Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2328/2025 19.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” xüsusi icraat qaydasında ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia tələbi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək övladı 20 dekabr 1996-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə şəhərində yaşayır. Övladı xx.xx.1996-cı il təvəllüdlü X6 İ dərəcəli gözdən əlildir.Birinci dərəcəli əqli gerilik, davranış pozğunluqları vardır. Qızına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının rəyinə əsasən “OU Piqmentli tapetoretinal obiotrefiya.mürəkkəb miopik astiqmatizm.M 14,0 D və 9.0 D oxlarla.VİSOU+0,04 k/etmir.Neyrosensor tip ağıreşitmə 3-4-cü dərəcə nitq qüsuru” diaqnozu qoyulmuşdur.X13 mütamadi müalicə olsa da onun səhhətinin bərpa olunması mümkün olmamış, hal- hazırda da özünü idarə etmək iqtidarında deyildir. Heç nəyi dərk etmir, başa düşmür demək olar ki, heç bir fəaliyyət qabiliyyəti yoxdur.Ona qəyyum təyin edilməsi üçün Bərdə rayon İcra Hakimiyyətinin Himayəçilik və Qəyyumluq Şöbəsinə müraciət etsələr də ona qızı X2 fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Qızı əqi qüsurlu olduğuna görə əmlak üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Odur ki, övladı xx.xx.1996-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mhəkməə qətnaməsinə ehtiyacı vardır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına istinad: Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 xx.xx.1969-cu ildə anadan olmuşdur. İş materiallarında olan seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 xx.xx.1996-cı ildə anadan olmuşdur. İş materiallarında olan seriya AZE seriyalı 15538494 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X11 xx.xx.1965-cı ildə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri M.F. Axunodv küçəsi ev 6-da qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 aprel 2025-ci il tarixli, 1230 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə şəhəri M.F. Axundov küçəsi ev 6-da yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 aprel 2025-ci il tarixli, AZ-İXİ807942 nömrəli arayışdan görünür ki, X6 20 dekabr 1996-cı ildə anadan olmuş, atası X11, anası Ərizəçi olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 11 mart 1997-ci ildə 142 nömrə ilə qeyd edilmişdir. Bərdə rayon VVAQ Şöbəsi tərəfindən verilmiş Vİ-JQ256002 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Ərizəçi 20 yanvar 1992-ci ildə nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabından 29 yanvar 1992-ci ildə 45 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarışdan görünür ki, X5 xx.xx.2017ci il tarixdən müddətsiz birinci dərəcəli əllik statusu verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarışdan görünür ki, Ərizəçi İ qrup əlilliyi olan şəxsə qulluğa görə 100 manat müavinət alır. Bərdə Rayon Məhkəməsinin 2(021)-2328/2025 saylı, 08 iyul 2025-ci il tarixli qərardadına əsasən Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 X9 Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 678 saylı rəydən görünür ki, X4 orta dərəcəli əqli gerilik, davranış pozuntuları müəyyən edilir, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil, psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmnayan şəxs hesab edilməsinə əsaslar vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim olunmuş sənədlərdən göründüyü kimi, ərizəçinin qızının fəaliyyət qabiliyyətli olub-olmamasının müəyyən edilməsi məqsədilə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının müvafiq rəyi ilə X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar müəyyən edilmiş, şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair Ərizəçi ərizəsi təmin edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Ərizəçi (Bərdə rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1996-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-2328/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2328/2025
19.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver