiklərindən ilkin iddia həmin hissədə təmin edilməməlidir.

12. Qarşılıqlı iddiaya münasibətdə isə məhkəmə qeyd etmişdir ki, Cavabdeh öz qarşılıqlı iddiasının əsasını sübut edə bilməmiş, torpaq sahəsinin ona verilməsi v ə ya satılması, mülkiyyətində olması barədə hər hansısa bir dəlili məhkəməyə təqdim etmədiyindən qarşılıqlı iddia tələbi təmin edilməməlidir.

13. Məhkəmə, həmçinin, öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin onun qarşılıqlı iddiasının təmin edilməməsi hissəsində ləğv edilməsini və onun qarşılıqlı iddiasının təmin edilməsini xahiş etmişdir.

15. Şikayət onunla əsaslandırılmışdır ki, Tamella Hüseynovanın o vaxt ona hazırkı nominasiya ilə 4800 manat borcu var idi. Tamella Hüseynova ilə belə razılaşmışlar ki, ona daha 2300 manat (hazırkı nominasiya ilə) pul versin, beləliklə 4800 manat borcu da nəzərə alınmaqla cəmi 7100 manata sözügedən torpağın 2,0 hektarını ona satır, qalan 1.21 ha torpaq sahəsini müddətsiz olaraq ona istifadəyə verir, əvəzində isə ona hər il üçün 200 manat pul, yaxud 500 kq taxıl verir. Tamella Hüseynova ilə bu razılaşmanı rəsmiləşdirmədilər. Çünki, həmin vaxt onun JN:192 KOD 61001018 nömrəli Dövlət Aktında adları olan ailə üzvlərinin çoxu Rusiyada yaşayıb-işləyirdilər, Tamella Hüseynova bildirdi ki, özü Rusiyada onların yanına gedib-gələndə torpağın 2 hektarını ona satılmalarına razı olmalarına dair notariat təsdiqli yazılı ərizələrini alıb gətirəcəkdir. Tamella Hüseynovaya 7100 manat pul verib 2 ha torpaq sahəsini almağına dair adi (sadə) formada hər hansı bir sənədləşmə etməyə də ehtiyac bilməmişdir. Beləliklə, 2000-ci ildən başlayaraq 2017-ci ilə kimi həm 7100 manata aldığı 2 ha torpaq sahəsindən, həm də 1.21 ha torpaq sahəsindən istifadə edir, orada hər il müxtəlif kənd təsərrüfatı məhsulları əkib-becərimişdir. Tamella Hüseynova vəfat edənədək, yəni 16 avqust 2015-ci il tarixədək olan müddətdə razılaşdığı kimi hər il ya 200 manat pul, ya da 500 kq taxıl ona vermişdir. 2017-ci ildə X1 X19 birdəfəlik qayıdaraq Azərbaycana gəldi. Onunla aralarında heç bir narazılıq, tələb və s. olmadan 1.21 hektar torpaq sahəsini elə həmin il ona qaytardı. Qalan 2 ha torpaq sahəsinin ona satılmasının rəsmiləşdirilməsini də ondan və bacısı Samirədən xahiş etmiş, lakin söz versələr də, etməmişlər. 2021-ci ilin yazından başlayaraq İddiaçı1 və İddiaçı2 gözləmədiyi halda ondan tələb etd ilər ki, həmin 2 hektar torpaq sahəsini onlara qaytarsın, anaları torpağı satmayıb, icarəyə-istifadəyə verib. Onlar tərəfindən edilən narazılıqlara və maneçiliklərə baxmayaraq sözügedən 2 ha torpaq sahəsinə əkdiyi yoncanı 2021-ci ilin ay ayında 1 dəfə biçə bilmişdir. 2021-ci ilin iyun ayında isə İddiaçı1 və bacısı İddiaçı2 gəlib özügedən 2 ha yonca sahəsini zəbt etmiş və bununla da ona maddi ziyan vurmuşlar. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, qərardadı ilə onun "Müvəqqəti təminat tədbirinin tətbiqi barədə" ərizəsini təmin edərək qət etmişdir ki, "Cavabdehlər İddiaçı1 və İddiaçı2 Cavabdeh istifadəsində olan 2,0 ha torpaq sahəsinə əkdiyi yoncanı biçməyinə maneçilik törətmələri qadağan edilsin və onların qanunsuz hərəkətlərinə mülki iş üzrə məhkəmənin yekun qərarı qanun i qüvvəsini alanadək son qoyulması müəyyən edilsin. Həmin qərardad öz-özlüyündə sübut edir ki, cavabdehlər həqiqətən də 20212022-ci illərdə ona yonca sahəsini biçməyə imkan verməməklə ümumilikdə 11400 manat məbləğində maddi zərər vurmuşlar.

16. İddiaçılar apellyasiya şikayətinə etiraz ünvanlayaraq qeyd etmişlər ki, cavabdehin iddia etdiyi kimi mübahisəli torpaq sahəsi barəsində hər hansı müqavilə bağlanmış olsa idi, həmin müqavilə yazılı formada tərtib edilməli idi. İş materiallarından məlum olduğu kimi cavabdeh məhkəməyə mübahisəli torpaq sahəsinə dair belə bir yazılı müqavilə təqdim etməmişdir. Mübahisəli torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar olaraq cavabdeh tərəfindən T.Y.Məmmədovaya cəmi 7100 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair cavabdehin dəlilləri də əsassızdır. Çün ki, sözügedən alqı-satqı müqaviləsi ümumiyyətlə mövcud deyil. Cavabdeh apellyasiya şikayətində mübahisəli torpaq sahəsinə 7 illik yonca toxumu əkmiş, bu işə 3000 manat məbləğində pul xərclədiyini qeyd etmişdir. Lakin cavabdeh apellyasiya şikayətinin bu dəlilini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, Torpağa mülkiyyət hüququna dair JN: 192 KOD 61001018 nömrəli Dövlət aktına əsasən 3,21 ha torpaq sahəsi iddiaçılarla yanaşı mərhum X6, mərhum X12, X9 və X3 ümumi birgə mülkiyyətindədir. Mərhum T.Y.Hüseynovanın sözgedən 3,21 ha torpaq sahəsindəki payı və həmin payın miras şəklində hansı vərəsələrin qəbul etməsi müəyyən edilmədən iddiaçılardan 7100 manat məbləğində pul vəsaitinin tutulmasına dair cavabdeh tərəfindən tələbin irəli sürülməsi qanunsuzdur.

17. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-480/2023 nömrəli, 24 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – A.Hüseynzadə (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və İ.Həsənov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, cavabdeh ilə mərhum Tamella Hüseynova arasında 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alğı-satqı barədə nəinki yazılı hətta, şifahi qaydada hər hansı bir əqdin bağlanması sübut olunmamaqdadır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X10 ifadəsi isə Cavabdeh ilə mərhum Tamella Hüseynov a arasında şifahi alqı-satqı müqaviləsinin bağlanması, o cümlədən 7100 manatın Cavabdeh tərəfindən mərhum Tamella Hüseynovaya ödənilməsinin müəyyən edilməsi üçün mötəbər sübut hesab edilə bilməz. Belə ki, ilk iddia üzrə iddiaçının apellyasiya şikayətinə qarşı olan etirazında qeyd etdiyi kimi şahid S.S.Hacıyeva iddiaçıların bacısı, cavabdehin isə qardaşının arvadı olmaqla, mübahisə üzrə obyektiv və düzgün ifadə verə bilməsi şübhəlidir. S.S.Hacıyeva müxtəlif amillərin, o cümlədən əri tərəfdən olan qohumlarının təsiri, bununla bağlı ailəsində sözsöhbətin yaranmaması və s. səbəbdən məhkəmədə Cavabdeh xeyrinə ifadə vermiş olması ehtimalı yüksəkdir. Hərçənd ki, həmin şahid apellyasiya icraatı zamanı təkrar dindirilməsi üçün ilk iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, lakin məhkəm ə kollegiyası tərəfindən qeyd olunan əsaslara görə onun dindirilməsindən imtina edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh ilə mərhum Tamella Hüseynova arasında 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair hər hansı bir razılaşmanın olması, o cümlədən həmin alqı-satqı müqaviləsi üzrə 7100 manatın Cavabdeh tərəfindən mərhum Tamella Hüseynovaya ödənilməsi sübut olunmamaqdadır. 7100 manatın verilməsi sübut olunmadığından 2000-ci ildən 2022-ci ilədək olan müddətdə 23 il ərzində həmin puldan istifadə etməklə faydalanmağa görə vurulmuş zərərin əvəzi olaraq illik 7.5 % dərəcəsi ilə 13.225 manatın tələb edilməsi də əsassız olmuşdur..

19. Məhkəmə kollegiyası, yoncanın biçilməsinə imkan verilməməsinə görə vurulmuş zərərə və çəkilmiş xərc tələbinə münasibətdə qeyd etmişdir ki, işin hallarına əsasən müəyyən edilir ki, məhkəməyə iddia verilməmişdən bir neçə il əvvələ kimi ilk iddia üzrə iddiaçılar cavabdehin torpaq sahəsini onların istifadəsinə qaytarılmasını tələb etsələr də, cavabdeh torpaq sahəsini geri qaytarmamışdır. Belə olduğu təqdirdə isə həmin torpaq sahəsi ilk iddia üzrə cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsi olmuşdur. Mülki Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Hazırkı işin hallarına görə də ilk iddia üzrə iddiaçılar hazırkı vaxtadək torpaq sahəsindən istifadə edə bilmədiklərinə görə həmin torpaq sahəsindən də hər hansı bir gəlir əldə etməsi müəyyən edilməmişdir. Digər tərəfdən Torpaq Məcəlləsinin 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

20. Məhkəmə kollegiyası cavabdehin JN: 192 KOD 61001018 nömrəli dövlət aktına əsasən mübahisə predmeti olan 2 ha torpaq sahəsinin mülkiyyətçilərinin təkcə iddiaçıların deyil, Ədalət Məmmədov və onun ailə üzvlərinin də mülkiyyətçi olmasını, o cümlədən İddiaçı1 və İddiaçı2 vəfat etmiş valideyinlərinin qanuni vərəsələri olmalarına dair şəhadətnamələrinin olmaması ilə bağlı onların iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamaları ilə bağlı dəlilinə münasibətdə isə qeyd etmişdir ki, yuxarıda qeyd olunan Mülki Məcəllənin 213.6-cı maddəsinin tələbindən də göründüyü kimi, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Digər tərəfdən qarşılıqlı iddia üzrə iddiaçı qətnamənin ilk iddianın təmin edilmiş hissəsindən şikayət verməmişdir ki, bununla da qətnamə həmin hissədə qanuni qüvvəsini almış hesab olunur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və onun qarşılıqlı iddiasının təmin edilməsini xahiş etmişdir.

22. Şikayə t qarşılıqlı iddia ərizə və apelyasiya şikayətinin dəlilləri ilə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçiləri təkcə İddiaçı1 və İddiaçı2 deyil deyildir, digər mülkiyyətçilər olan valideynləri-atası Saleh Məmmədov və anası Tamella Hüseynova vəfat etmişlər, Ədalət Məmmədov və onun ailə üzvləri onun torpaqdan çıxmasını tələb etmirlər, bu barədə iddiaçılara etibarnamə verməmişlər ki, məhkəmədə iddia qaldırsınlar, həmçinin onların valideynlərinin qanuni vərəsələri olmalarına dair şəhadətnamələri yoxdur. Bundan başqa, məhkəmələr şahid Sədaqət Hacıyevanın ifadəsini nəzərə almamış və ona hüquqi qiymət verməmişlər. Belə ki, şahid iddiaçıların doğma bacısıdır. O, öz bacısı və qardaşına qarşı yalan ifadə verə bilməzdi. b) Kassasiya şikayətinə qarşı eti razın dəlilləri

23. Kassasiya şikayətinə qarşı İddiaçı1 tərəfindən etiraz daxil olmuşdur. Etiraz iddia ərizəsi və apelyasiya şikayətinə etirazla eyni dəlillərlə əsaslandırılmışdır. Tətb Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu b ütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan vəya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

27. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 28. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

29. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zəru rətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qarşılıqlı iddiaçı apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etmiş olsa da, dəlilləri qarşılıqlı iddianın təmin olunmaması hissəsi ilə bağlıdır. Eyni zamanda apellyasiya şikayəti ilə məhz təmin olunmayan qarşılıqlı iddiaya aid hissə mübahisələndirilmişdir. Bu baxımdan hazırda qarşılıqlı iddianın təmin olunmayan hissəsi mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddiaçının hazırki kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma il ə tam razılaşır.

34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə qarşılıqlı iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin lə ğv edilməsi üçün əsas təşkil etmir.

36. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 416, 417 və 419- cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2023-cü il tarixli 2(104)-480/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar