Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2202/2024 16.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Abdullayev Fərman Firidun oğlunun sədrliyi X1 iclas katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə , İddiaçı cavabdeh "xxxx" ASC -yə qarşı “əlavə ödənilmiş pulun geri qaytarılması” tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əlavə olaraq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 77.58 manat məbləğinin geri qaytaılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində Bərdə rayon Alpoud kəndində fərdi yaşayış evi olmuşdur. Qeyd etdiyi fərdi yaşayış evində hamıda olduğu kimi işıq sayğacı var. Lakin işıq idarəsinin əməkdaşları onların evinin önündə olan sayğaca baxış keçirərək adına akt tərtib etmişdirlər və akta əsasən fərdi yaşayış evi sayğacının uçot dəstinə baxış aparan zaman məlum olmuşdur ki, sayğacın naməlum şəkildə yanıb uçotu pozulmuşdur. Lakin o, sayğaca heç vaxt müdaxilə etməmişdir, sayğacdan kənar xətt vasitəsi ilə istifadə etməmişdir. İşıq idarəsinin əməkdaşları sayğacda problem olduğunu bildirərək yeni sayğac quraşdırıblar. Lakin yeni işıq sayğacında da problem olmuşdur. İşıq idarəsinin işçiləri onun işığa görə borcunun olduğunu bildiriblər. Halbu ki, bu Bərdə rayon İşıq idarəsinin əməkdaşlarının qurmasıdır. İşıq idarəsinin əməkdaşları onunla qərəzli davranaraq ondan pul qoparmaq, ona ziyan vurmaq üçün bu cür qurmalar qurub özlərinə çıxış yolu seçirlər. O, hər ay davamlı olaraq işıq pulundan ödəmişdir və o, heç bir zaman işığa görə borclu ola bilməz. Ondan borca görə 111, 79 manat ödəməsini bildiriblər. O, da borc xərc edərək 111,79 manat pulu ödəmişdir. Lakin 111 manat puldan 34,21 manat istifadə etdiyi işığa çıxmışdırlar. 77,58 manat isə qalmışdır və heç bir borca çıxılmamışdır. Hazırda isə onun evinə gələn işıq enerjisini kəsmək istəyirlər, ondan yeni işıq sayğacına ödəniş etməsini tələb edirlər. O, bu aktı ədalətsiz bir qərar hesab edir. Artıq ödəmiş olduğu 77,58 manat pulun ona geri ödənilməsini istəyir. Buna görə də iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianı müdafiə edərək, göstərmişdir ki, ona əsassız olaraq cərimə yazılmışdır, iddia ərizəsində qeyd etdiyi 111.79 manat pulu hissə-hissə olaraq, sonuncu dəfə 2024-cü ilin fevral ayında ödəmişdir, onun sayğacı yanan zaman, qonşularınında sayğacı yanmışdır, həmin qonşular məhkəməyə müraciət etmiş və onların cərimə borcu silinmişdir, buna görə o, da məhkəməyə müraciət etmişdir. Qeyd etdiyi 111.79 manat pulu ödəməsi barədə isə məhkəməyə qəbz təqdim edə bilmir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC–nin nümayəndəsi X3 etiraz ərizəsini məhkəməyə təqdim edərək bildirdi ki, İddiaçı iddiasını qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Bərdə EŞ-nin “Proqram bazasında” **********00210 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla Bərdə rayonunun, Alpoud kəndində yaşadığı fərdi yaşayış evində elektrik enerjisindən xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixə kimi M550 tipli, zavod nömrəsi №18729297 olan, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü ü tarixə kimi M600 tipli, zavod nömrəsi №21906680 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə etmiş, 24.01,2024-cü il tarixdən hal-hazıra kimi Paud MP-106 tipli zavod nömrəsi №**********3 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. xx.xx.2023-cü il tarixdə Bərdə EŞ-in enerji Satış şöbəsinin əməkdaşları S.Bayramzadə, M.Hüseynov və N.Mustafayev tərəfindən “EEİQ”nın tələblərinə uyğun olaraq İddiaçı ərizəsinə əsasən Bərdə rayonunun, Alpoud kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı yaşayış evini elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacının yanaraq istismara yararsız vəziyyətə düşdüyü, sayğacın yaşayış evini əhatə edən hasarda quraşdırıldığı, naqildən keçən yükün xüsusi ölçmə vasitəsi olan Ampermaşa ilə ölçüldükdə 1.4 A, yəni P=1.4 x 0.22 = 0.31 kvt təşkil etdiyi müəyyən edilmişdir. Faktla bağlı iddiaçı barəsində “EEİQ”nın tələblərinə uyğun olaraq aktlar tərtib edilmişdir. İddiaçı barəsində akt R №301170 saylı akta tərtib edilmişdir. Aktın tələb hissəsində “sayğacı yenisi ilə əvəz edib möhürlənsin, hesablanmış məbləğ ödənilsin, əks halda şəbəkədən açılsın” qeydiyyatı aparılmışdır. İddiaçı sayğaca baxış keçirilməsində və barəsində akt tərtib edilməsində iştirak etməsinə baxmayaraq akta imza etməkdən imtina etmişdir. Bu barədə əməkdaşlar tərəfindən aktın müvafiq hissəsində imza edilməklə qeydiyyat aparılmışdır. Aktın bir nüsxəsi İddiaçı verilmişdir. İddiaçı barəsində tərtib edilmiş akta əsasən “Aran” RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən sutkanın 24 saatı nəzrə alınmaqla 36 gün müddətinə yenidən hesablama aparılaraq elektrik enerjisindən sayğacsız istifadə zamanı istehlak edilmiş 726 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərba edilmişdir, hesabat aşağıdakı qaydada aparılmışdır. İddiaçı barəsində Akt tərtib edilərkən və həmin akta əsasən yenidən hesablama aparılarkən ona qarşı hər hansı bir hüquqa zidd və qərəzli hərəkətlərə yol verilməmişdir. Akt və akt əsasında hesabat “Qaydalar”-ın tələblərinə uyğun olaraq tərtib edilmişdir. Yanaraq istismara yararsız vəziyyətə düşmüş elektrik hesablama sayğacının enerji sərfiyyatı göstəriciləri xx.xx.2023-cü il tarixdə oxunarkən sayğacın 29 gün ərzində dəyəri 31,92 manat təşkil edən 399 kvt saat miqdarında elektrik enerjisinin istehlakını qeyd etdiyi müəyyən edilmişdir. Sayğacın ümumi enerji sərfiyyatı göstəricisi 32273 kvt saat miqdarında olmuşdur. Qüsurlu elektrik hesblama sayğacı yeni M600 tipli sayğacla əvəz edildikdən sonra xx.xx.2023-cü il tarixdə sayğacın enerji sərfiyyatı göstəricisi oxunarkən 28 gün ərzində dəyəri 53T30 manat təşkil edən 670 kvt saat miqdarında elektrik enerjisinin istehlakını qeyd etdiyi müəyyən edilib. Tarif şurası tərəfindən müəyyən edilmiş limitə əsasən 200 kvt saat miqdarında istehlak edilmiş elektrik enerjisinin dəyəri 0.08 manatla, 200 kvt-dan 300 kvt-ya qədər 0.09 manatla, 300kvt-dan artıq isrehlak edilmiş enerjinin dəyəri 0.13 manatla hesablanır. Beləliklə yeni quraşdırılmış elektrik hesablama sayğacı limitdən artıq 19,50 manat miqdarında elektrik enerjisinin istehlakını qeyd etdiyi nəzərə alındıqda 53,60 + 19,50 = 73.10 manat dəyərində elektrik enerjisinin sərfiyyatını qeyd etmişdir. Həmçinin bildirdi ki, borc elektrik enerjisindən istifadəyə görə deyil, yeni sayğac qurşdırıldığına görə yazılmışdır. Sayğacın dəyişdirilməsi zamanı ödəniş abonentin hesabına hesablanmışdır. Göstərdiyi hallara əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı ildə Bərdə rayon Alpout kəndində anadan olmuşdur. Bərdə rayon Alpout kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 241 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Alpoud kəndində yaşayır. Mülki işə əlavə edilmiş R №301170 saylı xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Abonent kodu: **********00210 olan abonent İddiaçı adına olan fərdi yaşayış evinin sayğac uçot dəstinə EEİQ-nin tələbinə uyğun olaraq abonentin ərizəsinə əsasən fərdi yaşayış evinin sayğac uçot dəstinə baxış aparılan zaman məlum olmuşdur ki, sayğac naməlum şəkildə yanıb-uçot pozulub, Ampermaşa ilə ölçü aparılmış, faktiki naqillərdən keçən yük 1.4 A. P=1.4x0.22=0.31kvt. Bir fazlı elektrik sayğacının yenisi ilə əvəz olunması və möhürlənməsi, hesablanmış məbləğin ödənilməsi, əks halda şəbəkənin açılması qeyd olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının geri qaytarılmasını tələb etdiyi pul cərimə borcuna deyil, məhz elektrik sayğacının quraşdırılmasına görə ödənilmiş məbləğdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli № 18 Qərarının 8.17-ci maddəsinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qərarın 8.17-1-ci maddəsinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qərarın 8.17-2-ci maddəsinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı iddiası təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 301 və 360-cı maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" ASC -yə qarşı “əlavə ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-2202/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2202/2024
16.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver