Məhkəmə qərarları › İş №2(021)-1997/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1997/2024

08.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1997/2024 08.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “JN-076A KOD-61004048 saylı Torpaq mülkiyyət hüququna dair Şəhadətnamənin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Qaradırnaq kəndində yerləşən 0.19 ha torpaq sahəsi üçün X1 Komissiyasının 25 iyul 1998-ci il tarixli 10 saylı qərarı ilə verilmiş JN-076A KOD- 61004048 saylı Torpaq mülkiyyət hüququna dair Şəhadətnamənin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsini və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, İddiaçı iddia tələbi mülki məhkəmə icraatı qaydasında baxılmalı işlərə aid olmadığından iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, torpaq mülkiyyət hüququna dair Şəhadətnamə mülki hüquq münasibətlərindən yaranan şəhadətnamə olmamışdır. Həmin şəhadətnamə Aqrar İslahat Komissiyasının qərarı ilə mülkiyyətə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “JN-076A KOD-61004048 saylı Torpaq mülkiyyət hüququna dair Şəhadətnamənin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 151-152-ci maddələrini rəhbər tutaraq , QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı “JN-076A KOD-61004048 saylı Torpaq mülkiyyət hüququna dair Şəhadətnamənin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu 100 (bir yüz ) manat geri qaytarılsın. İddiaçıya hazırkı tələbə inzibati icraat qaydasında baxılması üçün müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar