Məhkəmə qərarları › İş №2(021)-2251/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2251/2023

02.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2251/2023 02.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı“çıxarışın etibarsız hesab edilməsi, verilən torpağa aid çıxarışın harda yerləşməsini müəyyən etməklə saxta sənəddə 3 sota yaxın yer göstərilsə də, 20 sotdan çox yer zəbt edərək, qaz borusunun və magistral yolun qoruq zolağı zəbt etməsi nəzərə alınmaqla həmin tikilinin sökülməsi və qonşuluq hüququnun pozulmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Bəcirəvan kəndində cavabdehin 0.0277 ha torpaq sahəsinə verilən ********** saylı çıxarışın etibarsız hesab edilməsi və verilən torpağa aid çıxarışın harda yerləşməsini müəyyən etməklə saxta sənəddə 3 sota yaxın yer göstərilsə də, 20 sotdan çox yer zəbt edərək, qaz borusunun və magistral yolun qoruq zolağı zəbt etməsi nəzərə alınmaqla həmin tikilinin sökülməsi və qonşuluq hüququnun pozulmasının qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinin tələblərinə riayət edilmədən tərtib olunmuş, Cavabdeh şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar iddia ərizəsində qeyd olunmamış, həmin məlumatları əks etdirən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iddia ərizəsi qeyri-peşəkar formada yazılmışdır. Belə ki, iddia ərizəsinin xahiş etdi hissəsində “verilən torpağa aid çıxarışın harda yerləşməsini müəyyən etməklə” ifadəsi iddia ərizəsinin xahiş etdi hissəsini təşkil edə bilməz. Həmin ifadə vəsatət ola bilər ki, o da müstəqil şəkildə verilməlidir ki, məhkəmə qiymət verə bilsin. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh kimi Cavabdeh qeyd olunsa da , iddia ərizəsinə əlavə olunmuş ********** qeydiyyat nömrəli çıxarışla müəyyən olunur ki, iddiaçının iddia tələbində mübahisələndirdiyi Bərdə rayon Bəcirəvan kəndində yerləşən 0.0277 ha torpaq sahəsinə dair verilmiş çıxarış X1 adına qeydiyyata alınmışdır. MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edildikdə, iddia ərizəsi geri qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “çıxarışın etibarsız hesab edilməsi, verilən torpağa aid çıxarışın harda yerləşməsini müəyyən etməklə saxta sənəddə 3 sota yaxın yer göstərilsə də , 20 sotdan çox yer zəbt edərək, qaz borusunun və magistral yolun qoruq zolağı zəbt etməsi nəzərə alınmaqla həmin tikilinin sökülməsi və qonşuluq hüququnun pozulmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149-152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “çıxarışın etibarsız hesab edilməsi, verilən torpağa aid çıxarışın harda yerləşməsini müəyyən etməklə saxta sənəddə 3 sota yaxın yer göstərilsə də, 20 sotdan çox yer zəbt edərək, qaz borusunun və magistral yolun qoruq zolağı zəbt etməsi nəzərə alınmaqla həmin tikilinin sökülməsi və qonşuluq hüququnun pozulmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar