Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2192/2021 22.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh X11 qarşı mal pəyəsinin sökülərək başqa bir yerdə tikilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu Mustafaağalı kəndində qonşusu Cavabdeh həyətində olan mal-pəyəsinin sökülərək başqa bir yerdən tilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə ərizəsi verərək cavabdehin Cavabdeh deyil, X4 qeyd edilməsini xahiş etmişdir. İddiaçı Furdin oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, hal-hazırda Bərdə rayonu, Mustafaağalı kəndində yaşayır, 30 ildir ki, qonşusu Məmmədov Şahin Tahir oğluna dəfələrlə onlara yaratdığı problemləri aradan qaldırması barədə tələblər etsə də sözlərinə məhəl qoymamış və onların yaşam tərzi üçün problemlər yaratmışdır. İşin mahiyyəti ondan ibarətdir ki, cavabdehin həyətində mal-qara tövləsi var. Həmin mal-qara tövləsində camışlar saxlayır. Mal-qara tövləsi onun yaşadığı yerdən 5 metr aralıdadır və bu da onlara çox böyük problemlər yaradır. Çünki iy-qoxudan və həşəratlardan həmin yerdə yaşamaq qeyri mümkündür. Hesab edir ki, həmin tövlənin ordan sökülməsi və başqa yerdə tikilməsi məqsədəuyğundur. Çünki saxladığı camışların təzəyi, iyi-qoxusu insan sağlamlığı üçün zərərdir. Ələxsus da cavabdehin saxladığı camışlar onun həyətinə də xeyli ziyanlıqlar vurmuşdur. Çünki həmin tövlənin şiferləri qırılaraq onların həyətə tökülmüş, tövlənin üstündən gedən tok linyaları qırılaraq həyətinə düşmüşdür. Onun 3 azyaşlı övladı var. Bu olunanlar başqa bir fəsatlar da yarada bilər. Məhkəmə iclasında İddiaçı Firudin oğlu iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Məmmədov Şahin Tahir oğluna məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumatverilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Çobanov Şahin Tahir oğlunun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə baxış iclasında iştirak edən cavabdeh X17 izahatında bildirdi ki, tövlə çoxdan orda tikilib. İddiaçı bununla bağlı heç bir zaman narazılığını bildirməyib. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən mübahisəli yerə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, cavabdeh X10 mal tövləsi-pəyəsi İddiaçı Firudin ğlunun yaşadığı yerdən 5 metr aralıdadır, tövlədən çıxan tullantılar, onun evinin yaxınlığında yığılmışdır. Mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məhərrəmov Fəqan Firudin oğlu xx xxxx 1990-cı ildə Bərdə rayonu, Mustafaağalı kəndində anadan olmuşdur, Bərdə rayonu, Mustafaağalı kəndində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə rayonu Mustafaağalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 182 nömrəli, 02 iyun 2021-ci il tarixdə verilmiş rayışın surətindən müəyyən olunur ki, Məhərrəmov Fəqan Firudin oğlu Bərdə rayonu Mustafaağalı kəndində yaşayır. Mülki işə əlavə edilmiş Seriya AZE 17595764 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X1 rayonu, Mustafaağalı kəndində yaşayır. Mülki işə əlavə edilmiş Bərdə rayon Gigiyena və Epidemologiya Mərkəzinin 555 nömrəli, 02 avqust 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, əməkdaşları tərəfindən ünvana baxış keçirilmiş və Mustafaağalı kənd Bələdiyyəsinin qulluqçusu Mustafayev Elbrus İbrahim oğlu, cavabdeh Məmmədov Şahin Hidayət oğlunun iştirakı ilə sanitar müayinə aktı tərtib edilmişdir. Mustafaağalı kənd sakini İddiaçı iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmışdır. Belə ki, tövlədən çıxan tullantılar şikayətçinin evinin yaxınlığına yığılır bu da isti yay mövsümilə əlaqədar olaraq infeksion xəstəliklərin yaranmasına səbəb ola bilər. Mülki işə əlavə edilmiş 02 avqust 2021-ci il tarixdə Bərdə rayonu, Mutafaağalı kəndində Bərdə rayon Gigyena və Epidemiologiya Mərkəzi tərəfindən tərtib edilmiş sanitar müayinə aktının surətindən müəyyən müəyyən olunur ki, Bərdə rayonu, Mustafaağalı kənd sakini Məhərrəmov Fəqan Firudin oğlunun iddia ərizəsinə əsasən həmin əraziyə baxış keçirilmiş, baxış zamanı İddiaçı öz şikayət ərizəsində qeyd etdiyi faktlar öz təsdiqini tapmış, heyvanların tullantıları yaşadığı evin yaxınlığında yığılmış və haqlı narazılıq yaratmasına səbəb olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon Mustafaağalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 285 saylı 25 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayon, Mustafaağalı kəndində daimi yaşayır. Mülki işə əlavə edilmiş Bərdə rayon Mustafaağalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 284 saylı 25 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X2 rayonu, Mustafaağalı kəndində daimi yaşayır. Mülki işə əlavə edilmiş Bərdə rayon Mustafaağalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 284 saylı 25 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Firudin oğlu Bərdə rayonu Mustafaağalı kəndində daimi yaşamaqla ailə üzvləri anası Omarova Dürdanə Yusif qızı, arvadı X7, oğlu X8, qızı Məhərrəmli Nuray Fəqan qızı və oğlu X24 oğlundan ibarətdir. Mülki işə əlavə edilmiş Bərdə rayon Mustafaağalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 340 saylı 21 sentyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Bərdə rayonu Mustafaağalı kənd sakinləri İddiaçı və X6 təsərrüfatbaşına kitabda olan təsərrüfat qeydləri aşağıdakı kimidir: 1. İddiaçı anasının təsərrüfatında yaşayır. Kitabda anasının adına 0.15 ha həyətyanı torpaq sahəsi, ümumi sahəsi 84 kv.m olan fərdi yaşayış evi, 48.0 kv.m tövlə binası vardır, mal-qarası yoxdur. 2. X12 ayrı təsərrüfat qeydiyyatında olsa da anası ilə birgə yaşayır, təsərrüfatbaşına kitabda anasının aında 0.36 ha həyətyanı torpaq sahəs, 128 kv.m olan fərdi yşayış evi, 102 kv.m tövlə binası və 17 baş iri buynuzlu mal-qara qey olunmuşdur. 2.12 ha pay torpaq sahəsi vardır. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi haqqında qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. İddia tələbinə dair məhkəmə qanunvericiliyin aşağıdakı normalarını qeyd etməyi zərri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 171.3-cü maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olduğu təqdirdə məhkəmə həm iş materiallarında olan sübutları tədqiq edərək, yerli baxış zamanı müəyyən edilən halları və qanunvericiliyin müddəalarını rəhbər tutaraq hesab edir ki, verilmiş iddia ərizəsi əsaslı olduğundan qismən təmin edilməli və Bərdə rayonu Mustafaağalı kəndində qonşu X10 həyətində olan mal-pəyəsi qonşuluq hüquqlarının təmin edilməsi məqsədilə sökülməli, mal-pəyəsinin başqa yerdə tikilməsinə dair hissədə isə iddia ərzəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddiaçı İddiaçı Cavabdeh qarşı mal pəyəsinin sökülərək başqa bir yerdə tikilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Bərdə rayonu Mustafaağalı kəndində qonşu X11 məxsus olan həyətdə tikilmiş mal-pəyəsi sökülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2192/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2192/2021
22.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver