Məhkəmə qərarları › İş №2(021)-2329/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2329/2021

04.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2329/2021 04.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 oğlunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-182 KOD-61001038 saylı Dövlət Aktında qeyd olunmuş mülkiyyətçi ”Ramazanova Ülviyyə Əsgər qızı” və “X22” yazılarının müvafiq olaraq Ərizəçi1, Ərizəçi2, Torpağın mülkiyyətə verilməsinə dair JN-048C KOD-61001038 və JN-048B KOD-61001038 saylı Şəhadətnamələrdə qeyd olunmuş mülkiyyətçi “X19” yazısının Ərizəçi2 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdirlər. Ərizə belə əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyası tərəfindən onların ailə üzvlərinin mülkiyyətinə torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə verilmiş sənədlərdə yanlışlıq olaraq adlarında və soyadlarında səhvlik olmuşdur. Belə ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-182 KOD-61001038 saylı Dövlət Aktında adı Zülfiyyə olduğu halda ”Ramazanova Ülviyyə Əsgər qızı”, soyad və adı “X22” , Torpağın mülkiyyətə verilməsinə dair JN-048C KOD-61001038 və JN-048B KOD-61001038 saylı Şəhadətnamələrdə soyadı “X19” kimi qeyd olunmuşdur. Bu yanlışlığın olması onlara bir sıra çətinliklər yaradır. Qeyd olunanlara əsasən ərizələrinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Digər Ərizəçi2 oğluna və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə işə onlarn iştirakı olmadan işə baxilmasini mümkün sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1976-cı Bərdə rayon Tumaslı kəndində anadan olmuşdur. Bərdə rayon Tumaslı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X24 05.05.1970-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1996-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İbadova Mehriban Tahir qızı 04.07.1994-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Vİ- JQ № 303337 saylı Nikahın bağlanması haqqında Şəhadətnamənin surətindən görünür ki, X24 ilə Ərizəçi1 08.111.1993-cü ildə 20 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Ramazanova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24.05.2021-ci il tarixli 613-05\69 saylı Çıxarışdan görünür ki, X20 20.02.2008-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22.06.2021-ci il tarixli XİX № 383546 saylı Arayışdan görünür ki, Ərizəçi2 xx.xx.1996-cı ildə anadan olmuşdur. X9, anası Ərizəçi1dır. İş materiallarına əlavə edilmiş İV-JQ № 431905 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1976-cı ildə anadan olmuşdur. X4, anası X2r. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyətə verilməsinə dair JN-182 KOD- 61001038 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 18.11.2000-ci il tarixli, 11 nömrəli qərarı ilə 1.54 ha torpaq sahəsi Bərdə rayon Tumaslı kənd sakinləri X11, X17, Ramazanova Ülviyyə Əsgər qızının, İbadova Mehriban Tahir qızının, X14 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyətə verilməsinə dair JN-048C KOD- 61001038 saylı Şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22.06.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 0.44 ha torpaq sahəsi Bərdə rayon Tumaslı kənd sakinləri X11, X17, Ərizəçi1 Əsgər qızının, İbadova Mehriban Tahir qızının, X12 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyətə verilməsinə dair JN-048B KOD- 61001038 saylı Şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22.06.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 0.23 ha torpaq sahəsi Bərdə rayon Tumaslı kənd sakinləri X11, X17, Ərizəçi1 Əsgər qızının, İbadova Mehriban Tahir qızının, X12 mülkiyyətinə verilmişdir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 18.06.2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, ərizəçilər torpağın mülkiyyət hüququna dair JN-048B və 048C Şəhadətnamələrdə və Torpağın mülkiyyətə verilməsinə dair JN-182 saylı Dövlət Akıtında səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, həmin sənədlərdə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçilər tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-182 KOD-61001038 saylı Dövlət Aktında yanlışlıq olaraq Ərizəçi1 adı -“ Ramazanova Ülviyyə Əsgər, Ərizəçi2 adı və soyadı -“X22” , Torpağın mülkiyyətə verilməsinə dair JN-048C KOD-61001038 və JN-048B KOD-61001038 saylı Şəhadətnamələrdə yanlışlıq olaraq Ərizəçi2 soyadı -“ X19” kimi qeyd edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-182 KOD-61001038 saylı Dövlət Aktının, Torpağa mülkiyyətə verilməsinə dair JN-048C KOD-61001038 saylı Şəhadətnamənin, Torpağa mülkiyyətə verilməsinə dair JN-048B KOD-61001038 saylı X1, X21, Ərizəçi1 Əsgər qızına, İbadova Mehriban Tahir qızına və Əvəzov Qüdrət Tahir oğluna məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Torpağın mülkiyyətə verilməsinə dair JN-182 KOD-61001038 saylı Dövlət Aktının, Torpağın mülkiyyətə verilməsinə dair JN-048C KOD-61001038 saylı Şəhadətnamənin, Torpağın mülkiyyətə verilməsinə dair JN-048B KOD-61001038 saylı Şəhadətnamənin Ərizəçi1 Əsgər qızına və Əvəzov Qüdrət Tahir oğluna məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-182 KOD-61001038 saylı Dövlət Aktında qeyd olunmuş mülkiyyətçi ”Ramazanova Ülviyyə Əsgər qızı” və “X22” yazılarının müvafiq olaraq Ərizəçi1, Ərizəçi2, Torpağın mülkiyyətə verilməsinə dair JN-048C KOD- 61001038 və JN-048B KOD-61001038 saylı Şəhadətnamələrdə qeyd olunmuş mülkiyyətçi “X19” yazısının Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar