Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2041/2021 22.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Bərdə Rayon Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Bərdə Rayon Filialına qarşı (bundan sonra AR ƏƏSMN DSMF-nin Bərdə rayon Filialı) qarşı məhkəməyə ərizə ilə müraciət edərək Bərdə rayon Dövlət Arxivinin 157saylı 30.07.2021-ci il tarixli arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Məhkəmə iclasında Ərizəçi qeyd edilənlərə uyğun məzmunda izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəz filailı məhkəməyə etiraz göndərərək ərizənin təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə”əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə,təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olara, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda pensiya təy edilməsi üçün çatışmayan iş stajı ərizəçin bir idarə,müəssisə,təşkilat,kolxoz və ya sistemində birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini,birgə işdən tanımalı(eyni dövrdə işləməli)və ərizəçidən fərqli olaraq iddia olunan müddətlər ərzində özlərinin(şahidlərin) işləmləri barədə sənədləri olmalıdır. Müəyyən edilmiş səbəblər üznüdən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda,məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq dən sənəd kimi qəbul edilmişdir.Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə,ifmin dövrlər(işə daxil olma və işdən azad olma barədə qeydlər)öz əksini tapmalıdır. Eyni zamanda Əsasnamənin eyni bəndinin tələbinə görə şahid ifadələrinə əsasən müəyyən olunan əmək ststajının yarısından artıq ola bilməz. Odur ki, məhkəmədən Ərizəçi ərizəsinin təmin edilməməsini xahiş etdi. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri araşdırıb, ərizəyə qiymət verib belə hesab edir ki, ərizə MPM-in 259.0.10-cu maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, hazırkı işdən görünür ki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Bərdə Rayon Filialı ərizənin təmin edilməsinə etiraz etdiyindən hüquq haqqında mübahisə yaranmışdır. MPM-in 259.0.10-ci maddəsinin tələbinə görə, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Bərdə Rayon Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və sənədlər ərizəçiyə qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2041/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2041/2021
22.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver