Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-210/2024 09.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh3 QSC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC- yə, Cavabdeh1nə və Cavabdeh3 QSC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara məxsus Bərdə şəhər Bahadur Hacıyev küçəsində olan 0.05 ha torpaq sahəsi üzərində yerləşən 73 saylı fərdi yaşayış evinin "xxxx" ASC-yə satılması barədə Cavabdeh1 qərarı, Əmlak- X1 hərracın nəticələri haqqında olan NY-02/3 saylı yekun protokolun və onlardan irəli gələn digər sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Məhkəməsinin 2(021)- 673/2017 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən mərhum həyat yoldaşı X10 və onun ailə üzvlərindən kredit borcunun alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi və tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyətində olan fərdi yaşayış evinə yönləndirilməsi və mənzil satıldıqdan sonra 1 ay müddətinə mənzildə yaşayanlar çıxarılması qət edilmişdir. Bundan sonra icra sənədi Cavabdeh1nə göndərilmişdir. Cavabdeh1 xx.xx.2019-cu il tarixli, No174171/10 saylı sifariş məktubu əsasında ipoteka ilə yüklü edilmiş açıq hərracda satılması göstərilmişdir və "Azərbaycan Respublikası Respublika Xammal və X21 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" tərəfindən mülkiyyətlərində olan Bərdə şəhər Bahadur Hacıyev küçəsində olan 0.05 ha torpaq sahəsi üzərində yerləşən 73 saylı fərdi yaşayış evi 44.300 (qırx dörd min üç yüz) manat məbləğində qiymətləndirilmişdir. Əmlakın hərracda satılmış son qiyməti isə 28.241 (iyirmi səkkiz min iki yüz qırx bir ) manat təyin edilmişdir və "xxxx" ASC əmlakı 28.241 (iyirmi səkkiz min iki yüz qırx bir) manata almışdır. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, mülkiyyətlərində olan evin hərraca çıxarılması, bununla bağlı 02/3 saylı yekun protokolun çıxarılması və aşağı qiymətləndirilməsi qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Hal-hazırda fərdi yaşayış evi bank tərəfindən alındığı üçün evin qapısının açarı dəyişilmiş, o, Bakıda olan zaman isə evinin əmlakları çölə atılmış və ev tamamilə boşaldılmışdır. Bu günədək onlara aydın deyildir ki, onlara məxsus olan evin 44.300 manat dəyərində hansı qiymətləndirici tərəfindən qiymətləndirilməsi və həmin evin 28.241 manata alınması həyata keçirilib, eləcə də ipoteka qoyulmuş fərdi yaşayış evin yerində baxış keçirilmədən, hansı meyarlar əsasında evlərə qiymət qoyulması onlar üçün müəmmalıdır. İpoteka qoyulmuş ev manatın dəyərinin ABŞ dollarına nisbətdə əhəmiyyətli dərəcədə devalvasiyaya məruz qalması ilə əlaqədar həmin evinin birinin qiyməti 44 300 manat yox, ən azı 50 000 manat olar. Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmadığından həmin əmlakın yenidən qiymətləndirilməsi təmin olunmalıdır." Xəbəri olmadan fərdi yaşayış evinin qiymətləndirilməsi, hərraca çıxarılması və hazırki iş üzrə cavabdeh Access Bank" ASC tərəfindən alınması qanun pozuntusudur. Pandemiya ilə əlaqədar o hərrac mərkəzinə gedə bilməmiş və bu səbəblə onun evi aşağı qymətlə qiymətləndirilmiş və satılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı idia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 QSC-nin nümayəndəsi X13 iddia tələbinin rədd olunmasıbnı xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər "xxxx" MMC-nin və Cavabdeh1 nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə anadan olmuşdur. Mülki işə əlavə edilmiş AZ-İİ №319903 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)673\2017 saylı 20 sentyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X7, X8, X10, X3, X2, Babayeva Kǝbutər İlqar qızından, X6, İddiaçı və X4 müştərək qaydada 12.761,10 ABŞ dolları əsas kredit borcu, 2745 ABŞ dolları faiz borcu, 89,75 ABŞ dolları cərimə olmaqla, cəmi 15.595,85 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 21 manat xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı AccessBank QSC-nin hesabına keçirilməsi, cavabdeh X11 iddiaçıya olan kredit borcunun ipoteka predmeti olan Bərdə şəhəri Bahadur Hacıyev küçəsində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən 73 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən X11 AccessBank QSC-yə olan kredit borcuna ödənilməsi, fərdi yaşayış evinin ilkin satış qiymatinin 44.300 manat müəyyan edilməsi, cavabdehlər. X17, X12, X9, Babayeva. Kǝbutər İlqar qızı, X15, İddiaçı yaşadıqları Bərdə şəhəri Bahadur Hacıyev küçəsində yerləşən 73 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə, ev açıq hərracdan satıldıqdan sonra 1 ay müddətində çıxarılması qət olunmuşdur. Mülki işə əlavə olunmuş “’Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin Hərracın nəticələri haqqında № Y-02/3 saylı, 08 yanvar 2023-ci il tarixli Protokoldan görünür ki, X14 mülkiyyətində olan Bərdə rayonu, B.hacıyev küçəsində 0.5 ha torpaq sahəsində yerləşən 73 saylı fərdi yaşayış evi 28241 (iyirmi səkkiz min iki yüz qırx bir) manata Cavabdeh3 QSC -yə satılmışdır. Mülki işə əlavə olunmuş hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli Müqavilədən görünür ki, X14 mülkiyyətində olan Bərdə rayonu, B.hacıyev küçəsində 0.5 ha torpaq sahəsində yerləşən 73 saylı fərdi yaşayış evi 28241 (iyirmi səkkiz min iki yüz qırx bir) manata Cavabdeh3 QSC -yə satılmışdır. Mülki işə əlavə edilmiş reyestr nömrəsi **********84-10301, qeydiyyat nömrəsi 182008830, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 127,60 kv.m olan fərdi yaşayış evi Cavabdeh3 QSC -nin tam mülkiyyətindədir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə Rayon Məhkəməsinin 2(021)673\2017 saylı 20 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə cavabdehlər X7, X8, X10, X3, X2, Babayeva Kǝbutər İlqar qızından, X6, İddiaçı və X4 müştərək qaydada cəmi 15.595,85 ABŞ dolları kredit borcunun tutularaq iddiaçı AccessBank QSC-nin hesabına keçirilməsi, cavabdeh X11 iddiaçıya olan kredit borcunun ipoteka predmeti olan Bərdə şəhəri Bahadur Hacıyev küçəsində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən 73 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən X11 AccessBank QSC-yə olan kredit borcuna ödənilməsi, fərdi yaşayış evinin ilkin satış qiymatinin 44.300 manat müəyyan edilməsi, cavabdehlər. X17, X12, X9, Babayeva. Kǝbutər İlqar qızı, X15, İddiaçı yaşadıqları Bərdə şəhəri Bahadur Hacıyev küçəsində yerləşən 73 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə, ev açıq hərracdan satıldıqdan sonra 1 ay müddətində çıxarılması qət olunmuşdur. Borc ödənilmədiyinə görə ipoteka predmetinə tutma yönəldilərək hərraca çıxarılmış və "xxxx"nin Hərracın nəticələri haqqında № Y-02/3 saylı, 08 yanvar 2023-ci il tarixli Protokola əsasən X14 mülkiyyətində olan Bərdə rayonu, B.hacıyev küçəsində 0.5 ha torpaq sahəsində yerləşən 73 saylı fərdi yaşayış evi 28241 (iyirmi səkkiz min iki yüz qırx bir) manata AccessBank QSC -yə satılmışdır. İddiaçı həmçinin iddia tələbində qeyd etmişdir ki, hərracın kerçirilməsindən xəbəri olmamış və ipoteka predmeti aşağı qiymətə satılmışdır, “Əmlak ixtisaslaşdırılmış “Hərrac Mərkəzi" MMC tərəfindən evin hərracda satılması üçün qanunun tələblərinə riayət edilməmişdir. Məhkəmə qeyd edir ki, işdə olan sübutlarla və onların davam edən ardıcıllığından görünür ki, hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntuzuna yol verilmemiş, hərracın vaxtı, yeri ve s. barədə tələbkara, borclulara müvafiq bildirişlərin göndərilməsi “Hərrac Mərkəzi" MMC tərəfindən təmin olunmuş, hərracın keçirilməsi qanunla müəyyən olunmuş qaydada həyata keçrilmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində ipoteka predmetinin aşağı qiymətə satılması ilə bağlı qeyd edir ki, əmlakın ilkin satış qiyməti “Hərrac Mərkəzi" MMC tərəfindən deyil, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və İpoteka predmeti “Hərrac Mərkəzi" MMC tərəfindən "İpoteka Haqqında" Azərbaycan Respublikasinın Qanunun tələblərinə uyğun olaraq satılmışdır. "İpoteka Haqqında" Azarbaycan Respublikasinın Qanunun 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.4-cü maddəsinə əsasən Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Həmin Məcəllənin 414.5 -ci maddəsinə əsasən Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Həmin Məcəllənin 415.2- ci maddəsinə əsasən Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.3- cü maddəsinə əsasən əgər Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 415.4 -cü maddəsinə əsasən Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Həmin Məcəllənin 415.5 -ci maddəsinə əsasən Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 416.1- ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2 -ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC- yə, Cavabdeh1nə və Cavabdeh3 QSC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun, Cavabdeh1 xx.xx.2023-cü il tarixli qərarının və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab olunması” tələbinə dair iddia tələbi təmin oluna bilməz. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC- yə, Cavabdeh1nə və Cavabdeh3 QSC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-210/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-210/2024
09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver