Məhkəmə qərarları › İş №2(021)-2056/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2056/2024

30.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2056/2024 30.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafayeva Lalə Ruslan qızının katibliyi ilə, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Bərdə regional Asan Xidmət mərkəzində Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1961-ci il tarixdə anadan olmağının və əvvəlki sənədlərdə X2 ad, soyad və ata adının İddiaçı kimi qeyd olunmaqla hüquqmüəyyənedici sənədlərinin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci ildə Qubadlı rayon Xallava kondində anadan olmuşdur. Ona verilən doğum şəhadətnaməsi işğal altında qalıb. Onun aldığı xarici pasportda və şəxsiyyət vəsiqəsində İddiaçı kimi qeyd olunub. Nikah bağlayanda, 18 yaşında şəxsiyət vəsiqəsi alanda adı Kifayyət kimi qeyd olunub. Lakin indi şəxsiyyət vəsiqəsinin yaş həddi ilə bağlı dəyişdirərkən məlum oldu ki, adı xx.xx.1961-ci il tarixdə 09 saylı akı qeydiyyat kitabında "Validə” kimi qeyd edilmişdir. xx.xx.1986-cı ildə Bərdə rayonunda ailə qurduğu üçün nikaha daxil olaraq qeydiyata düşmüşdür. Keçmiş SSRİ-nin pasportunu almış və orda da İddiaçı kimi qeyd olunmuşdur. Validə adı və xx.xx.1961 ci il də anadan olduğu texniki səhv kimi yazılmış, bütün sənədlərdə xx.xx.1961ci ildə İddiaçı kimi qeyd edilərək sənəd almışdır. Ona görə də məhkəmədən xx.xx.1961-ci il tarixdə anadan olmağının və əvvəlki sənədlərdə X2 ad, soyad və ata adının İddiaçı kimi qeyd olunmaqla hüquqmüəyyənedici sənədlərinin ona məxsus olması olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir Daha sonra ərizəçi İddiaçı ərizəsinə dəqiqləşmə verərək, bildirmişdir ki, Qubadlı rayonu Xallava kənd İ.N. tərəfindən qeydə alınmış xx.xx.1961-ci il tarixli 09 saylı akt qeydində adı "Validə” kimi qeyd olunmuşdur. Odur ki, Qubadlı rayonu Xallava kənd İ.N. tərəfindən qeydə alınmış xx.xx.1961-ci il tarixli 09 saylı akt qeydində adının Kifayyət kimi qeyd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə regional Asan Xidmət mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, mülki iş materiallarına əlavə olunmuş seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Qubadlı rayonu Xallava kəndində anadan olmuş, Qubadlı rayonu Hacılı kəndində qeydiyyatdadır. Mülki iş materiallarına əlavə olunmuş Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Bərdə rayon bölməsinin 960 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Nəcəfova X1 sakinidir. Hazırda Bərdə rayonu M.Müşfiq küçəsində (internat məktəbi) müvəqqəti yaşayır. Mülki iş materillarına əlavə olunmuş AZ-İ 103721 Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X6 ilə İddiaçı arasında nikah xx.xx.1994-cü il tarixdə ləğv edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş SSSR vətəndaşlıq pasportundan görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Mülki iş materiallarına əlavə olunmuş seriya AZE P5472617 nömrəli DİN pasportundan görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Mülki iş materiallarına əlavə olunmuş 039994 nömrəli əmək kitabçasından görünür ki, ərizəçinin adı İddiaçı kimi qeyd olunmuşdur. Mülki iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə regional Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ərizəçi İddiaçı Qubadlı rayon Xallava kənd İN tərəfindən qeydə alınmış xx.xx.1961-ci il tarixli 09 saylı akt qeydinə düzəliş edilməsi üçün həmin orqana müraciət etmiş, lakin imtina edilərək, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Qubadlı rayonu Xallava kənd İ.N. tərəfindən qeydə alınmış xx.xx.1961-ci il tarixli 09 saylı akt qeydində İddiaçı adı yanlışlıqla “Validə” kimi qeyd olunmuşdur. Qubadlı rayonu Xallava kənd İ.N. tərəfindən qeydə alınmış xx.xx.1961-ci il tarixli 09 saylı akt qeydində qeyd olunmuş “X7” yazısının İddiaçı məxsus olması faktı müəyyən müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Bərdə regional Asan Xidmət mərkəzində Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. Qubadlı rayonu Xallava kənd İ.N. tərəfindən qeydə alınmış xx.xx.1961-ci il tarixli 09 saylı akt qeydində qeyd olunmuş “X7” yazısının İddiaçı məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Andullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar