Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-202/2025 11.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun оğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə və üçüncü şəxs X7 qarşı “xx.xx.2024-cü il tarixli AN-İ No ******* saylı və xx.xx.2024cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü ƏY YƏ N E TD İ: İddiaçı cavabdehlər Cavabdeh2, Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə və üçüncü şəxs X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024cü il tarixli AN-İ No ******* saylı və xx.xx.2024-cü il tarixli AN-İ ******* saylı Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə üçüncü şəxs kimi qeyd etdiyi X11 onun keçmiş həyat yoldaşıdır. Belə ki, o, X12 ilə 12 aprel 1984-cü il tarixdə rəsmi olaraq ailə qurub evlənmişdirlər. Birgə nikah dövründən 2(iki) övladları vardır. Övladlarının hər biri yetkinlik yaşına çatmışdır. Aralarında olan narazılığa görə xeyli vaxtdır ki, ailə münasibətləri pozulmuşdur və ayrı yaşayırlar. Nikahlarının pozulmasına dair işləri Bərdə rayon Məhkəməsinin icraatındadır. Cavabdeh kimi qeyd etdiyi Cavabdeh2 isə onun doğma oğludur. Oğlu Cavabdeh2 son zamanlarda onunla düzgün yola getməmiş, onu hər kəsin içində döyüb təhqir etmişdir. Bunun səbəbi isə atası ilə birləşib ona məxsus olan evi öz adlarına keçirtmək istəməsi olmuşdur. ünvan 1 ünvanında yerləşən mənzil 10 avqust 2015-ci il tarixdə üçüncü şəxsin anası X5 ümumi mülkiyyətindən Daşınmaz Əmlakın Bağışlanma müqaviləsinə əsasən X6 adına bağışlanmışdır. Bağışlandıqdan sonra isə mənzil X6 adına 2018-ci il tarixdə sənədləşmiş və texniki pasport alınmışdır. Alındıqdan sonra isə həmin evi yenidən təmir edərək orada yaşamışdırlar. Bundan əlavə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 09 yanvar 2007-ci il tarixdən ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq Seriya MH Seriya MH ******* saylı Çıxarış əsasında onun adına sənədləşmişdir. İndi isə onun və Elçin Şükürovun adına olan fərdi yaşayış evləri alqı-satqı müqavilələri ilə cavabdeh Emin Sükürovun adına sənədləşmişdir. Sənədləşmə işləri üçün Elçin Şükürov ondan etibarnamə almışdır. O, həyat yoldaşı olduğu ona güvəndiyindən etibarnamə vermişdir. Lakin həyat yoldaşı onun saflığından istifadə edərək üçüncü şəxs olaraq etibarnaməni oğluna vermiş və evləri alqı-satqı ilə oğlunun adına sənədləşdirmişdir. O oğlunun və həyat yoldaşının onu döyməsindən sonra etibarnamənin onun sənəd işlərindən başqa işləri də həll ediləcəyini düşündüyü üçün vermiş olduğu etibarnamələri ləğv etmişdir. Lakin onlar etibanamə ləğv edilməmişdən öncə əmlaklar alqısatqı ilə oğlu Cavabdeh2 keçmişdir. O, heç bir sənəd işində heç bir şəxsdən pul almamışdır, əksinə döyülmüşdür. İndi isə xx.xx.2024-cü il tarixli AN-İ No ******* saylı və xx.xx.2024-cü il tarixli AN-İ No ******* saylı Alqı-satqı müqavilələrinin bağlanmasından məlumatı olmuşdur. Hazırda onların etibarsız hesab edilməsini istəyir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, bildirdi ki, İddiaçı aldadılmış və təzyiqlərə məruz qaldığından razılıq ərizəsi və etibarnamə vermişdir. İddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, iddia tələbini qəbul etmir, o, iddiaçıya heç bir təzyiq göstərmiş və onu döyməmişdir. Anası könüllü şəkildə özü atasına etibarnamə vermişdir. O, anasının adına olduğu evin pulunu alqı-satqı zamanı atasına vermişdir. Atası da ona pulu anasına verdiyini bildirmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, cavabdeh olan oğlu Cavabdeh2 və üçüncü şəxs olan əri Elçin Şükürov ona təzyiq göstərib, onu hər ikisi döyüblər. O, məcbur qalıb müqavilələrin bağlanmasına razılıq vermişdir. Döyülməsi ilə bağlı polis şöbəsinə müraciət etmişdir. Həmçinin bildirmişdir ki, döyülən zaman əli sındığından əli gipsdə də qalmışdır. Təcili yardıma və xəstəxanaya müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onun nümayənədəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs X7 qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-cı il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayonu 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X8 özünə məxsus olan 1 otaqlı, ümumi sahəsi 40,09 kv.m əsas sahəsi 27.7 kvm olan ünvan 3 ünvanında yerləşən yaşayış evini 5800 manata İddiaçı satmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********40 Seriya MH № ******* nömrəli Çıxarışdan görünür ki, Bərdə şəhəri İ.Qayıbov küçəsində 0.0279 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı 27,7 kvm yaşayış, 16.2 kvm köməkçi sahədən ibarət 6/1 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə rayon Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Etibarnamədən görünür ki, İddiaçı özünə məxsus olan Bərdə şəhəri İ.Qayıbov küçəsi ünvanında yerləşən 0,0279 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 43.9 kv.m olan fərdi yaşayış evini və 0.0279 ha torpaq sahəsini idarə etməyi, onun üzərində sərəncam verməyi, satmağı və s. hərəkətlər etməyi X7 etibar etmişdir Mülki işə əlavə edilmiş X6 notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, arvadı İddiaçı məxsus olan ünvan 5 ünvanda 0,0279 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini və 0,0279 ha torpaq sahəsinin satılmasına, bağışlanmasına, ipoteka qoyulmasına və istənilən qaydada üzərində sərəncam verilməsinə etiraz etmədiyini ifadə etmişdir. Mülki işə əlavə edilmiş Bərdə regional ASAN Xidmət Mərkəzində Notariat Ofisində bağlanmış xx.xx.2024-cü il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı özünə məxsus olan 1 otaqlı, ümumi sahəsi 43,9 kv.m yaşayış sahəsi 27,7 kvm, yardımçı sahəsi 16.2 kvm olan ünvan 6 ünvanında yerləşən yaşayış evini və 0.0279 ha torpaq sahəsini 37000 manata Cavabdeh2 satmışdır. Həmin müqaviləni X2 Zenfira Məmməd qızı əvəzinə imzalamışdır. Mülki işə əlavə edilmiş Bərdə regional ASAN Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, X3 rayon Q.B.Zakir küçəsi döngə 2-də mülkiyyətində olan 0,0393 ha torpaq sahəsində 10 ünvanında yerləşən ümumi sahəsi 172.7 kv.m olan 4 otaqlı fərdi yaşayış evini 0,0393 ha torpaq sahəsi ilə birlikdə X7 bağışlamışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX №1170834 nömrəli Çıxarışdan görünür ki, ünvan 8 ünvanında 0,0393 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 172,7 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X6 mülkiyyətində olmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********96-10301 olan Texniki Pasportdan görünür ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi X6 mülkiyyətində olmuşdur. Mülki işə əlavə edilmiş İddiaçı notarial qaydada təsdiq olunmuş 2024-cü il tarixli ərizəsindən görünür ki, birgə nikah dövrübdə əldə edilmiş əri- X7 məxsus olan ünvan 9 ünvanında 0,0393 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 172.7 kv.m olan 4 otaqlı fərdi yaşayış evini 0,0393 ha torpaq sahəsi ilə birlikdə istənilən qiymətə satılmasına, bağışlanmasına, ipoteka qoyulmasına və istənilən qaydada üzərində sərəncam verilməsinə etiraz etmədiyini ifadə etmişdir. Mülki işə əlavə edilmiş X1 notarial qaydada təsdiq olunmuş 2024-cü il tarixli ərizəsindən görünür ki, X7 məxsus olan ünvan 9 ünvanında 0,0393 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 172.7 kv.m olan 4 otaqlı fərdi yaşayış evini 0,0393 ha torpaq sahəsi ilə birlikdə istənilən qiymətə satılmasına, bağışlanmasına, ipoteka qoyulmasına və istənilən qaydada üzərində sərəncam verilməsinə etiraz etmədiyini ifadə etmişdir. Mülki işə əlavə edilmiş Bərdə regional ASAN Xidmət Mərkəzində Notariat Ofisində bağlanmış xx.xx.2024-cü il tarixli AN-İ № ******* nömrəli, 4Ə-507 reyestr nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X11 özünə məxsus ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 172.7 kv.m, yaşayış sahəsi 96,6 kv., yardımçı sahəsi 76,1 kv.m olan 4 otaqlı fərdi yaşayış evini və 0,0393 ha torpaq sahəsini Cavabdeh2 70 000 manata satmışdır. Alıcı 36000 manatı depozit vasitəsi ilə ödəmiş, qalan 34000 manatı isə xx.xx.2024-cü il tarixədək ödəməyi öz üzərinə öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş X6 notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Elçin Şükürov xx.xx.2024-cü il tarixdə Cavabdeh2 ilə ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair 4Ə-507 reyestr nömrəli nisyə alqı-satqı müqaviləsinin pulu tamamilə ödənildiyindən ona qarşı heç bir iddia və tələbinin olmadığını ifadə etmişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə Qərardan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək əri X11 və oğlu Cavabdeh2 ona qarşı qanunsuz hərkətlər etdiyini, şəxsi mülkiyyətində olan fərdi yaşayış evini onun əlindən almaq istədiklərini və həmin şəxslər tərəfindən hədələndiyini bildirmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə İddiaçı Bərdə RPŞ-nə etdiyi müraciət əsasında toplanmış materialda hər hansı cinayət əlaməti olması öz təsdiqini tapmamışdır. Ona görə də toplanmış materialda hər hansı bir cinayət hadisəsinin əlamətləri olmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Mülki işə əlavə edilmiş “Bərdə Rayon Mərkəzi Xəstəxanası” tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı 2023-2024-cü il tarixləri ərzində aşağıda qeyd edilən tarixdə və diaqnozlarla Bərdə RMXna müraciət etmişdir: xx.xx.2023 –cü il tarixdə Poliklinika şöbəsində ”Menopauzadan sonrakı atrofik vaginit”, xx.xx.2023 - cü il tarixdə Poliklinika şöbəsində “Qaraciyərin başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası”, xx.xx.2023 - cü il tarixdə Poliklinika şöbəsində “Qaraciǝrin başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası”, xx.xx.2023 - cü il tarixdə Poliklinika şöbəsində “Əl barmaqlarının çoxsaylı çıxıqları” və xx.xx.2024- TTTYŞ (ambulans çağırışı) “Essensial hipertenziya” diqanozları ilə qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddia qaldırmaq üçün 100 manat məbləğində iddaçılar dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəllənin 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Həmin Məcəllənin 324.4-cü maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Bu Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 324.6-cı maddəsinə görə əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Bu Məcəllənin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Həmin Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Bu Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 334.2-ci maddəsinə görə əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir. Bu Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Bu Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bu Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Bu Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə görə aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə üçüncü şəxs X11 rəsmi nikahda olmuşlar. Cavabdeh2 onların övladıdır. İddiaçı hazırda xx.xx.2024-cü il tarixli AN-İ № ******* nömrəli və xx.xx.2024-cü il tarixli AN-İ № ******* nömrəli alqı –satqı müqavilələrinin etibarsız hesab olunmasını tələb edir. İddiaçı etibarnaməni və razılıq ərizlərini verərkən aldanıldığını və təzyiqə, hədəqorxuya məruz qaldığından verdiyini iddia etsə də etibarnaməni və razılıq ərizəsini iradəsi ziddinə verməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Hətta İddiaçı xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək əri X11 və oğlu Cavabdeh2 ona qarşı qanunsuz hərkətlər etdiyini, şəxsi mülkiyyətində olan fərdi yaşayış evini onun əlindən almaq istədiklərini və həmin şəxslər tərəfindən hədələndiyini bildirmişdir. Aparılmış araşdırma zamanı İddiaçı Bərdə RPŞ-nə etdiyi müraciət əsasında toplanmış materialda hər hansı cinayət əlaməti olması öz təsdiqini tapmamışdır. Bununla yanaşı iddiaçı məhkəmə iclasında cavabdeh tərəfindən döyülməsini, əlinin gipsdə qalmasını, bununla bağlı xəstəxanaya getdiyini bildirdiyindən məhkəmə tərəfindən “Bərdə Rayon Mərkəzi Xəstəxanası” na sorğu verilmiş, sorğuya cavabda İddiaçı xx.xx.2023 –cü il tarixdə Poliklinika şöbəsində ”Menopauzadan sonrakı atrofik vaginit”, xx.xx.2023 - cü il tarixdə Poliklinika şöbəsində “Qaraciyərin başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası”, xx.xx.2023 - cü il tarixdə Poliklinika şöbəsində “Qaraciyǝrin başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası”, xx.xx.2023 - cü il tarixdə Poliklinika şöbəsində “Əl barmaqlarının çoxsaylı çıxıqları” və xx.xx.2024- TTTYŞ (ambulans çağırışı) “Essensial hipertenziya” diqanozları ilə qeydiyyata alınmasına dair arayış verilmişdir. İddiaçı cavabdeh tərəfindən döyüldüyü və təzyiqlərə məruz qaldığından etibarnamə və razııq ərizəsi verdiyini bildirəsə də, həmin arayışdan müəyyən olunur ki, o, Poliklinika şöbəsində “Əl barmaqlarının çoxsaylı çıxıqları” diaqnozu ilə xx.xx.2024-cü il tarixli AN-İ № ******* nömrəli və xx.xx.2024-cü il tarixli AN-İ № ******* nömrəli alqı –satqı müqavilələrinin bağlanmasından xeyli əvvəl, xx.xx.2023 - cü il tarixdə qeydiyyata alınmışdır. Bundan başqa iddiaçı tərəfindən məhkəmədə təqdim olunmuş səssiz videoya baxış zamanı evin dağınıq şəkildə olduğu görünmüş, lakin evin cavabdeh və ya üçüncü şəxs tərəfində dağıdılması müəyyən oluna bilinməmişdir. Bu Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Bu Məcəllənin 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Bu Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə görə vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Bu Məcəllənin 347.3-cü maddəsinə əsasən əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. Göründüyü kimi tərəflər öz iradə ifadələrini realizə edərək mövcud alqı-satqı müqavilələrini bağlamışlar. Məhkəmənin fikrincə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-ci maddəsinə əsasən, hüquqdan sui-istifadə aiddir: şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə və üçüncü şəxs X7 qarşı “xx.xx.2024-cü il tarixli AN-İ No ******* saylı və xx.xx.2024cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə tələbinə dair iddia tələbi təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-202/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-202/2025
11.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver