Məhkəmə qərarları › İş №2(021)-2035/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2035/2021

29.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2035/2021 29.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X38 oğlunun, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, X3 və Nuriyeva Aytac Allahyar qızının iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, X3, Nuriyeva Aytac Allahyar qızının sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, X10, Nuriyeva Aytac Allahyar qızı ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyətə verilməsinə dair KOD 6100402** JN *** A saylı şəhadətnamənin onlara Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, X7, Nuriyeva Aytac Allahyar qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, X10, Nuriyeva Aytac Allahyar qızı ərizələrini onunla əsaslandırmışlar ki, onlara Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 saylı qərarı ilə Ərizəçi1, Ərizəçi2, Babayeva (Məmmədova) Məhbubə Fərman qızına, Ərizəçi4, X7, Nuriyeva Aytac Allahyar qızına Bərdə rayuonu Qaradırnaq kəndində 0,30 ha həyətyanı torpaq sahəsi verilmişdir, qeyd edilən torpağa torpağın mülkiyyətə verilməsinə dair JN 053 A saylı KOD 61004048 olan şəhadıtnamədə almışlar, həmin torpaq sahəsi onların sahibliyində və istifadəsində olsa da, torpaq sahələri üzərində sərəncam hüquqlarını həyata keçirə bilmirlər. Belə ki torpağın mülkiyyətə verilməsinə dair JN 053 A saylı KOD 61004048 olan şəhadıtnamədə Ərizəçi1 adı səhvən “Bəsti” kimi, Babayeva (Məmmədova) Məhbubə Fərman qızının adı səhfən “Fərmail” kimi və Ərizəçi4 soyadı səhvən “Məmmədov” kimi qeyd edilmişdir. Odur ki, torpağın mülkiyyətə verilməsinə dair JN 053 A saylı KOD 61004048 olan şəhadıtnamənin onlara Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, X7, Nuriyeva Aytac Allahyar qızına məxsus olması faktının müəyyən edilməainə dair məhkəmə aktına ehtiyacları var.Qeyd edilənlər şəxsiyyət vəsiqələrində, doğum haqqında şəhadətnamələrdə və kənd icra nümayəndəsinin arayışında təsdiqini tapmışdır. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, X10, Nuriyeva Aytac Allahyar qızı ərizələrini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid X19 izahatında göstərdi ki, ərizəçilər onun qohumlarıdır, mülkiyyətlərinə verilmiş torpaq sahəsinin şəhadətnaməsində ad və soyadları səhv yazılmışdır. Məhkəmə iclasında şahid Abdullayev Raqub Qara oğlu şahid X11 izahatına uyğun izahat verdi. Məhkəmə ərizəçilərin izahatlarını, şahid ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair JN 053 A saylı KOD 61004048 saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 saylı qərarına əsasən Bərdə rayonu Qaradırnaq kənd sakinləri Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, X3, Nuriyeva Aytac Allahyar qızının mülkiyyətinə 0,30 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 may 2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi4 03 senyabr 1996-cı ildə doğulmuş, atası Ərizəçi2, anası isə Ərizəçi3dır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 may 2021-ci il tarixli arayışdan görünür ki, X22 ilə X23 24 aprel 1965-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 may 2021-ci il tarixli 235 saylı arayışdan görünür ki, Torpağa mülkiyyət hüququna dair JN 053 A saylı KOD 61004048 saylı şəhadətnamədə X20, X15 və X12 ad və soyadları səhv getmişdir. Həmin ad və soyadların əslində X24, Ərizəçi3 və Ərizəçi4 kimi oxunması məqsədəmüvafiqdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 may 2021-ci il tarixli 241 saylı arayışdan görünür ki, X6 rayonu Qaradırnaq kəndində yaşayır. Oğlu Ərizəçi2 ilə ayrı təsərrüfat olmasına baxmayaraq ailə üzvləri ilə birlikdə anası Ərizəçi1 ilə birgə yaşayır. Həmin təsərrüfatda oğlu Ərizəçi2, gəlini Ərizəçi3, nəvələri Ərizəçi4 və Ərizəçi5 yaşayır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********06 nömrəli 07 may 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, ərizəçi X16 JN-053 A saylı Dövlət aktında adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN 053 A saylı KOD 61004048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, X4, Nuriyeva Aytac Allahyar qızına məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X13, Ərizəçi2, X28 qızının, X5, X2, Nuriyeva Aytac Allahyar qızının adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN 053 A saylı KOD 61004048 şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Babayeva (Məmmədova) Məhbubə Fərman qızına, Ərizəçi4, X7, Nuriyeva Aytac Allahyar qızına məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X13, Ərizəçi2, X8, X5, X3, Nuriyeva Aytac Allahyar qızının adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN 053 A saylı KOD 61004048 şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Babayeva (Məmmədova) Məhbubə Fərman qızına, Ərizəçi4, Ərizəçi5 Alahyar qızına, Nuriyeva Aytac Allahyar qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar