Məhkəmə qərarları › İş №2(021)-2282/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2282/2023

16.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2282/2023 16.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Əbilov Qamət Mehman oğlunun sədrliyi Bayramov Orxan Elşən oğlunun katibliyi İddiaçı iştirakı ilə , İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin silinməsi” tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin silinməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixli 282990 saylı akta və xx.xx.2022-ci il tarixli 283235 saylı akta əsasən qanunsuz yazılmış 779.60 manat və 780.03 manat cərimə borclarının silinməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə rayon Xanxanımlı kəndində yaşayır. Həmin kənddə mərhum atasının mülkiyyətində ev var. Həmin evdə onlar yaşayırlar. Hamının evində olduğu kimi atasından ona miras qalmış evdə işıq sayğacı var. Həmin işıq sayğacına işıq idarəsinin əməkdaşları xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə gəlib baxış keçirmişlər. Guya xx.xx.2022-ci il tarixli 282990 saylı akta baxış keçirən zaman məlum olmuşdur ki, evin yaxınlığında olan TM-dən sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə olunmuş, enerji uçotu pozulmuşdur. xx.xx.2022-ci il tarixli 283235 saylı akta isə qeyd olunmuşdur ki, guya abonent tərəfindən transformatordan sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə olunmuş, enerji uçotu pozulmuşdur. Buna görə də hər iki aktla ona 779.60 manat və 780.03 manat cərimə tətbiq edilmişdir. O, işıq idarəsinin əməkdaşlarına bildirmişdir ki, enerji pozuntusundan məlumatı olmamışdır. Ancaq buna əhəmiyyət verilməmiş, əksinə vəfat etmiş atası İddiaçı adına cərimə yazılmışdır. Halbuki, atası 15 mart 2018-ci ildə komaya düşərək vəfat etmişdir. Hazırda isə xx.xx.2022-ci il tarixli 282990 saylı akta və xx.xx.2022-ci il tarixli 283235 saylı akta əsasən yazılmış cərimələri ondan tələb edirlər. Hesab edir ki, yazılmış cərimə əsasızdır. Buna görə də iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin ounmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəməyə iddia ərizəsinə etiraz göndərərək, bildirmişdir ki, "xxxx" ASC X2 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş "Elektrik enerjisndən istifadə Qaydaları"na və "X1 Qaydaları"na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirərkən xx.xx.2022-ci il tarixli ve xx.xx.2022-ci il tarixlərdə İddiaçı məxsus evin enerji təchizat sxemine və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı hər iki halda İddiaçı evinin yaxınlığında yerləşən transformatordan sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etməsi faktı aşkar olunmuşdur. Hər iki fakt üzrə video çəkiliş aparılmışdır. Bu isə "EEİQ-nın 8.17-ci, həmçinin "EQQQ-nın -v bəndlərinin iddiaçı tərəfindən pozulması faktıdır. Yeniden hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə **********00029 saylı istehlakçı kodu ilə qeydiyyatdq olan iddiaçı X6 barəsində 09 noyabr.2022-ci il tarixli, 282990 saylı və 14 dekabr 2022-ci il tarixli, 283235 saylı aktlar tərtib edilmiş və hesabat aşağıdakı qaydada aparılmışdı: 09 noyabr 2022-ci il tarixli, 282990 saylı üzrə: 4,8 kvt x 24 saat x 0,7 x 90 gün = 6320 kvts, Tarif ( -600 kvts x 0,08 manat = 48,00 manat), Tarif ( -300 kvts x 0,09 manat = 27,00 manat), Tarif ( -5420 kvts x 0,13 manat = 704,60 manat). Cəmi 779,60 manat məbləğində, əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu kvts, itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. 14 dekabr 2022-ci il tarixli, 283235 saylı akt üzrə 3,9 kvt x 24 saat x 120 gün x 0,7 = 6431 kvts, Tarif (-800 kvts x 0,08 manat = 64,00 manat), Tarif (-400 kvts x 0,09 man= 36,00 man), Tarif ( -5231 kvts x 0,13 man= 680,03 man). Cəmi 780,03 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 6431 kvts itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Aktlar qanuni və əsaslı olaraq tərtib edilmişdir. Həmçinin mülki işə onun iştirakı olmadan baxılmasını və tələbin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Mülki işə əlavə edilmiş Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə Bərdə rayon Xanxanımlı kəndində kəndində anadan olmuşdur. Bərdə rayon Xanxanımlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 312 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Xanxanımlı kəndində yaşayır. Mülki işə əlavə edilmiş AZ-İ №917430 nömrəli Ölüm haqqında şəhdətnamənin surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Mülki işə əlavə edilmiş R №282990 saylı xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, X3 Bərdə rayonu Xanxanımlı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca EEİQ-na uyğun baxış zamanı, abonentin kənar xətdən istifadə etdiyi məlum olmuşdur. Mülki işə əlavə edilmiş R №283235 saylı xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, X3 Bərdə rayonu Xanxanımlı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca EEİQ-na uyğun baxış zamanı, abonentin kənar xətdən istifadə etdiyi məlum olmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı cərimənin silinməsini tələb etsə də, hazırkı yaranmış məbləğ cərimə deyil məhz elektrik enerjisindən kənar istifadə nəticəsində yaranmış borc məbləğdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar