Məhkəmə qərarları › İş №2(021)-2185/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2185/2024

16.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2185/2024 16.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi X17 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bərdə Regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna qarşı “vərəsə kimi tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaş X4 Güvənli Lombart MMC-yə, Kredit Evi ASC-yə girov qoyulduğu ona məxsus qızılların vərəsəsi kimi tanınması vərəsəlik şəhadətnaməsi verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon sakini mərhum X9 ilə qeyrirəsmi ailə həyatı qurmuşdur, xx.xx.2005-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2005-ci ildə X10, xx.xx.2006-cı ildə X6 və xx.xx.2009-cu ildə X11 dünyaya gəlmişdir. Lakin mərhum həyat yoldaşı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Birgə nikahda olan vaxtı ona məxsus yəni toy günündə ona alınan qızıl-zinət əşyalarını Kredit Evi ASC-nin Bərdə filialına qoyaraq pul götürmüşdür. X7 MMC-yə də qızıl zinət əşyalarını qoyub kredit götürmüşdür. İndi həmin pulu ödəyib qızılları götürmək istəyir. Ona görə də ona vərəsəlik alınması bildirilmişdir. Bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə regional Asan xidmət Mərkəzində notariusuna müraciət etmiş, lakin 15.05.202-cü il tarixdə 1150 saylı rəsmi məktub vermiş ki, əmlakın bölüşdürülməsi və vərəsə kimi tanınması barədə şəhadətnamə alınması üçün məhkəməyə müraciət barədə imtina verilmişdir. Belə ki, Güvənli Lombarda xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə müxtəlif çeşidli qızıl-zinət əşyaları girov qoyularaq 1404 ABŞ dolları götürülmüşdür. Kredit evi ASC-dən isə xx.xx.2023cü il tarixdə 708.20 manat, 476 manat, 3123.80 manat kredit götürülmüşdür. Ona görə də məhkəmədən mərhum həyat yoldaş X4 Güvənli Lombart MMC-yə kredit evi ASC-yə girov qoyulduğu ona məxsus qızılların vərəsəsi kimi tanınması vərəsəlik şəhadətnaməsi verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, Asan xidmət mərkəzi Notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan xx.xx.2024-cü il tarixli 1150/2024 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin İddiaçı ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq miras əmlakın bölüşdürülməsi üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi xahiş olunmuşdur. Mülki iş materiallarında olan Güvənli Lombard MMC-nin məktubundan görünür ki, X9 adına xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə qızıl-zinət əşyaları girov qoyulmaqla kredit müqaviləsi bağlanmışdır. Hazırda həmin zinət əşyaları Güvənli MMC-də saxlanılır. Müxtəlif çeşiddə qızıl-zinət əşyaları olmaqla onların ümumi dəyəri 1404 ABŞ dolları təşkil edir. əşyanın adı miqdarı Çəkisi Çəkisi (net) əyarı Vahidin Cəmi qiyməti qram qiyməti (manatla) Üzük qadın 1 ədəd 5.50 5.30 585B 54.00 286.20 klon 1 ədəd 2.10 2.10 583B 54.00 113.40 Qolbağı 2 ədəd 1 ədəd 4.10 4.10 585B 54.00 221.40 Üzük kişi 1 ədəd 3.80 3.80 585B 54.00 205.20 Üzük qadın 1 ədəd 4.60 4.30 583 C 52.00 223.60 Üzük qadın 1 ədəd 6.20 5.00 583C 52.00 260.00 qolbağı 1 ədəd 12.70 12.70 750C 62.00 787.40 Klon 1 ədəd 1 ədəd 5.60 5.60 750C 62.00 347.20 10-luq qızıl qəpik 1 ədəd 8.60 8.60 880B 79.00 679.40 Cəmi 51.50 3123.80 İş materiallarında olan AZ-İ 924649 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. X1, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ 387853 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə travmatik şok nəticəsində vəfat etmişdir. İş materiallarında olan AZ-İ 924648 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. X1, anası İddiaçıdır. İş materiallarında olan X11 xx.xx.2009-cu il tarixdə anadan olmuşdur. X1, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ 179412 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X5 ilə Bərdə rayon VVADQ şöbəsində xx.xx.2005-ci il tarixdə 499 nömrəli akt qeydi ilə bağlanmışdır. Nikahdan sonra X2 Hümbətova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bərdə İH Güloğlular kənd İƏD üzrə nümayəndəliyinin 640 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Bərdə rayonu Güloğlular kəndində yaşayır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı iddia ərizənin verilməsi üçün 75.40 AZN və 25.40 AZN məbləğini X8 ödəmişdir. İş materiallarında olan Elektron notariat avtomatlaşdırılmış İnformasiya Sistemindən görünür ki, X10 xx.xx.2023-cü ildə vəfat etmiş atası X3 vəfatından sonra qalmış miras əmlakdan vərəsəlik qaydasında ona çatan paydan imtina edir, notarius tərəfindən ona izah edilmişdir ki, mirasdan imtina haqqında ərizə geri götürülə bilməz, mirasın bir hissəsindən imtina bütün miras əmlakdan imtinaya bərabər tutulur. İddia tələbi üzrə məhkəmə aşağıdakı maddi və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəlləsinin 152.4-ci maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaş X4 Güvənli Lombart MMC-yə kredit evi ASC-yə girov qoyulduğu ona məxsus qızılların vərəsəsi kimi tanınması vərəsəlik şəhadətnaməsi verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən də məhkəmə iddianın təmin edilməsini məqsədəmüvafiq və qanuni hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 43-cü maddəsinin İ bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Mcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:

1. İddia təmin edilsin.

2. İddiaçı mərhum həyat yoldaşı X4 vərəsəsi kimi tanınsın və vərəsəli haqqında şəhadətnamə verilsin. 3.Hazırki qətnamə miras qalmış əmlaka dair qanunvericiliyə uyğun olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsasdır. 4.İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar