Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2105/2022 22.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçi iştirakları ilə, Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-325 KOD 61023038 olan dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx xxxxxx 1979-cu ildə Bərdə ryaonu, Uğurbəyli kəndində anadan olub, hazırda ailə həyatı qurduqdan sonra Bərdə rayonu Tumaslı kəndində yaşayırlar. Onun adı Ceyhunə ata adı Raqub soyadı Qasımovadır. Bu ad ilə doğum haqqıda şəhatənamə, şəxsiyyət vəsiqəsi də alıb. Həmçinin nikah haqqında şəhadətnaməsində və digər sənədlərdə də adı Ceyhunə, ata adı Raqub soyadı, Qasımova yazılmışdır. Bərdə rayon Aqrar istehsalat komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə mərhum atası X16, anası X14, qardaşları X21, X19, bacıları X17, X20 və o, Ərizəçi ibarət ailə üzvlərinə Bərdə rayonu Uğurbəyli kəndində yerləşən 2,11 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Qərar əsasında DTXK-nin Bərdə rayon Şöbəsi tərəfindən onlara JN0325 KOD ******* olan torpağın mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Lakin həmin dövlət aktında o, Ərizəçi olmağına baxmayaraq Dövlət aktının 2-ci vərəqəsində adı səhv göstərilmişdir. Hazırda onlar ailə üzvləri hər biri paylarını müəyyən etmək, hər birinin həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almaq istəyirlər. Ancaq torpağa mülkiyyət hüququna dair dövlət aktında adının düzgün qeyd edilməməsi onun üçün bir sıra çətinliklər yaradır və gələcəkdə də yaradacaqdır. Bununla bağlı Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı ərazi idarəsinə müraciət edib. Lakin DƏDRX-nin məktubunda göstərilmişdir ki, onlara və ailə üzvlərinə məxsus Bərdə rayonu Uğurbəyli kəndində yerləşən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair aktda hansı səbəbdən adın səhv yazılması onlara məlum deyildir. Həmin sənədin vətəndaşa məxsus olması faktının təsdqi edilməsi, eyni zamanda həmin səhvin düzəldilməsi xidmətin 7 saylı Bərdə Ərazi idarəsinin səlahiyyətinə aid deyil. Sözügedən məsələnin həll olunması üçün məhkəməyə müraciət etməkləri doğru olardı. Qeyd edilən aktda ata adının düzgün qeyd edlməsini başqa yolla əldə edə bilmir. Məhkəmə iclasında ərizəçil Ərizəçi ərizəsini müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X14 izahatında göstərmişdir ki, Ərizəçi onun qızıdır, onlara verilmiş torpağın dövlət aktında adı səhf olaraq X18 yazılmışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, Ərizəçi qohumudur, dövlət aktında adı soyadı səhf yazılıbdır. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-325 KOD 61023038 olan Dövlət aktı saylı dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarına əsasən Bərdə rayonu Uğurbəyli kənd sakinləri X7, X4, X15, X5, X8, X9 və X10 mülkiyyətinə Bərdə rayonu, Uğurbəyli kəndində 2.11 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1979-cu il tarixdə Bərdə rayonu, Təzəkənd kəndində doğulmuşdur, Bərdə rayonu, Tumaslı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Alpoud kənd inzibati ərazi idarəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 311 nömrəli, 12 may 2022-ci il tarixli arayışdan görünür ki, Qasımova X1 yaşayır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 19 may 1997-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE 03593719 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X14 10 avqust 1952-ci ildə Xanlar rayonunda doğulmuş, Bərdə rayonu, Uğurbəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********0 nömrəli 19 may 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN 325 nömrəli dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-345, KOD 61023038 dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X5, adına verilmiş JN-345, KOD 61023038 dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X5 adına verilmiş JN-345, KOD 61023038 dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-2105/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2105/2022
22.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver