Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2306/2023 01.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə polis nəfəri kimi iştirak etməsinin və yaralanması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə təqdim edərək ərizəsi üzrə mülki işin baxılmamış saxlanılmasını və sənədlərinin özünə qaytarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin rəisi Elçin Məmmədli məhkəməyə müraciət edərək, Ərizəçi müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi barədə müraciəti üzrə İdarədə araşdırma aparıldığını, araşdırma zamanı şəxsi işinin xidmətkeçmə siyahısına əsasən onun 1994- 1995-ci illərdə Ağdərə Rayon Polis Şöbəsində xidmət keçməsi müəyyən olsa da, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumatlar aşkar olunmadığı, elcəd də ərizəçi müvafiq əməliyyatlarda iştirakını təsdiqliyən məlumat təqdim edə bilmədiyini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarının tələblərinə uyğun olaraq Ərizəçi müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmiş, bu barədə ona məlumat verildiyini bildirmişdir. Qeyd olunanların nəzərə alınması, həmçinin məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəçini dinləyib və işdə olan sənədləri araşdırıb ərizəyə qiymət verib belə hesab edir ki, ərizəsi baxılmamış saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli, 16631 nömrəli ödəniş qəbzindən görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərkən Kapital Bank ASC vasitəsi ilə xx.xx.2023-cü il tarixdə, GPP qəbz nömrəsilə Bərdə Rayon Məhkəməsinin xeyrinə 100 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı olmaqla, cəmi 101 manat ödəniş etmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi, ərizəsinə əsasən baxılmamış saxlanılmalı, sənədlər və ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmamlıdır. Şərh olunanlara əsasən və MPM-in 170, 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair mülki iş baxılmamış saxlansın. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi xx.xx.2023-cü il tarixli, 16631 saylı ödəniş qəbzi və Kapital Bank ASC vasitəsi ilə ödədiyi 100 (yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2306/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2306/2023
01.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver