Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2332/2023 10.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlu, İddiaçı cavabdeh Bərdə regional ASAN Xidmət mərkəzinin notariat ofisinə və üçüncü şəxslər X2 və X* qarşı “08.*0.202*-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bərdə regional ASAN Xidmət mərkəzinin notariat ofisinə və üçüncü şəxslər X2 və X* qarşı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, Bərdə regional ASAN Xidmət mərkəzinin notariat ofisində həyata keçirilmiş 08.*0.202*-ci il tarixli ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin Fərid Həsənova verilmiş 08.*0.202*-ci il tarixli etibarnamənin qanuna zid olması səbəbindən etibarsız hesab edilməsi, Bərdə regional ASAN Xidmət mərkəzinin notariat ofisinin və üçüncü şəxslərin qanunsuz əməllərinə hüquqi qiymət verilməsi, pozulmuş mülkiyyət hüququnun bərpa olunması məqsədi ilə müvafiq qərar verilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, ərizə ilk növbədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) *49-cu maddəsinə, yəni forma və məzmunla bağlı tələblərinə uyğun olmalıdır. Hazırkı iddia ərizəsi isə bu tələblərə riayət edilmədən hazırlanmışdır. Belə ki, MPM-in *52.*.*-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin *50.*.*-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in MPM-in *50.*-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: *50.*.*. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); *50.*.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; Belə ki, cavabdehə təqdim edilməsi məqsədilə sənədlərin surətləri iş materiallarına əlavə edilməmişdir. Həmçinin iş materiallarına Bərdə regional ASAN Xidmət mərkəzinin notariat ofisində həyata keçirilmiş 08.*0.202*-ci il tarixli ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və Fərid Həsənova verilmiş 08.*0.202*-ci il tarixli etibarnamənin əsli və ya müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməmişdir. Belə ki, MPM-in 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Hazırkı iddia ərizəsindən görünür ki, iddiaçı mübahisələndirdiyi Bərdə regional ASAN Xidmət mərkəzinin notariat ofisində bağlanmış 08.*0.202*-ci il tarixli ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsini, Fərid Həsənova verilmiş 08.*0.202*-ci il tarixli etibarnaməni, cavabdehin şəxsiyyətini təsdiq edən və onun rəsmi qeydiyyatda olduğu yer barədə sənədi iddia ərizəsinə əlavə etməmişdir. Bundan başqa ərizədə cavabdeh və üçüncü şəxslərin poçt ünvanları qeyd edilməmişdir. Belə ki, həmin sənədlər məhkəmə aidiyyatının və tələbin kimə qarşı irəli sürülməsinin müəyyən edilməsi üçün vacib əhəmiyyətə malikdir. Bundan başqa iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilməmişdir. MPM-in 3*.*-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-nin 35.*-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in *49.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); həmçinin *49.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. MPM-in *52.*.*-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in *52.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin *52.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-in qeyd edilən tələblərinə əsasən İddiaçı cavabdeh Bərdə regional ASAN Xidmət mərkəzinin notariat ofisinə və üçüncü şəxslər X2 və X* qarşı “08.*0.202*-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in *49-*52-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bərdə regional ASAN Xidmət mərkəzinin notariat ofisinə və üçüncü şəxslər X2 və X* qarşı “08.*0.202*-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2332/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2332/2023
10.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver