Məhkəmə qərarları › İş №2(021)-2247/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2247/2024

02.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2247/2024 02.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat kontoruna qarşı “Bağışlanma müqaviləsinin etibarsız hesab ediməsi və istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair mülki işə 02 oktyabr 2024cü il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X34 Xidmət Mərkəzində notariat ofisi tərəfindən verilmiş reyestrdə 4Ə-1877 qeydə alınmış, 13 sentyabr 2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda yuxarıda göstərilən ünvanda qeydiyyatdadırlar və yaşayırlar, lakin onların qeydiyyatda olub və yaşadıqları fərdi yaşayış evini etibarımızdan sui istifadə edən Cavabdeh2 2023-cü il tarixdə mərhum X8 və onları aldadaraq şəhid ailəsi kimi evlərini təmir etdirəcəyi vədi ilə evlərini adına bağışlanma müqaviləsi əsasında rəsmləşdirdi ki, guya evlərini təmir etdirəcək, onlarda ona inanıblar, lakin qaynanası X15 xx.xx.2024-cü il tarixdə rəhmətə gedəndən sonra Cavabdeh2 onların evdə çıxmaqlarını tələb edən vaxt, onlara məlum oldu ki, o evlərini təmir etdirmək yox, evlərini əllərindən alıb onları evsiz-eşiksiz qoymaq istəyirmiş, cavabdehin Bərdə rayon İmamqulubəyli kəndində böyük evləri və hər cür imkanı var. Qeyd edir ki, mərhum həyat yoldaşı (İddiaçı2 atası) X22 ilə 2003-cü il tarixdə rəsmi olaraq ailə həyatı qurmuşlar, üç övladları oldu, qız övladları həmin mübahisəli ünvandan gəlin köçürüblər, yoldaşı Rusiyada olan vaxt pul göndərdi və evləri təmir etdirmişlər, qaynanası Abbasova Göyçək şəhid ailəsi olduğu üçün Dövlətimiz tərəfindən bütün imtiyazlardan istifadə edirdilər, qaynanasına 21 il o baxıb, onlar üç nəfər həmin evdə qeydiyyatadırlar, yəni X15, İddiaçı1 və İddiaçı2 mərhum həyat yoldaşı X22 xx.xx.2015-ci il tarixdə xəstəlikdən rəhmətə getmişdir. Cavabdeh onları aldadaraq etibarlarından sui istifadə edərək, onları evsiz-eşiksiz qoymaq və əmlaka sahib çıxmaq istəyən cavabdehin əldə etdiyi əsassız Daşınmaz Əmlakın bağışlanması Müqaviləsinin etibarsız sayılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi məqsədəuyğun hesab edərək müraciət etdi. Daha sonra iddiaçılar dəqiqləşmə verərək İddiaçı1 və İddiaçı2 X34 Xidmət Mərkəzində notariat ofisi tərəfindən verilmiş reyestrdə 4Ə-1877, 13 sentyabr 2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və Bərdə rayon Çəmənli kəndində yerləşən, bağışlanma müqaviləsi əsasında Cavabdeh2 adına olan və 1997-ci il tarixdən 2024-cü il tarixədək, hal-hazırda yaşadıqları fərdi yaşayış evi üzərində istifadə hüququnun tanıdılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək iddia tələbinin təmin olunmamasını xahiş etdi, əlavə olaraq göstərmişdir ki, iddiaçının qeyd etdiyi hallar həqiqəti əks etdirmir. Bağışlanma müqaviləsi X5 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X23 tərəfindən notariat orqanında icra edilmişdir. O, heç kəsi aldatmamışdır. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1998-cı ildə Bərdə rayonu Dilənçilər kəndində anadan olmuşdur. ünvan 1ində qeydiyyatdadır. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X19 xx.xx.1969-cu ildə Bərdə rayonu Yeni Daşkənd kəndində anadan olmuşdur. ünvan 1ində qeydiyyatdadır. AZE 13196553 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1977-ci ildə Bərdə rayonu İmamqulubəyli kəndində anadan olmuşdur. Bərdə rayonu İmamqulubəyli kəndində qeydiyyatdadır. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 xx.xx.1974-cü ildə Bərdə rayonu Güloğlular kəndində anadan olmuşdur. ünvan 1ində qeydiyyatdadır. Notarial qaydada təsdiq olunmuş X15 tərəfindən verilmiş ərizədən görünür ki, Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 7 saylı Ərazi idarəsi tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş **********4610301 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış əsasında ona məxsus olan Bərdə rayonu, Çəmənli kəndində yerləşən fərdi yaşayış evini və torpaq sahəsini bağışlamaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın və elektron çıxarışın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini təmin etməyini xahiş etmişdir. Notarial qaydada təsdiq olunmuş İddiaçı2 tərəfindən verilmiş ərizədən görünür ki, qeydiyyatda olduğu X9 məxsus olan ünvan 1i ünvanında 0.62 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və 0.62 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********46- 10301, qeydiyyat nömrəsi: **********) bağışlanmasına etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür. İX-ЖГ seriyalı № 262528 saylı Bərdə Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.1973-cü-ci il tarixdə doğulmuşdur. X12 atası X16, anası X10r. xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X2 rayonu Çəmənli kəndində yerləşən ümumi sahəsi 113.7 kv.m, yaşayış shəsi 76.4 kv.m, yardımcı sahəsi 37.3 kv.m olan fərdi yaşayış evini Cavabdeh2 hədiyyə olaraq bağışlamışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən müəyyən edilir ki, ünvan 1ində yerləşən 113.7 kv.m ümumi sahədən ibarət daşınmaz əmlak və 0.62 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X28 adına qeydə alınmışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyesri tərəfindən təsdiq olunmuş arayışdan görünür ki, X6 ********** qeydiyyat nömrəli mülkiyyətinə xx.xx.2023-cü il tarixə məhdudiyyət və yüklülük qeydiyyata alnmayıb. AR-İİ seriyalı 929701 nömrəli etibarnamədən görünür ki, X3 Göyçək Məmməd qızının etibarnamə üzrə nümayəndəsidir. İ-ЖГ №441092 saylı nikah haqqında şəhadətnamamədən görünür ki, X16 ilə X13 xx.xx.1974-cü il tarixdə Bərdə rayon Yenidaşkənd sovetliyi 17 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Abbasova soyadı verilmişdir. 7121023 saylı Azərbaycan Respubikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı1 xx.xx.2008-ci il tarixdən ünvan 1ində yaşayır. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. AZ-İİ seriyalı 409848 nömrəli ölüm haqqında şəhdətnamənin surətindən görünür ki, X15 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. AZ-İ seriyalı 712776 nömrəli ölüm haqqında şəhdətnamənin surətindən görünür ki, X22 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İİ-AZ № 049764 saylı nikah haqqında şəhadətnamamədən görünür ki, X22 ilə X17 xx.xx.2003-cü il tarixdə Bərdə rayon Zümürxaç kənd İcra nümayəndəliyi 06 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Abbasova soyadı verilmişdir. xx.xx.2024-cü il tarixli 1442/2024 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin notariusunun məktubunan görünür ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh2 və Bərdə Regional “Asan Xidmət” Notorial ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə baxılması ilə əlaqədar 25 iyun 2024-cü il tarixə, saat 09:35-ə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak etməyini üzrlü hesab edib qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 248 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 ünvan 1ində ailə üzvləri (İddiaçı2 və X14) ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 294 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 ünvan 1ində mərhum qaynanansı X5 fərdi yaşayış evində oğlu İddiaçı2 ilə birgə yaşayırlar. İddiaçı1 həmin evə gəlin köçmüş və hal-hazırda həmin ünvanda yaşayırlar. Məhkəmə iclasında şahid qismində izahat verən X1 göstərmişdir ki, həqiqətən İddiaçı1 həmin evə gəlin köçmüş, hal-hazıradək həmin evdə yaşayır. X9 xəstəliyi ilə əlaqədar heç kim qulluq etmədiyi dönəmdə onun qulluğunda yalnız İddiaçı1 dayanmışdır. Hal-hazırda onlar İddiaçı1 mənzildən çıxarılmasını tələb edirlər. Onun isə yaşamaq üçün hər hansı yaşayış sahəsi yoxdur. Məhkəmə iclasında şahid qismində izahat verən X4 göstərmişdir ki, həqiqətən İddiaçı1 həmin evə gəlin köçmüş, hal-hazıradək həmin evdə yaşayır. Həmin evin abadlaşdırılmasında onun böyük əziyyəti vardır. X9 xəstəliyi ilə əlaqədar heç kim qulluq etmədiyi dönəmdə onun qulluğunda yalnız İddiaçı1 dayanmışdır. Sonradan onların evi öz adlarına keçirməkləri ədalətsizdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin Reyestr nömrəsi **********146-10301 saylı Texniki Pasportdan görünür ki, ünvan 1ində yerləşən fərdi yaşayış evinin hüquq subyekti Cavabdeh2dır. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, mübahisəli ev X5 tam və torpaq sahəsi, mülkiyyətində olmuşdur. xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi ilə X15 həmin fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə Cavabdeh2 hədiyyə olaraq bağışlamışdır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsnə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-ci maddəsinə əsasən,əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Məhkəmə iddia tələbinin bağışlama müqaviləsinin etibarsız hesab olunması ilə bağlı qeyd edir ki, tələb olunan notariat işindən görünür ki, bağışlama müqaviləsi üzrə tərəflər qanunvericiliklə müəyyən olunmuş qaydada müqaviləni bağlamışlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci madddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Qeyd etmək zəruri hesab olunur ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Etibarsız əqdlər, əsasən iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün məhkəmə qərarının tələb edilməsi meyarına görə. Əqdin elementinin qüsurlu olması meyarına görə etibarsız əqdlərin də dörd növü fərqləndirilir: subyektiv tərkibi qüsurlu olan etibarsız əqdlər; iradəsi qüsurlu olan etibarsız əqdilər; forması qüsurlu olan etibarsız əqdlər; məzmunu qüsurlu olan etibarsız əqdlər. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fərqləndirilir: daxili iradə olmadan bağlanan əqd; daxili iradəsi düzgün formalaşmayan əqdlər. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinin tələbinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Məhkəmə qeyd edir ki, iddiaçı tərəfin istinad etdiyi hallar bağışlama müqaviləsinin etibarsız hesab olunması üçün əsas deyil. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət huququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Kontitusiyasının 29.3-cü maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bunlan sonra Mülki Məcəllənin) 152.1ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan huququdur. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər huquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında muqavilələr notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət huququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə kecir. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Mülki Məcəllənin 390.1. və 405.1. maddələri). Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi tərəflər qanun çərçivəsində mövcud bağışlanma müqaviləsini bağlamışlar. Məhkəmənin fikrincə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, daşınmaz əmlaka dair müqavilənin etibarsız hesab olunması və istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddia təmin edilməməlidir, ona görə ki, daşınmaz əmlaka dair bağışlanma müqaviləsi subyektiv tərkibi, əqdin məzmunu, iradə ifadəsi, yazılı formaya riayət olunmaqla bağlanmış, iddiaçıların iddia etdiyi aldadılma halları isə müəyyən olunmur. İddia tələbi təmin edilmədiyindən iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onların özünə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: 1.İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat kontoruna qarşı “Bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. 2.İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. 3.Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər. 4.Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar