Məhkəmə qərarları › İş №2(021)-2166/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2166/2021

07.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2166/2021 07.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 oğlunun, Ərizəçilər Ərizəçi1 Rəhim oğlunun, Ərizəçi2, Bayramov Fariz Çingiz oğlunun iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Quliyeva Sabirə Salman qızının, Ərizəçi3, Ərizəçi4 qızının sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1, Quliyeva Sabirə Salman qızı, Ərizəçi3, Ərizəçi4 Çingiz qızı ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyət hüququna dair KOD 610220** JN ***7F saylı olan şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Quliyeva Sabirə Salman qızı, Ərizəçi3, Ərizəçi4 Çingiz qızı ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı qərarına əsasən onlara Ərizəçi1, Quliyeva Sabirə Salman qızına, Ərizəçi3, Ərizəçi4 Çingiz qızına Bərdə rayonu Hacallı kəndində 0.10 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair KOD 610220** JN ***7F saylı olan şəhadətnamədə verilmişdir. Həmin şəhadətnamədə Ərizəçi3 adı səhvən “İlkin” kimi qeyd edilmişdir. Məhz bu səbəbdən qeyd edilən torpaq üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirdə bilmirlər. Odur ki torpağın mülkiyyətə verilmsinə dair KOD 610220** JN ***7F saylı olan şəhadətnamənin onlara Ərizəçi1, Quliyeva Sabirə Salman qızına, Ərizəçi3, Ərizəçi4 Çingiz qızına məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə aktına ehtiyacları vardır. Qeyd edilənlər kənd icra nümayəndəliyinin arayışlarında, şəxsiyyət vəsiqələrində və doğum haqqında şəhadətnamədə öz əksini tapmışdır. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Quliyeva Sabirə Salman qızı, Ərizəçi3 ərizələrini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Ərizəçi4 qızına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir, sədrlik edən işə ərizəçi Ərizəçi4 qızının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid Məmmədova Hicran Salman qızı izahatında göstərdi ki, ərizəçi Ərizəçi3 xalasıdır, Farizin adı həyətyanı torpaq sahələrinin sənədində səhvən İlkin yazılmışdır. Məhkəmə iclasında şahid Azadalıyeva Pərvanə Telman qızı şahid Məmmədova Hicran Salman qızının izahatına uyğun izahat verdi. Məhkəmə ərizəçilərin izahatlarını, şahid ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəiqəsinin surətindən müəhyyən olunur ki, Ərizəçi1 Rəhim oğlu 20 aprel 1958-ci ildə Ağdərə rayonunda doğulmuşdur, Bərdə rayonu, Hacallı kəndində yaşayır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxx 1952-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Hacallı kəndində yaşayır İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxx 2000-ci ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 075992 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 xx xxxx 2000-ci ildə doğulmuşdur, atası Ərizəçi1, anası X2r. İş materiallarında olan Bərdə rayonu, Şatırlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 301 nömrəli, 31 may 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, JN-056 F kod 61022058 nömrəli həyətyanı torpaq şəhadətnaməsində moğlu Bayramov Fariz Çingiz oğlunun adı texniki səhv olaraq Bayramov İlkin Çingiz oğlu yazılmışdır. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyət hüququna dair KOD 610220** JN ***7F saylı Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı qərarına əsasən Bərdə rayonu Hacallı kənd sakinləri Ərizəçi1, Quliyeva Sabirə Salman qızının, X3, Ərizəçi4 qızının mülkiyyətinə 0,10 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı ərazi idarəsinin **********09 nömrəli 04 iyun 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi1 JN-056F saylı Dövlət aktında adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair KOD 610220** JN ***7F saylı şəhadətnamənin Ərizəçi1, Quliyeva Sabirə Salman qızına, Ərizəçi3, Ərizəçi4 Çingiz qızına məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, Ərizəçi1, Quliyeva Sabirə Salman qızının, X3, Ərizəçi4 Çingiz qızının adına verilmiş Torpağa mülkiyyət hüququna dair KOD 610220** JN ***7F saylı şəhadətnamənin Ərizəçi1, Quliyeva Sabirə Salman qızına, Ərizəçi3, Ərizəçi4 Çingiz qızına məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi1, Quliyeva Sabirə Salman qızının, X3, Ərizəçi4 Çingiz qızının adına verilmiş Torpağa mülkiyyət hüququna dair KOD 610220** JN ***7F saylı Dövlət Aktının Ərizəçi1, Quliyeva Sabirə Salman qızına, Ərizəçi3 və Ərizəçi4 Çingiz qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar