Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2180/2024 08.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızıMəmmədovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (bundan sonra cavabdeh və ya Cavabdeh İB) qarşı “Cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə 08 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İB-nin tərəfindən qanunsuz hesablanmış 605,48 manat əvvəlki dövrdə yazılmış, 87.08 manat borcda daxil olmaqla cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, idarənin əməkdaşları ona əsası olmayan 518.40 (beş yüz on səkkiz manat qırx qəpik)) manat cərimə borcu yazmışlar. Ancaq o bu borcu əsaslı hesab etmir. xx.xx.2024-cü il tarixli ******* saylı aktda qeyd edilir ki, sayğacın qapağı əzilibdir, zavod seriyası yazılan lövhə yararsızdr. Sayğac istismara yararsızdır. xx.xx.2024-cü il tarixli ******* saylı aktla sayğac yenilənibdir, köhnə sayğacı açılaraq növbədən kənar dövlət yoxlamasına göndərildi. Bəli, sayğacın qaz buraxmadığı haqqında idarəyə şəxsən özü məlumat vermişdir ki, onun qazı gəlmir, gəlib sayğaca baxış keçirilsin. Azəriqaz-ın əməkdaşları gəlib baxış keçirib, qeyd etdiyi akt əsasında sayğacı söküb aparıbar. Hətta onlar evdə olmamışlar, cavabdehin əməkdaşları evə gələndə evdəki az yaşlı nəvəsini aldadaraq akta ona qol çəkdiriblər. Ona yazılmış cərmə borcunun heç bir əsası yoxdur. Bu vətəndaşdan tutulan əsassız varlanmaya səbəb olan qanun pozuntusundan başqa bir şey deyildir. Sayğaca nəzarəti də qaz idarəsi əməkdaşları həyata keçirdirlər, qiymətləndirmə də da özlərinə aiddir. Onun evində illərdir xəstə yatan həyat yoldaşı vardır. Onun üçün bu cür əsassız yüksək məbləğdə borcun yazılması təbii ki onun üçün olduqca əlavə artıq xərclər yaradır və ona qanuni əsası olmayan öhdəliklər formalaşdırır. Hətta qeyd edi ki, cavabdeh qurumun əməkdaşları bundan əvvəldə ona 87.08 qəpik artıq sərfiyyat hesablayraq borclandırmışdılar. Bunu özləri də etiraf edir ki, ona bundan əvvəlki borc bildirşində 87.08 manat artıq sərfiyyat məbləği hesablamışdır. Yəni onları bundan əvvəlki aylarda da 87.08 manat əsası olmayan artıq borc məbləği ilə borclu abonent kimi özlərində qeydə alıblar. İkincisi, qaz sayağacı həyətdən çöldə onun evindən məsafəcə də uzaqda quraşdırılıbdır və gecə saatlarında yaxud da gündüz vaxtlarda ona davamlı nəzarət edə bilmək imkanına sahib deyilə və ümumiyyətlə vətəndaşın borcuda deyil ki, onun imkanları xaricində olan işlər üçün özünü məsuliyyətli hesab etsin. Vaxtında həmin sayğacı həyətin daxilində quraşdırsaydılar, onlar da bilərdilər ki, həmin sayğaca nəzarət barəsində məsuliyyət tamamı ilə onların üzərindədir. Ağıl, məntiq tələb edir ki, hər insan onun imkanı və gücü daxilində ola biləcək öhdəliklərə görə məsull tutulsun. Amma belə görür ki, AzəriQaz İB özlərinin əsası olmayan və qanunilikdən kənar olan ənənələrinə sadiqlik nümayiş etdirərək, bu dəfə də, vətəndaşı borclu çıxarmağı öz məntiqləri etibarı ilə daha məqsəd uyğun hesab ediblər. Onların nə marağı var sayğaca müdaxilə etsinlər? Azəriqaz İB hesab edir ki, sayğaclara həyətdən kənar nəzarət mütləq mənada vətəndaşın borcudur. Lakin vətəndaşın, bu cür haqqsız bir öhdəliyin hüquqi məsuliyəti ilə yüklənməsi ədalətlilik prinsipinə ziddir. Olmalı olmayan öhdəlik üzərinə hüquqi məsuliyyət qurmağın adı vətəndaşı qanun adma soymağın mədəni formasıdır. Azəriqaz şirkətinə müraciət edərək bu vəziyyəti dəfələrlə həll etməyə çalışmışdır. Lakin xahişləri nəzərdən keçirilmədi və məsələ həll olunmadı. Buna görə də bu məsələni sizin məhkəmənizin istəyinə qoymalıуdım. Azəriqaz İb onun təqsirinə dair təkzibedilməz dəlillərin olmadığına baxmayaraq, təqsirziliyi üzərindən ona hüquqi əsası olmayan öhdəlik yaratmaq istəyi ilə, əsassız borc yazmışlar. Bu səbəbdən, Azəriqaz şirkətinin ona təqdim etdiyi qaz borcunu o qəbul etmir və bu məsələnin adilli və hüquqi olaraq ləğv edilməsini tələb edir. Çünki Azəriqaz şirkəti ilə bağlı gecikməli ödəmələr adında tutulmayıbdır və daima ödənişlərini vaxtında yerinə yetirir. Cərimənin həcminə uyğunsuzluq: Hesab edir ki, cərimənin miqdarı onun aşakarlanmış və onun iradəsindən və nəzarətindən kənarda baş vermiş pozuntunun xarakterinə uyğun deyildir. Mövcud qanunvericiliyə əsasən, cərimənin miqdarı pozulma dərəcəsinə mütənasib olmalıdır. Bu halda qanun pozuntunun ağırlığını qiymətləndirməklə razılaşmır və hesab edir ki, cərimə əsassız və həddən artıq yüksəkdir. Qaz İdarəsinin qanunsuz hərəkəti: Hesab edir ki, Qaz idarəsi cərimə ilə bağlı qərarın çıxarılması prosedurunu pozub. Ona müdaxilənin baş verməsi haqqında tam və obyektiv sübutları verilməmişdir və onun maraqlarını adekvat qorumaq imkanını yox idi. Bununla əlaqədar hesab edir ki, cərimə tətbiqi barədə qərar qanunsuz qəbul edilib və vətəndaş kimi onun hüquqlarını pozur. O həmişə hesablarını tezliklə ödəyirmiş və şöbəyə lazım olan istənilən yoxlama və ya təmir işləri ilə əməkdaşlıq edirmiş. Onda təmiz hesabat var və keçmişdə qazla bağlı heç bir qanun pozuntusunda və ya hadisədə iştirak etməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh İB məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1962-cü ildə Bərdə rayonu Bala Qəcər kəndində anadan olmuşdur, Bərdə rayonu Bala Qəcər kəndində ünvanında qeydiyyatdadır. ünvan 2i dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 may 2024-cü il tarixli 495 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Bala Qəcər kəndində yaşayır. 06 may 2024-cü il tarixli ******* nömrəli Aktda qeyd edilmişdir ki, İddiaçı Bərdə rayonu Şirvanlı kəndində yerləşən yaşayış evində quraşdırılmış, qaz sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, Zavod seriya yazılmış lövhə yararsızdır. Hesablama mexanizmin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır. “Dəymiş ziyanın bərpasına dair” 30 aprel 2024-cü il tarixli Tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 4 x 12 x 90 = 4320 m 3. Abonentin saldosundan görünür ki, Bərdə rayonu Şirvanlı kəndində yaşayan İddiaçı 2024-cü ilin aprel ayında 518,4 manat cərimə hesablanmışdır. İşin hallarından görünür ki, tərəflər arasında mübahisə iddiaçının maye qazın haqqını ödəməməklə müqavilə öhdəliklərini pozması ilə deyil, baxış zamanı hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik cızıq izlərinin olması, xətaların normadan artıq olması, minimal sərfiyyatda 100% nisbi xəta ilə işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi və bunun müvafiq aktla rəsmiləşdirilərək iddiaçıya əlavə sərfiyyatın hesablanması ilə, yəni iddiaçının deliktə (mülki hüquq pozuntusuna) yol verməsi ilə əlaqədar vurulmuş ziyanın ondan tutulması ilə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndində nəzərdə tutulur ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İşin hallarından görünür ki, abonent İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi göstərilsə də, həmin sayğaca konkret olaraq sonuncu tərəfindən müdaxilə edilməsi barədə hər hansı bir sübut işə əlavə edilməmişdir. Qanunvericiliyin tələbinə görə isə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Yəni, sayğacda müəyyən edilən zədənin istehlakçı tərəfindən yetirilməsi sübut edilməmişdirsə, istehlakçının məsuliyyət daşıması istisna olunur. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına əsasən hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Beləliklə, abonent tərəfindən qaz sayğacına müdaxilə edilməsi öz təsdiqini tapmadığından və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında yazılmış cərimə borcu silinməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi:
1. İddia təmin edilsin.
2. Cavabdeh 06 may 2024-cü il tarixli ******* saylı Akt əsasında İddiaçı yazılmış 518,40 (beş yüz on səkkiz manat 40 qəpik) manat məbləğində cərimə və əvvəlki dövrə hesablanmış 87.08 manat məbləğində borc silinsin.
3. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər.
Hakim: Ziya Abdullayev