Məhkəmə qərarları › İş №2(021)-2287/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2287/2021

27.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2287/2021 27.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi Əhmədov Vaqif Əyyub oğlunun iştirakları ilə, Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2001-ci il tarixli 02 saylı qərarı ilə onlara Bərdə rayonu Böyük Göyüşlü kəndində verilmiş 2.23 ha torpaq sahəsinə verilmiş JN 110 KOD 61002018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bərdə rayonu Aqrar İslahat Komissiyasının 03 aprel 2001-ci il tarixli 02 saylı qərarı ilə onlara Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən 2.23 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 110 KOD 61002018 saylı torpağa mülkiyyət hüququna dövlət aktı da verilmişdir. Həmin torpaq sahəsi onların adınadadır. Ancaq həmin sənəddə ata adında səhflik baş vermişdir. Ona düzəliş olunmasını istəyir, dövlət aktında ata adında səhflik olması ona bir sıra çətinliklər yaradır. Belə ki, onun ata adı Ərizəçi Əyyub olduğu halda səhvən Ərizəçi Teyyub oğlu kimi qeyd edilib. Adının JN-110 KOD 61002018 saylı dövlət aktında düzgün yazılması və səhvin düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı İdarəsinə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında ərizəçi Ərizəçi ərizəni müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ərizəçi onun qaynatasıdır. Qaynatasına ailə üzvüləri ilə birlikdə pay torpaq sahəsi verilmişdir, həmin torpaq sahəsinin verilməsinə dair dövlət aktında bacısının ata adı səhfən Teyyub yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5, şahid X3 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə Ərizəçi izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair KOD 61002018 JN -1110 saylı Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2001-ci il tarixli, 02 saylı qərarına əsasən Bərdə rayonu Böyük Göyüşlü kənd sakini Ərizəçi mülkiyyətinə 2, 23 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********86 nömrəli 16 iyun 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-110 saylı Dövlət aktında adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında olan Bərdə rayon İcra hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş, 160 nömrəli, 16 may 2021-ci il tarixli arayaışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi XX.XX.1955-ci ildə Bərdə rayonu Göyüşlü kəndində doğulmuşdur və Bərdə rayon Böyük Göyüşlü kəndində qeydiyyatdadır. İş materiallarında olan 18 aprel 1961-ci il tarixli, İİ-ИЕ 088575 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Ərizəçi 1955-ci ildə doğulmuşdur. X1, anası Əhmədova Suqra Kərim qızıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN- 110 KOD 61002018 saylı Dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, Ərizəçi Teyyub oğlunun adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN- 110 KOD 61002018 saylı dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213- 214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi Teyyub oğlunun adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN- 110 KOD 61002018 saylı Dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar