Məhkəmə qərarları › İş №2(021)-2291/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2291/2023

06.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2291/2023 06.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçilər Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayon X12 04 may 1999-cu il tarixli 05 saylı qərarı ilə Bərdə rayon Kətǝlparaq kəndində yerləşən 0.10 torpaq sahəsinə verilmiş JN-472 KOD- 61010018 saylı Torpağa mülkiyyət hüququna dair Şəhadətnaməsinin onlara məxsus olmasına diar qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəni belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bərdə rayonu Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarı ilə ona ailə üzvləri ilə birlikdə Bərdə rayon Kətǝlparaq kəndində yerləşən 0.10 ha torpaq sahəsi verilmişdir. Qeyd etdiyi 0.10 ha torpaq sahəsinə JN-472 KOD-61010018 saylı Torpağa mülkiyyət hüququna dair Şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi onun və ailə üzvlərinin adınadır. Onlara verilmiş şəhadətnamədə səhvlik baş vermişdir. Belə ki, onun soyadı, adı və cinsi Ələkbər Haqverdi oğlu olduğu halda X3 yazılmışdır. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə nümayəndənin iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1993-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1115 saylı xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Kətəlparaq kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 2-187 saylı xx.xx.2003-cü il tarixli qətnaməsindən görünür ki, xx xxxxxx 1993-cü il tarixdə anadan olmuş Həsənov Ərizəçi Leyli İsmayıl qızı tərəfindən övladlığa götürülmüş hesab edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ №325862 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1993-cü il tarixdə Bərdə rayon Kətəlparaq kəndidə anadan olmuşdur. Ata qrafasında ata adı X11, ana qrafasında ana adı X4 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İİ №412818 nömrəli Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X13 arasında xx.xx.2021-ci il tarixdə nikah bağlamışlar. İş materiallarına əlavə edilmiş XVİİ-ЖГ №309177 ömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X11, ana qrafasında ana adı X1 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş XV-ЖГ №432372 ömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1990-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X11, ana qrafasında ana adı X1 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş İV-ЖГ №496367 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X5 arasında xx.xx.1990-cı il tarixdə Bərdə rayon Kətəlparaq kənd icraiyyə komitəsində 24 saylı akt qeydi ilə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-472A KOD- 61010018 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli, 05 nömrəli qərarı ilə 0.10 ha torpaq sahəsi Bərdə rayon Kətəlparaq kənd sakinləri X6, X2, X9, X7 və X8 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş 176 saylı xx.xx.2023-cü il tarixli Arayışda qeyd olunmuşdur ki, 1996-2000 –ci illər üzrə 790 saylı şəxsi hesabına əsasən vətəndaş X6 ailə başçısı olduğu həyat yoldaşı- X5, qızı X16, qızı- X17, oğlu - Ərizəçi kimi qeyd olunmuşdur. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, ərizəçi Torpağın mülkiyyətə verilməsinə dair JN-472A saylı Şəhadətnamədə səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında əlavə xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-472A KOD-61010018 saylı Şəhadətnamədə yanlışlıq olaraq mülkiyyətçi- Ərizəçi soyadı, adı, ata adı və cinsi “X10” kimi qeyd olunmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair JN-472A KOD-61010018 saylı Şəhadətnamədəki–“X10” yazısının mülkiyyətçi Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Torpağın mülkiyyətə verilməsinə dair JN-472A KOD-61010018 saylı Şəhadətnamədə “X10” yazısının mülkiyyətçi Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-472A KOD-61010018 saylı Şəhadətnamədə qeyd olunmuş “X10” yazısının mülkiyyətçi Ərizəçi məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar