Məhkəmə qərarları › İş №2(021)-209/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-209/2023

31.01.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-209/2023 31.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi iştirakı ilə, Ərizəçi X2nun şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək X2nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi faktının təsdiqinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 20 may 1990-cı ildə Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi ev 70-də anadan olmuşdur. O, hal-hazırda Bərdə rayonu Bayramlı kəndində yerləşən xüsusi mülkiyyətində olan evində yaşayır. X2 Bərdə şəhər poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatında olmaqla 07 iyun 2006-cı il tarixdən qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, (Oliqofreniya debillik dərəcəsində dvranış pozuntuları diaqnozu ilə xəstədir). 2-ci qrup əlildir, 134 manat pensiya alır. X2 öz psixi qüsurlarına görə mülki hüquqlar əldə etmək və həyata keçirmək üçün hərətəklərini idarə edə bilmir və özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabliyyətinə malik deyil. Onun danışıq qabiliyyətində çatışmamazlıqlar var. Yaddaşı və intelekti infişadan geri qalır. Ona görə də o, özü hüquqlarını müstəqil surətdə müdafiə etmək iqtidarında deyil. Məhkəmə iclasında Ərizəçi tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxx 1981-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə rayonu, Bayramlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Əmək və Əhalinin Müdafiəsi Nazirliyini Sosial ekspert komissiyasında müayinəyə dair məlumatdan müəyyən olunur ki, X8 20 may 1990-cı ildə doğulmuşdur, ikinci dərəcəli əlildir. İş materiallarında olan Bərdə RMX-nin poliklinika Şöbəsi tərəfindən verilmiş 706 nömrəli arayışdan müəyyən olunur ki, X8 2000-ci ildən ruhi-əsəb kabinetində dispanser qeydiyyatındadır. İş materiallarında olan Vİİİ-JQ 332500 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 29 may 1981-ci ildə doğulmuşdur, atası X11, anası babayeva Sahibə Məhəmməd qızıdır. İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3929 nömrəli, 22 iyul 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X3 şəhəri, C.Məmmədquluzadə küçəsi 20 nömrəli evdə yaşayır. İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayon, Otuzikilər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 261 nömrəli, 18 iyul 2022-i il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Bayramı kəndində yaşayır və daimi qeydiyyatdadır. Bərdə Rayon Məhkəməsinin 2(021)-2769/2022 saylı 30 avqust 2022-ci il tarixli qərardadına əsasən ərizəçi X5 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X16 tərəfindən verilmiş 3111 saylı 24 iyul 2022-ci il tarixli rəyindən müəyyən olunur ki, X6 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur, öz psixi vəziyyətinə görəm hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil, buna görə də X8 tam fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Bu Məcəllənin 320.1-ci maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə, şəxsin, səhhəti buna imkan verərsə onun özünün, qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə tərəfindən müəyyən olunur ki, X1 onun məhkəmə iclasında iştirakını qeyri mümkün edir. Bu Məcəllənin 321.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi X2nun fəaliyyət qabiliyyəti olmaması məhkəmə psixiatrik ekspertizasının rəyi və işdə olan digər sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233-234, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair ərizəsi təmin edilsin. Ərizəçi X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar