Məhkəmə qərarları › İş №2(021)-2301/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2301/2022

09.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2301/2022 09.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “fəaliyyət qabiliyyəti olmayan hesab olunması” tələbinə dair ərizəni nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Güloğlular kəndində yaşayan 2004-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyət olmayan hesab olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra:-MPM-in) 149-cu maddəsinə, yəni forma və məzmunla bağlı tələblərinə riayət edilmədən tərtib olunmuşdur. Belə ki, hazırkı tələb iddia icraatı qaydasında verilmişdir. Ərizəçi izah olunmalıdır ki, xüsusi icraat qaydasında baxılan işlərdə tərəf kimi ərizəçi və maraqlı şəxs iştirak edə bilər. Azərbaycan Respulikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edildikdə iddia ərizəsi geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “fəaliyyət qabiliyyət olmayan hesab olunması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149-152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “fəaliyyət qabiliyyət olmayan hesab olunması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar