Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2154/2021 27.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun, Ərizəçi iştirakları ilə, Ərizəçi X1 məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun “Azər” kəndli fermer təsərrüfatının təsisçisi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmıdır ki, 01 avqust 1953-cü il təvəllüdlü olmaqla Bərdə rayonu Kələntərli kəndində yaşayır. 02 noyabr 1994-cü il tarixdə ərizə ilə “Sosializm” kolxozuna müraciət edərək, ona məxsus “Azər” kəndli fermer təsərtrüfatının qaz və ördək ev quşlarının yetişdirilməsi məqsədi ilə əkinə yararsız torpaqdan 2.0 ha torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bərdə Rayon Xalq Deputatları Soveti Rəyasət Heyətinin 15 sentyabr 1995-ci il tarixli qərarı ilə ona məxsus “Azər” kəndli fermer təsərrüfatının hesabına 2.0 ha torpaq sahəsi ayrılmışdır. “Azər” kəndli fermer təsərrüfatını 26 ildir ki, təsisçisi olaraq idarə edir. Bərdə Rayon X6 Rəyasət Heyətinin 15 sentyabr 1995-ci il tarixli 52 saylı qərarı və Bərdə rayonu “Sosializm” kolxozunun ərazisində yerləşən “Azər” kəndli fermer təsərrüfatının nizamnaməsindən göündüyü kimi sözügedən fermer təsərrüfatının təsisçisi odur. Bundan başqa “Azər” kəndli fermer təsərrüfatının ümumi yığıncağının 001 saylı protokolu əsasında verilən qərardan da göründüyü kimi o, “Azər” kəndli fermer təsərrüfatının rəhbəri seçilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X8 Xidməti 1 saylı Ərazi Vergilər Baş İdarəsində arxiv qeydiyyatı qovluğu olmadığı üçün Ərizəçi təsisçi olmağını təsdiq etmək mümkün olmamışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X8 Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməməlidir. İş materiallarında olan, AZE 03602769 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Kamran oğlu 01 avqust 1953-cü ildə Şuşa rayonu, Şirvanlı kəndində doğulmuş, Bərdə rayonu, Kələntərli kəndində yaşayır. İş materiallarında olan Bərdə Rayonu, Kələntərli kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 912 nömrəli, 25 may 2021-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Kələntərli kəndində yaşayır. İş materiallarında 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 31 may 2021-ci il tarixli, **********4729300 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi ərizəsinə əsasən məlumat uçot bazasına əsasən 11 aylı Ərazi Vergilər Baş İdarəsinin yuridiksiyası üzrə tabeliyində olduğu ərazidə “Azər” kəndli fermer təsərrüfatının qeydiyyatda olması ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bərdə rayonu “Azər” kəndli (fermer) təsərrüfatının təsisçilərinin ümumi yığıncağının 01 nömrəli protokolundan görünür ki, Əliyev Vaqif Kamran oğlu “Azər” kəndli (fermer) təsərrüfatının rəhbəri seçilmiş, təsərrüfatın təşkilat məsələlərinin həll edilməsi və nizamnamənin vergi orqanında dövlət qeydiyyatına alınmasını təmin etməsi tapşırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bərdə Rayon Xalq Deputatları Sovetinin Azərtbaycan Respublikası Dövlət Torpaq Komitəsinə ünvanlanmış 1799 nömrəli, 10 noyabr 1995-ci il tarixli məktubunun surətindən müəyyən olunur ki, Bərdə rayonu XDS Rəyasət Heyətinin 15 sentyabr 1995-ci il tarixli iclasının 52 nömrəli qərarı ilə “Azər” kəndli (fermer) təsərrüfatına 2 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dövlət aktı verilməsinə köməklik edilməsi xahiş edilmişdir. İş materiallarında olan 1995-ci il tarixli Sahəseçmə aktının surətində müəyyən olunur ki, “Sosializm” kolxozubub Kələntərli kənd sakini Ərizəçi Bərdə rayon XDS-yə daxil olmuş 04 aprel 1995-ci il tarixli 254 nömrə ilə qeydə alınmış ərizəsinə və “Sosializm” kolxozunun 02 noyabr 1994-cü il tarixli 06 nömrəli ümimi yığıncağının qərarəna əsasən “Azər” kəndli (fermer) təsərrüfatına qaz və ördək yetişdirmək üçün kolxozun yararsız torpaq sahəsindən 2 hektar torpaq sahəsinin ayrılıb verilməsinə komissiya üzvüləri etiraz etmirlər. Ayrılmış 2 hektar torpaq sahəsi Kələntərli kəndinin cənubunda olmaqla şimaldan dren0kollektor, qalan üç tərəfdən isə kolxozun əkin sahələri ilə həmsərhəd olmaqla, yanğından mühafizə qaydalarına və sanitar normalara uyğundur. İş materiallarında olan “Sosializm” kolxoz üzvülərinin 02 noyabr 1994-cü il tarixli ümumi iclasının 06 nömrəli protokolundan çıxarışın surətindən müəyhyən olunur ki, Ərizəçi ərizəsi nəzərə alınaraq istifadəyə yararsız torpaq sahəsindən qaz və ördək yetişdirmək üçün kəndli fermer təsərrüfatı yaratmaq üçün iki hektar yararsız torpaq sahəsi ölçülüb verilmişdir. İş materiallarında olan ******* nömrəli şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayonu Kələntərli kəndində “Azər” kəndli (fermer) təsərrüfatı Statistika Komitəsi tərəfindən Dövlət Reystrinə daxil edilmişdir. İş materiallarında olan Bərdə Rayon Dövlət Arxivi tərəfindən verilmiş 14 sentyabr 2020-ci il tarixli, 195 nömrəli Arxiv arayışının surətindən müəyyən olunur ki, Bərdə rayon Xalq X3 Heyətinin 15 sentyabr 1995-ci il tarixli 52 nömrəli protokolu ilə “Azər” kəndli (fermer) təsərrüfatına torpaq sahəsi ayrılmış və nizamnaməsi təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Lakin hazırki işdən də görünür ki, ərizəçi öz ərizəsində qeyd etdiyi faktiki halları təsdiq edə bilməmiş, məhkəmə iclasında bu ərizəsini verməsini möhür əldə etmək məqsədi daşıdığını qeyd etdiyindən məhkəmə hazırki ərizənin təmin edilməsi üçün heç bir əsas görmür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-2154/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2154/2021
27.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver