Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2006/2025 16.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə QƏTNAMƏ Açar sözlər: hüquqi əhəmiyyətli fakt, hüquq müəyyənedici sənəd Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ. Mülki işin mahiyyəti Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-321, KOD61008078 saylı Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçilər ərizəni belə əsaslandırmışdırlar ki, onlara və digər ailə üzvlərinə məxsus Bərdə rayon Alaçadırlı kəndində 0,88 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi vardır. Həmin torpağa mülkiyyət hüququna dair JN-321, KOD61008078 saylı dövlət verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-321, KOD61008078 saylı dövlət aktında texniki səhv olaraq mərhum ataları X4 ata adı texniki səhv olaraq "Bəhmən" kimi, Ərizəçi2 adı "Füzuli" kimi, Ərizəçi1 isə adı, soyadı "X7" kimi qeyd edilmişdir. Qeyd edilən dövlət aktında düzəliş edilməsi barədə DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsələr də, heç bir nəticəsi olmamışdır. Hazırda həmin torpaq sahəsinə mülkiyyət sənədi əldə etmək istəyirlər, lakin sənədlərdə uyğunsuzluq olduğundan mümkün olmamışdır. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında Ərizəçi2 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Digər Ərizəçi1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəli iclasında iştirak edən Ərizəçi1 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir.. İİİ. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Seriya AZE №03002419 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X19 xx.xx.1948-ci ildə anadan olmuşdur. Bərdə rayon Alaçadırlı kəndində qeydiyyatdadır. Seriya AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1976-ci ildə anadan olmuşdur. Bərdə rayon Alaçadırlı kəndində qeydiyyatdadır. Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1977-ci ildə anadan olmuşdur. Bərdə rayon Alaçadırlı kəndində qeydiyyatdadır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli №1423- 05/69 nömrəli Arayışdan görünür ki, X13 ilə X14 arasında nikah xx.xx.1977-ci il tarixdə 01 nömrəli akt qeydi tərtib olunmuşdur. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş №1446-05/69 nömrəli, xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, X15 xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. X2, anası X16r . Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş №1424-05/69 nömrəli, xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Ərizəçi1 xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. X2, anası X16r . İV-ЖГ №431765 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1976-cı ilə anadan olmuşdur. X2, anası X16r Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, X19 xx.xx.1977-ci il tarixdə X13 ilə nikaha daxil olmuşdur (nikaha daxil olanadək soyadı “Ələkbərova”). Vidadi Quliyev xx.xx.2016-cı ildə öldüyündən nikaha xitam verilmişir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, X13 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Bu barədə Bərdə rayon Kələntərli kənd İN tərəfindən xx.xx.2016-cı il tarixli 09 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair JN-321 KOD-61008078 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 0.88 ha torpaq sahəsi Bərdə rayon Alaçadırlı kənd sakinləri X5, X10, X6 və X3 mülkiyyətinə verilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 276 saylı Arayışından qeyd olunmuşdur ki, Bərdə rayon İHB - nın Kələntərli kənd İƏD - si üzrə nümayəndəliyinin Alaçadırlı kənd sakini mərhum X8 verilmiş pay torpağına dair (JN-321 kod: ********) sənədin mülkiyyətçilər siyahısının 1-ci, 3-cü və 4-cü sətrində mülkiyyətçinin adı və cinsiyyəti texniki səhv olaraq yazılıb.
1. X17
2. X18
3. X7 Düzgün olaraq mülkiyyətçinin adı aşağıdakı kimidir:
1. X13
2. Ərizəçi2
3. Ərizəçi1 Yuxarıda yalnış yazılmış mülkiyyətçilərin adı aşağıda düzgün yazılmış mülkiyyətçi adları eyni adamlardı. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən təsdiq olunmuş Aktdan görünür ki, JN-321 KOD-61008078 saylı sənəddə mülkiyyətçilərdən X4, Ərizəçi2 və Ərizəçi1 adları yanlışlıqla X11 X12 və X1 yazılmışdır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1618 saylı Arayışından qeyd olunmuşdur ki, Bərdə rayon Alaçadırlı kəndində yaşamış mərhum X4 aşağıdakı ailə üzvləri vardır: arvadı- X19, oğlu- X15, oğlu- Ərizəçi2 , oğlu- Ərizəçi1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, ərizəçilər Torpağın mülkiyyətə verilməsinə dair JN-321 saylı Şəhadətnamədə səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Məhkəmənin sorğusuna əsasən Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, X13 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama xx.xx.2025ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: arvadı-X19, oğlu- Ərizəçi1, oğlu- Ərizəçi2 (nikahda əvvəl doğulub) xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-321 KOD-61008078 saylı Şəhadətnamədə yanlışlıq olaraq mülkiyyətçilər- X4 ata adı “X17”, Ərizəçi2 adı “X18” və Ərizəçi1 ad, soyad, ata adı, cinsi “X7” kimi qeyd olunmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair JN-321 KOD-61008078 saylı saylı Şəhadətnamədəki–“X17”, “X18” VƏ “X7” yazılarının müvafiq olaraq mülkiyyətçilər X9, Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir.
V. Nəticə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-321 KOD-61008078 saylı saylı Şəhadətnamədəki–“X17”, “X18” və “X7” yazılarının müvafiq olaraq mülkiyyətçilər X9, Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Fərman Abdullayev