Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2256/2025 21.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdeh Bərdə Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə qarşı “çıxarışların və dövlət aktlarını etibarsız hesab edilməsi, mirasın bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən mərhum X1 və X2 miras qalan Bərdə rayon Güloğlular kəndində 89.5 kv/m evin, 0.25 ha, 0.34 ha, 0.13 ha torpaq sahələrinə verilmiş çıxarışların və dövlət aktının etibarsız hesab edilərək notariusda verilən vəsiyyətnamə nəzərə alınmaqla mirasın iddiaçılar arasında bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, digər tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə mülki işə MPM-nin 185-ci maddəsinə əsasən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.1. maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə ki, iddiaçılar məhkəməyə qədər notariat orqanına müraciət etməmişdirlər. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdeh Bərdə Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə qarşı “çıxarışların və dövlət aktlarını etibarsız hesab edilməsi, mirasın bölünməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) AZN dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-2256/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2256/2025
21.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver