Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-20/2023 27.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi və X2 ərizə ilə məhkəməyə müraciət edərək, X6 və X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Ərizəçilər ərizəsini onunla əsaslandırmışdır ki, X11 1925-ci il təvəllüdlü, X7 xx.xx.1969-cu il il təvəllüdlüdürlər. Ərizəçilərdən Ərizəçi X6 oğlu, X3 isə qardaşıdır. Ərizəçilərdən X2 isə X6 gəlini, X3 qardaşı arvadıdır. X11 1-ci qrup Böyük Vətən müharibəsinin əlilidir. Ə.Kərimov özünü idarə edə bilmir, heç kimi tanımır. X7 isə anadangəlmə əqli qüsurludur. 2-ci qrup ömürlük əlildir. X11 və X7 ata-baladır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən qətnamə qəbul olunmasını xahiş etmişlər. Daha sonra ərizəçilərdən Ərizəçi həcmin azaldılması barədə ərizə verərək X1nun vəfat etdiyindən ərizənin ona münasibətdə baxılmamasını xahiş etmişdir. Daha sonra ərizəçilərdən X2 ərizə verərək ona münasibətdə işə baxılmamasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsi müdafiə edərək, bacısı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE № 16989930 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Bərdə rayon Lənbəran kəndində anadan olmuşdur. Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE № 04315069 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1969-cu il tarixdə Bərdə rayon Lənbəran kəndində anadan olmuşdur. Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon qeydiyyat şövəsi tərəfindən verilmiş Doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. X1, anası X5r. Mülki işə əlavə edilmiş Bərdə rayon qeydiyyat şövəsi tərəfindən verilmiş Doğum haqqında arayışdan görünür ki, X7 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. X1, anası X5r. Mülki işə əlavə edilmiş DSMF-nun Bərdə rayon şöbəsinin arayışından görünür ki, X7 2-ci qrup ömürlük əlildir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza X12 X18 Ambulator Şöbəsinin 158 saylı xx.xx.2023-cü il tarixli rəyində qeyd olunur ki, X4 hal-hazırda epilepsiya, qıcolma tutmaları, ağil zəifliyi və ifadə olunmuş davranış pozuntulari ilə XBT-10 (psixi davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F02.8 xəstəliyi müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işindəki tibbi sənədlər (TSEK-də müayinə aktından çıxarış), anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı özünü narahat və gərgin aparması, əhvalının davamsız, qeyri-adekvat olması, yaddaşının pozulması, fəkküründə konkretlik, primitivlik aşkar edilməsi, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin daralaraq fizioloji tələblərlə motivləşməsi, mülahizə və mühakimələrinin səthiliyi, abstrakt və məntiqi təfəkkürünün zəif olması, onda ifadə olunmuş davranış pozğunluqları müşahidə edilməsi, düşdüyü vəziyyətə tanqidinin zəifləməsi, intellektinin inkişafdan geri qalması və şəxsiyyətinin qüsurlu olması ve s.) sübut edir. İİ. Yekun hissəsi. Ekspert psixiatr mülki iş materiallarının, həmin mülki işindəki tibbi sənədlərin toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Sual 1. xx.xx.1969-cu il tarixdə anadan olmuş X7 psixi qüsurludurmu ruhi xəstəlikdən əziyyət çəkirmi? Cavab. xx.xx.1969-cu il tarixdə anadan olmuş X7 EPİLEPSİYa QİCOLMA TUTMALARİ, AĞİL ZƏİFLİYİ VƏ İFADƏ OLUNMUŞ DAVRANİŞ POZUNTULARİ İLƏ XBT- 10 (Psixi va davranış pozuntularının beynəlxalq təsnifatı -10 baxış) F02.8 xəstəliyindən əziyyət çəkir. Sual 2. xx.xx.1969-cu il tarixdə anadan olmuş X8 öz hərəkətləri mənasını başa düşüb öz hərəkətlərini idarə edə bilirmi? Cavab, xx.xx.1969-cu il tarixdə anadan olmuş X9 öz hərəkətləri mənasını başa düşüb öz hərəkətlərini idarə etmək qabiliyyətində deyil. Sual 3. xx.xx.1969-cu il tarixdə anadan olmuş X7 fəaliyyət qabiliyyətsiz hesab oluna bilərmi? Cavab. xx.xx.1969-cu il tarixdə anadan olmuş X7 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab olunur. Mülki işə əlavə olunmuş dövlət rüsumundan görünür ki, ərizəçi 10 manat dövlə rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.1969-cu il tarixdə anadan olmuş X7 öz hərəkətlərini mənasını anlamaq və tam idarə etmək qabliyyətində deyildir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1969-cu il tarixdə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1969-cu il tarixdə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-20/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-20/2023
27.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver