Məhkəmə qərarları › İş №2(021)-2030/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2030/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2030/2024 03.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X7 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası X3 Əmlak X1rşı “Hərracın keçirilməsinin etibarsız sayılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və “X3”nın nəzdində yaradılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərinin qanunsuz sayılması və xx.xx.2017-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə göndərərək, iddiadan imtinalarının qəbul edilməsini, mülki iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirdi. Cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası X3 Əmlak X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndələri məhkəmə hazırlıq iclasına gəlməmişlər. Məhkəmə hazırlıq iclasına cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki işin materialları nəzərədən keçirib, iddiaçılar İddiaçı1 və İddiaçı2 ərizəsini müzakirə edib, hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 170.1-ci maddəsinin tələbinə əsasən iş üzrə icraata xitam verilməlidir. MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261-0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası X3 Əmlak X1rşı “Hərracın keçirilməsinin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar