Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2242/2024 05.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, İddiaçılar İddiaçı1, Həsənova (Mustafayeva) Məlahət Araz qızının, Zeynalova (Mustafayeva) Səidə Araz qızının, Əliyeva (Mustafayeva) Aysel Araz qızının cavabdeh Bərdə Regional “Asan Xidmət” Mərkəzinin notariat kontoruna qarşı “Vərəsəlik hüququ haqqında Şəhadətnaməsinin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi və yeni vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib Müəyyənetdim: İddiaçılar X3 və X1 qanunsuz olaraq almış olduğu xx.xx.2016-cı il tarixli, 2V-462 reyestr nömrəli vərəsəlik hüququ haqqında Şəhadətnamənin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə və Bərdə rayon Lənbəran kəndində yerləşən 24.0 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evinin və Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli 01 saylı qərarı ilə verilmiş olan JN:700 KOD:61000048 saylı torpaq mülkiyyətinə dair Dövlət aktına əsasən olan 6.89 ha pay torpaq sahəsi üçün yeni vərəsəlik şəhadətnaməsinin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM və ya MPM) 149-cu maddəsinin tələbləri pozulmaqla tərtib edilmiş, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı düzgün göstərilməmişdir. Belə ki, cavabdeh Bərdə Regional “Asan Xidmət” Mərkəzinin notariat kontoru göstərilsə də, iddia ərizəsinin xahiş edirəm hissəsində X4 və X1 adına verilmiş “Vərəsəlik hüququ haqqında Şəhadətnamənin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi və yeni vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi qoyulmuşdur. Əlavə olaraq qeyd olunur ki, hal-hazırki ərizə təkrar müraciətdir. Qeyd olunan nöqsanlar aradan qaldırmadığından iddia ərizəsi təkrar geri qaytarılır. Azərbaycan Respublikasının MPM-nin: 149.2.2-ci maddəsinə görə, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Belə ki, iddia ərizəsində cavabdeh Bərdə regional ASAN xidmət Mərkəzi notariat kontoru göstərilsə də, xahiş edirəm hissəsində X3 və X2 vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi, yeni vərəsəlik şəhadətnaməsinin verilməsi göstərilmişdir 152.1 və 152.1.1-ci maddələrinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən iddiaçılar İddiaçı1, Həsənova (Mustafayeva) Məlahət Araz qızının, Zeynalova (Mustafayeva) Səidə Araz qızının,Əliyeva (Mustafayeva) Aysel Araz qızının cavabdeh Bərdə Regional “Asan Xidmət” Mərkəzinin notariat kontoruna qarşı “Vərəsəlik hüququ haqqında Şəhadətnaməsinin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi və yeni vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra eyni tələblə yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq Qərarverdim: İddiaçı1, Həsənova (Mustafayeva) Məlahət Araz qızının, Zeynalova (Mustafayeva) Səidə Araz qızının,Əliyeva (Mustafayeva) Aysel Araz qızının cavabdeh Bərdə Regional “Asan Xidmət” Mərkəzinin notariat kontoruna qarşı “Vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi, yeni vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim:Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-2242/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2242/2024
05.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver