Məhkəmə qərarları › İş №2(021)-2275/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2275/2021

17.06.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2275/2021 17.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı Cavabdeh qarşı «25150 manat əmək haqqının alınıb verilməsinə, işlədiyi müddətdə məzuniyyətinin 2 ildə 2600 manatın və hər həftənin 6 günün 4 saat hər gün üçün artıq işlədiyini də hesablanaraq alınıb verilməsinə» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «25150 manat əmək haqqının alınıb verilməsinə, işlədiyi müddətdə məzuniyyətinin 2 ildə 2600 manatın və hər həftənin 6 günün 4 saat hər gün üçün artıq işlədiyini də hesablanaraq alınıb verilməsinə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, ərizə məhkəməyə təqdim edilərkən ərazi aidiyyəti ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələbləri pozulmuşdur. Belə ki, hazırkı işdən görünür ki, iddia cavabdehin qeydiyyatı (Füzuli r/n Əhmədbəyli kəndi) üzrə deyil, hazırda yaşadığı yer üzrə (Bərdə rayonu) vermişdir, bununla da ərazi aidiyyəti ilə bağlı MPM-in tələbləri pozulmuşdur. MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «işə bərpa, əmək haqqı, artıq işlədiyi iş saatlarının və bayram günlərində işlədiyi üçün pulunun alınıb verilməsi» tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı «25150 manat əmək haqqının alınıb verilməsinə, işlədiyi müddətdə məzuniyyətinin 2 ildə 2600 manatın və hər həftənin 6 günün 4 saat hər gün üçün artıq işlədiyini də hesablanaraq alınıb verilməsinə» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar