Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2212/2025 01.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı iştirakı ilə , İddiaçı cavabdeh X1rşı "kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi" tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən barəsində tərtib edilmiş "Təbii X6nın pozulması haqqında" xx.xx.2023-cü il tarixli, ******* nömrəli Aktın qanunsuz hesab edilməklə həmin Akta əsasən ona hesablanmış qaz itkisinin bərpası üçün (dəymiş zərərin əvəzi) 1555,20 manatın və 01 fevral 2023-cü il tarixaǝ olan vəziyyətə təbii qazdan istifadəyə görə yaranmış borca hesablanmış 159,98 manatin onun **********02690 nömrəli Abonent hesabından silinməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o və ailə üzvləri Laçın rayonundan 1992-ci ilin may ayından məcburi köçkün kimi Bərdə rayonuna gəlmişlər və əvvəlcə Bərdə rayonunda müxtəlif yerlərdə, 1995-ci ildən isə Bərdə rayonunun Alaçadırlı kəndində məskunlaşmışlar. Daha sonra isə Alaçadırlı kəndində onlar məcburi köçkünlərin məskunlaşması üçün ayrılmış yerdə özlərinə palçıq kərpicdən və çaylaq daşlarından daxma tipli yaşayış sahəsi tikib 2012-ci ilədək (17 il) həmin daxmada yaşamışlar. 2012-ci ildən etibarən isə oradan köçüb Bakı şəhərinə gələrək Yasamal rayonu Yeni Yasamal-2 ünvanındakı yarımçıq tikili məktəb binasında məskunlaşmışlar və hal-hazıradək də orada yaşayırlar. Alaçadırlı kəndində yaşayərkən 2010-cu ilin sentyabr ayında yaşayış sahələrinə qaz xətti çəkilməklə sayğaclar quraşdırılıb təbii qaz verilməsi təmin olunmuşdur. Həmin vaxt, yəni 2010- cu ilin sentyabr yaında onun və ailə üzvlərinin yaşadığı daxmaya da qaz xətti çəkilməklə G-4 markalı Eliste tipli qaz sayğacı quraşdırılıb təbii qaz verilmişdir. Həmin vaxt dövlət tərəfindən məcburi köçkünlərə illik 2400 m3 pulsuz qaz limiti müəyyən edilmişdir. Bu limit onların ailəsinə artıqlaması ilə kifayət etdiyi üçün heç vaxt limiti aşmamışlar, hətta limitdən də az istifadə etmişlər. 2012-2016-ci illərdə müəyyən vaxtlarda müxtəlif məsələlərlə əlaqədar (toya, yasa, daxmalarında qalmış əşyalarından aparmağa və s). Alaçadırlı kəndinə gəldikdə daxmalarında da olmuş və qaz sayğacını işlək və saz vəziyyətdə görmüşdür. Sayğacın üzərində heç bir zədə olmamışdır. 2016-ci ildə Alaçadırlı kəndinə gələrək daxmalarında qalmış əşyalarını tamamilə götürmüş, daxmanı isə sökərək onun qapı-pəncərəsini, dam örtüyünün şifer və millərini, döşəmə taxtalarını və s. ehtiyacı olanlara paylayaraq getmişdir. Bu zaman da qaz sayğacı işlək və saz vəziyyətdə, plombu yerində və toxunulmaz (salamat) olmuşdur, sayğac da heç bir əzik, zədə və s. defekt olmamışdır. 2012-ci ildən etibarən Alaçadırlı kəndindən köçüb getdikləri, 2016-cı ildə isə oradakı daxmanı sökməsi yerli icra hakimiyyətinə, həmçinin də cavabdeh Azəriqaz İB-nin Tərtər Regional Qİİ-nin Bərdə Xidmət Sahəsinin rəhbərliyinə məlum idi. Odur ki, qaz sayğacına təbii qaz verilişini əsas boru xəttindən Bərdə Xidmət Sahəsinin mütəxəssisələrinin özləri 2016-cı ildə ayırmış və limitlərinin qarşısını bağlamışdılar. 2025-ci ilin aprel ayının əvvəllərində şəxsi məsələ ilə əlaqədar Alaçadırlı kəndinə gəlmişdir. Bu zaman təsadüfən ona məlum olmuşdur ki, cavabdehin Bərdə Xidmət Sahəsinin əməkdaşları hələ 2023-cü ildə gəlib onun adına olan qaz sayğacını söküb aparmış, ona cərimə də yazmış və ətrafda yaşayanlara tapşırmışlar ki, onu görsələr və ya əlaqə saxlasalar Bərdə Xidmət Sahəsinə gəlməli olduğunu ona xəbər versinlər. Odur ki, cavabdehin Bərdə Xidmət Sahəsinin ofisinə getmişdir. Orada ona məlum olmuşdur ki, Bərdə Xidmət Sahəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə Aıaçadırlı kəndinə gedərək onun adına olan G-4 markalı Elste tipli ******* nömrəli mexaniki qaz sayğacına baxış keçiriblər və müəyyən ediblər ki, “sayğacın ekranının sol hissəsi sınmış açıldı, sayğac növbədənkənar dövlət yoxlamasına göndərilmişdir". Həmin əməkdaşlar bu barədə xx.xx.2013-cü il tarixli ******* No-li "Qaz sayğacının çıxarılması, quraşıdırlması və istismara qəbulu haqqında" Akt tərtib ediblər və qaz sayğacını çıxararaq onu Azəriqaz İB-nin Metrologiya Departamentinə dövlət yoxlaması üçün labarotoriyaya göndəriblər. Metrologiya Departamentinin xx.xx.2023-cü il tarixli MSK-14- 2-2(3-531769-1) No-li Aktı ilə müəyyən olunub ki, "4306067 No-li qaz sayğacının mexaniki göstəricisi 06570 kub.m-dir, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqlarında ǝzik-cızıq izləri var, sayğac istismara yararsızdır". Həmin Akta əsasən Bərdə Xidmət sahəsinin əməkdaşları tərəfindən "Təbii X6nın pozulması haqqında" xx.xx.2023-cü il tarixli ******* No-li Akt tərtib edilməklə Aktda göstərilib ki, ******* No- li G-4 tipli qaz sayğacı Metrologiya Departamentinin MSK-14-2- 2/3-5-1769-1 nömrəli Aktına əsasən istismara yararsızdır. sayğac yenisi ilə əvəz olunmalıdır. Sayğacın dəyəri və dəymiş ziyan abonent tərəfindən ödənilməlidir. Odur ki, Azəriqaz İB-nin X12 İdarəsi xx.xx.2023-cü il tarixli "Dəymiş ziyanın bərpasına dair Tələbnamə"si ilə xx.xx.2023-cü il tarixli ******* No-li Akta əsasən itirlmiş qazın bərpası məqsədi ilə dəymiş zərərin əvəzi olaraq 1555,20 AZN manat hesablanaraq (6x24x90- 12960 kub.m. 1555,20 AZN) həmin məbləğin ödənilməsi ondan tələb olunur. Onun cavabdeh qarşısında qaz sayğacını qorumaq və ya mühafizə etmək öhdəliyi , o cümlədən də yazılı müqaviləsi olmamışdır. 2010-cu ilin sentyabr ayında cavabdehin Bərdə Xidmət Sahəsinin əməkdaşları qaz sayğacını gətirib ailəsilə birlikdə yaşadığı daxmanın dəmir hasarının bayır tərəfində-ümumi istifadədə olan yolda quraşdırıb getmişlər. xx.xx.2019-cu il tarixli, 34373 No-li "Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi" tamamilə saxta müqavilədir. Belə ki: Həmin müqavilədə “İddiaçıQ” sözünün qarşısında olan imza ona məxsus deyildir, o imza etməmiş və bu imzanın kim tərəfindən icra edildiyini bilmir . Müqaviləni ilk dəfə yuxarıda göstərdiyi kimi 2025-ci ilin aprel ayının əvvəllərində Bərdə Xidmət Sahəsində olarkən görmüş və sahənin rəhbərliyinə bildirmişdir ki, Müqavilədəki imza ona məxsus deyildir, bu müqavilə saxtadır. - 2019-cu ilin aprel-may aylarında o ümumiyyətlə Bərdə rayonunda olmamışdır. Bərdə rayon Kələntərli i.ǝ.d üzrə icra nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 16 No-li Arayışında da göstərir ki, o və ailə üzvləri Alaçadırlı kəndində 1995-2012-ci illərdə yaşamışdırlar. Məcburi köçkün vəsiqəsidə olan qeydlərdə də göstərilir ki, o 2016-ci ildən etibarən məcburi köçkün kimi Bakı şəhərinin Yasamal rayonunda qeydiyyatdadır "Dövlət Qaçqınkom"un Yasamal rayonu üzrə sektorundan verilmiş xx.xx.2025-ci il tarixli 441 nömrəli Arayışda da göstərilir ki, o, həqiqətən də Yeni Yasamal-2 ünvanında yerləşən və tikintisi yarımçıq qalmış məktəb binasında məskunlaşıb yaşayır. Cavabdehin Bərdə Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı qəbulu haqqında" xx.xx.2023-cü il tarixli, ******* No-li Aktda "Əzizov.Q"sözünün qarşısındakı imza ona məxsus deyil, onun tərəfindən icra edilməmişdir və kim tərəfindən icra edildiyini bilmir, 2023-cü il fevral ayında o, ümumiyyətlə Bərdə rayonunda olmadığı üçün G-4 markalı ELSTE tipli ******* No-li qaz sayğacına cavabdehin Bərdə Xidmət Sahəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü ildə baxış keçrilməsində və sayğacın çıxarılmasında iştirak etməmiş, həmin sayğacın üzərində hər hansı bir zədə, o cümlədən də sayğacın ekranının sol hissəsinin sınmış vəziyyətdə olduğunu görməmişdir. Cavabdehin Bərdə Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X6nın pozulması haqqında" xx.xx.2023-cü il tarixli, ******* No-li akt tamamilə saxtadır. Həmin Akta göstərilib ki, guya o, Aktın tərtib olunmasında iştirak etmiş, lakin onu imzalamaqdan imtina etmişdir. Tamamilə yalandır. O, xx.xx.2023-cü il tarixdə, ümumiyyətlə isə 2023-cü ilin fevral ayında Bərdə rayonunda olmamışdır. G-4 markalı ELSTE tipli mexaniki qaz sayğaclarının ümumi istifadə müddəti 10 ildir. Odur ki, fevral 2023-cü ildə həmin sayğacın heç bir dəyəri də olmamışdır və istismar müddətinə başa vurduğu üçün işlədilə də bilməzdi. Qazdan istifadəyə görə xx.xx.2013-cü il tarixə olan vəziyyətə 159,98 manat borcu olması barədə Abonent hesabından çıxarışda (Abonent saldosu) göstərilənlər də yalan olmaqla həqiqətə uyğun deyildir. Çünki sayğac göstəricisi kimi göstərilmiş 6570 və 6408 istehlak həcmi xx.xx.2023-cü ildə say ğac çıxardılıb götürülərkən onun iştirakı ilə müəyyən edilməyib. Yuxarıda göstərdiyi kimi onlar məcburi köçkünlər üçün illik 2400 m3 həcmdə qazdan pulsuz istifadə dövlət tərəfindən müəyyənləşdirilmişdir və onun tərəfindən heç vaxt bu limit aşılmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh Azəriqaz İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh X3nin nümayəndəsi X7 məhkəməyə etiraz ərizəsi göndərək bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Bərdə rayonu, Alaçadırlı kəndində yaşayan İddiaçı mənzilinə gedən qaz xəttinin nömrəli qaz sayğacın hesablanma üzərində quraşdırılmış, G-4 markalı ******* mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsri nəticəsində ezik-cızıq izləri məlum olmuşdur. Bu səbəbdən də İddiaçı 12960 m3 yəni (12960 m3 x 0.12 qəpik = 1555 20 manat) 1555.20 manat itirilmiş qaz hesablanmışdır. Lakin iddiaçı istifadə etdiyi təbii qazın 159.98 manat əlavə məbləğin silinməsilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd etdiyi məbləğin əsassız yazılmasını iddiaçı subut etməli və ya subut təqdim etməlidir. Məhkəmənin nəzərinə catırıram ki, İddiaçı 159.98 manat istifadə etdiyi təbii qaza görə borcudur çünki 2016-ci ildə evdə bir müddət yaşadığını etiraf edir və həmin ərəfədə 50.90 manat hacmidə qazdan istifadə edərək getmiş, uzun müddət Alaçadırlı kəndindəki yaşayış yerinə gəlməmişdir, sonradan özü etiraf etmədiyinə baxmayaraq 2022 dekabrı və 2023-cü ilin yanvar və fevral aylarınada qazdan istifadə edərək 100.08 manat debitor borcu qalmışdır. İddiaçı mənzilinə gedən qazın dayandırılması barədə hər hansı rəsmi ərizə ilə Qaz idarəsinə müraciəti olmamışdır. Bundan belə nəticə çıxarmaq olar ki. İddaçı həmin evi kirayə verib və ya özü həmin vaxtlar mənzilində yaşamışdır. Saldosuna nəzər yetirdikdə sayğac göstəricisində bunu görmək olur. İddaçının tələbi əsassızdı və idiasi rədd olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş "X6"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar təsirdən qorunması üçün müvafiq örtüklə təmin olunmalı, 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarıının işlək vəziyyətdə saxlalanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır "Azəriqaz" X10 sayğacını saz vəziyyətdə quraşdırıb və bu günə kimi də sayğacın saz vəziyyətdə işləməsini təmin etmişdir. Lakin abonent tərəfindən işlək qaz sayğaclarına müdaxilələr olunur. Bununla Birlik tərəfindən ciddi mübarizə aparılsada təəssüf olsun ki, bəzi şəxslər bu kimi əməllərindən çəkinmirlər. Bu faktlarla bağlı bir necə şəxs barəsində cinayət işi başlanılaraq barələrində həps qətimkan tədbirləri secilmişdir. (kütləvi informasiya vasidələrində bununla bağlı faktlar işiqlandırılmışdır). Üstündə plomb olan sayğaca müdaxilə etmək Birliyin maraqlarında deyildir və hər sayğac üçün ödənilən əlavə pul Birliyin iqtisadi göstəricilərinə mənfi təsir göstərir buda hec zaman Birliyin marağında olmayan bir haldır. Üstündə plomb olan sayğaclara vətəndaşlar tərəfindən o qədər ustacasına müdaxilələr edilir ki bu faktları yalnız xüsusi biliyi olan şəxslər aşkar edə bilirlər(labaratoriya işləyən mütəxsislər). Zədələnmiş qaz sayğacı məhfumu geniş anlayışdır və əgər bu hal abonent tərəfindən müəyyən məqsədlər üçün edilmişdirsə nəyə görə məsuliyyəti "X3 daşımalıdır. Birlik tərəfindən qanunun tələbinə uyğun olaraq fiziki şəxslərin qaz sayğacları dövlət yoxlamasından keçirilərkən abonentlərdən hec bir ödəniş tələb edilmir. Göstərilən faktlardanda məlum olur ki, qaz sayğacına müdaxilə etmək onun normal işləməsinə maneələr yaratmaq və qaz sayğacını sıradan cixarmaq abonentin maraqları daxilindədir və öz mənafeyi üçün etmişdir. "Azəriqaz" İB-nin X12 İstismar İdarəsi istehlakçı Aşurov Oktay ilə müqavilə bağlamış və onlar arasında birbirləri arasında öhdəliklər yaranmışdır. Bu gün mənzili alqı-satqı ilə aldığını iddia edən şəxs həmin vaxtdan aidiyyatı Qaz idarəsinə yaxınlaşıb Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş "X6"nın 6.4-cü bəndinə əsasən sənədləşdirmə işlərini aparmalı və müqavilə bağlamalıdır. Belə hesab edirlər ki, iddiaçının hər hansı iddia qaldırıb hər hansı tələb irəli sürməsi hüququ ziddir. Göründüyü kimi, cavabdeh onunla bağlanılmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu kimi hallar Cavabdeh əhalinin təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı 26 fevral 2023-cü il tarixli, ******* nömrəli aktı əsasında hesablanmış 1555.20 (bir min beş yüz əlli beş manat, 20 qəpik ) manat cərimənin və 01 fevral 2023-cü il tarixǝ olan vəziyyətə təbii qazdan istifadəyə görə yaranmış borca hesablanmış 159,98 manatın silinməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci ildə Laçın rayon Vəlibəyli kəndində anadan olmuşdur. Laçın rayon Vəlibəyli kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Seriya AA №365638 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkün statusu verilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Bərdə rayon Bölməsi tərəfindən verilmiş 832 nömrəli Arayışda qeyd olunmuşdur ki, İddiaçı Bərdə rayon Alaçadırlı kəndində müvəqqəti məskunlaşmışdır. Faktiki olaraq Yasamal rayonunda yaşayır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Yasamal rayon üzrə sektoru tərəfindən verilmiş 458 nömrəli xx.xx.2025-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, Əzizov X8 rayonu 2. yarımçıq qalmış məktəb binasındaa müvəqqəti qeydiyyatdadır və məskunlaşıb. Mülki işə əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İƏD –si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 16 nömrəli Arayışdan görünür ki, İddiaçı Bərdə rayon Alaçadırlı kndində özünə məxsus fərdi yaşayış evində 1995-ci il tarixdən 2012-ci il tarixə kimi yaşamışdır. Mülki işə əlavə edilmiş istehlakçı İddiaçı ilə paylayıcı Şirin Hüseynov arasında bağlanmış xx.xx.2019-cu il tarixli 34373 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsindən görünür ki, Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin etməsinə, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş Azəriqaz İB tərəfindən tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında №4946300 saylı xx.xx.2023cü il tarixli Aktdan görünür ki, abonent kodu: **********02690 olan abonent İddiaçı adına olan ******* nömrəli qaz sayğacı növbədən kənar dövlət yoxlamasına göndərilmişdir. (Sayğacın ekran sol hissəsi sınmış vəziyyətdə) Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Qaz sayğacının yoxlanılması barədə № MSK-14-2-2\3-5-1769-1 Aktda qeyd olunmuşdur ki, ******* nömrəli qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik–cızıq izləri var. Sayğaac istismara yararsızdır. Qüsura görə : “Qaz itkisi müdaxilə” Mülki işə əlavə edilmiş X3 tərəfindən tərtib edilmiş “təbii X6nın pozulması haqqında” № ******* saylı, xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Azəriqaz İB-nin əməkdaşları tərəfindən Abonent kodu: **********02690 olan abonent İddiaçı adına olan sayğaca № MSK-14-2-2\3-5-1769-1 Akta əsasən baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik–cızıq izlərinin olduğu, sayğacın istismara yararsız aşkar olunmuşdur. Sayğacın yenisi ilə əvəz olunmalı olduğu, sayğacın dəyərinin və dəymiş ziyanın abonent tərəfindən ödənilməli olduğu qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş X3 tərəfindən tərtib edilmiş Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, Abonent kodu: **********02690 Bərdə rayon Alaçadırlı kəndində . yerləşən mənzildə istifadə olunan qaza görə dəymiş ziyan 12960 m3 kimi hesablanmışdır. Mülki işə əlavə edilmiş abonentin saldosundan görünür ki, Abonent kodu: **********02690 olan abonent İddiaçı adına olan Bərdə rayon Alaçadırlı kəndində yerləşən mənzildə istifadə olunan qaz sayğacında 2023-cü il üçün 1555.20 manat qalıq borc yazılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, təbii qaz abonenti İddiaçı Bərdə rayon Alaçadırlı kəndində yerləşən mənzilə qoyulmuş qaz sayğacına Azəriqaz İB-nin əməkdaşları tərəfindən baxış keçirilərək sayğaca müdaxilə olunduğu əsas gətirilərək borc yazılmışdır. Sayğac həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Təbii qaz abonenti İddiaçı barəsində cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatına görə yazılmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. Cavabdeh isə məhkəmə iclasına nümayəndəsinin göndərməmiş və iddiaya dair etirazını bildirməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təbii qazdan istifadəyə görə yaranmış borca hesablanmış 159,98 manat pulun silinməsi hissəsində təmin oluna bilməz. Belə ki, iddiaçı həmin borcun olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1-ci maddə əlavə edilmişdir: “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X6 ilə tənzimlənir.” «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "X6"nın 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "X6 "nın 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların; -6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "X6 "nın 4.1-ci maddəsinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh Azəriqaz İB tərəfindən Bərdə rayon Alaçadırlı kəndində yerləşən mənzildə qazdan istifadəyə görə Abonent kodu: **********02690 olan abonent İddiaçı əsassız yazılmış 1555,20 manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Bərdə rayon Alaçadırlı kəndində yerləşən mənzildə qazdan istifadəyə görə Abonent kodu: **********02690 olan abonent İddiaçı hesablanmış 1555,20 manat əsassız yazılmış cərimə borcu silinsin. İdida tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-2212/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2212/2025
01.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver